03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Tokio Yay Olimpiya Oyunlarının boks üzrə təsnifat turniri keçiriləcək

Tokio Yay Olimpiya Oyunlarının boks üzrə təsnifat turniri Rusiyanın Moskva şəhərində keçirilə bilər.Azərtac xəbər verir ki, bunu Rusiya Boks Federasiyasının baş katibi, AİBA-nın İcraiyyə Komitəsinin üzvü Umar Kremlyov deyib. O bildirib ki, təsnifat turnirinin Moskvada təşkil olunması ilə bağlı müvafiq müraciət göndəriləcək: “Təsnifat turnirini Moskvada keçirmək üçün sifariş verəcəyik. Turnirin İngiltərədə təşkil olunması boksun səviyyəsinə uyğun deyil. AİBA-ya müvafiq məktub yollayacağıq. Çünki bütün milli assosiasiyalar artıq yeni təsnifat turniri keçirməyi təklif edir”.Xatırladaq ki, bu ilin martında Böyük Britaniyanın paytaxtı Londonda boks üzrə keçirilən Olimpiya Təsnifat Turniri koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılıb.xeber100.com

Aprel 21, 2020 8:16

TASS informasiya agentliyinin məlumatına görə…

İtaliyanın “Yuventus” klubu baş məşqçi postunda Maurisio Sarrinin əvəzetməsi kimi İspaniyanın “Real Madrid” komandasının hazırkı baş məşqçisi Zinəddin Zidanı görür.TASS informasiya agentliyi xəbər verir ki, məlumata görə, Zidan klubun prezidenti Florentino Pereslə pis münasibətlərə görə Madrid təmsilçisini tərk edə bilər və “Yuventus” bundan istifadə etmək niyyətindədir.Bildirilir ki, Turin klubunun nümayəndələri artıq fransız mütəxəssislə əlaqə saxlayıblar.Qeyd edək ki, Z.Zidan futbolçu karyerası ərzində 1996-cı ildən 2001-ci ilə qədər “Yuventus”da çıxış edib. O, komandanın heyətində iki dəfə İtaliya çempionu olub, 1998-ci ildə keçirilən dünya çempionatında Fransa yığmasının heyətindəki müvəffəqiyyətli çıxışından sonra “Qızıl top” mükafatına layiq görülüb.xeber100.com

Aprel 20, 2020 11:17

“Real Madrid” klubu altı oyunçusunu satmaq niyyətindədir

İspaniyanın “Real Madrid” klubu yay transfer pəncərəsində altı oyunçusunu satmaq niyyətindədir.TASS informasiya agentliyi xəbər verir ki, bu satışdan sonra “Kral” klubu 121 milyon avro qazanc əldə etmək istəyir.Transfer olunacaq oyunçuların siyahısında uelsli Qareth Beyl, kolumbiyalı Xames Rodriqez, ispaniyalı Lukas Vaskes, dominikanlı Mariano Diaz və ispan müdafiəçi Naço yer alacaqlar. Həmçinin klub müqaviləsi özünə məxsus hazırda Almaniyanın “Borussiya Dortmund” komandasında çıxış edən Əşrəf Həkimini qaytarmaq istəyir.“Transfermarkt” portalının verdiyi məlumata görə, bu oyunçularının ümumi dəyəri 121 milyon avrodur. Satışın səbəblərindən biri də koronavirus pandemiyası səbəbiylə klubun maliyyə sıxıntılarıdır.xeber100.com  

Aprel 20, 2020 11:14

Avropa Sambo Federasiyası qitə çempionatının yeni vaxtını açıqlayıb

Avropa Sambo Federasiyası (ASF) qitə çempionatının yeni vaxtını açıqlayıb.Azərtac xəbər verir ki, qurum koronavirus pandemiyasına görə mayın 22-24-də keçirilməsi planlaşdırılan Avropa çempionatının vaxtını dəyişib. ASF-nin qərarına əsasən turnir sentyabrın 18-20-də əvvəlcədən nəzərdə tutulduğu kimi Yekaterinburqda keçiriləcək.Qeyd edək ki, ötən il təşkil olunan Avropa çempionatında Azərbaycan samboçuları 2 bürünc medal qazanıblar.xeber100.com  

Aprel 20, 2020 11:11

Şahmat üzrə onlayn superturnirin ikinci turunun görüşləri keçirilib

Aprelin 20-də hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenin təşkilatçılığı ilə keçirilən şahmat üzrə onlayn superturnirin ikinci turunun ilk görüşləri keçirilib.Azərtac xəbər verir ki, bugünkü iki dueldə Maqnus Karlsen FIDE bayrağı altında çıxış edən Əlirza Firuzca ilə, amerikalı Hikaru Nakamura isə Niderland təmsilçisi Aniş Giri ilə üz-üzə gəliblər. Dünya çempionu FIDE-ni təmsil edən iranlı şahmatçıya 2,5:1,5 hesabı ilə qalib gəlib. Qeyd edək ki, bir həftə bundan əvvəl 16 yaşlı Ə.Firuzca M.Karlsen üzərindəki qələbəsi ilə dünyaya səs salmışdı. Digər qarşılaşmada isə H.Nakamura Aniş Giriyə 2,5:1,5 hesabı ilə qalib gəlib. Hər iki görüşdən qaliblər turnir cədvəlində öz hesablarına 3 xal yazdırıblar, məğlub olan şahmatçılar isə xalsız qalıblar.Hazırda M.Karlsen 5 xalla birinci pillədə qərarlaşıb. H.Nakamura 4 xalla ikincidir. Turnirin digər iştirakçıları fransalı Maksim Vaşe-Laqrav, Liren Dinq və Fabiano Karuana 3 xala malikdirlər. Rusiyalı Yan Nepomnyaşi, Ə.Firuzca və A.Giri hələ ki, xalsızdırlar.xeber100.com

Aprel 20, 2020 11:05

Şahmat üzrə superturnirin oyunları baş tutacaq

Aprelin 19-da hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenin təşkilatçılığı ilə keçirilən şahmat üzrə onlayn superturnirin ikinci gününün oyunları baş tutacaq.Azərtac xəbər verir ki, bu gün keçiriləcək oyunlarda amerikalı Fabiano Karuana rusiyalı Yan Nepomnyaşi, fransalı Vaşe-Laqrav isə Niderland təmsilçisi Aniş Giri ilə üz-üzə gələcəklər.Aprelin 18-də keçirilmiş ilk turun oyunlarında Maqnus Karlsen və amerikalı şahmatçı Hikaru Nakamuranı, çinli Liren Dinq FIDE bayrağı altında çıxış edən Əlirza Firuzcanı məğlub edib.Yekun nəticəyə görə L.Dinq 3 xalla turnir cədvəlində birincidir. M.Karlsenin 2, H.Nakamuranın 1 xalı var. Ə.Firuzcanın isə hələlik xalı yoxdur.Turnirin mükafat fondu 250 min dollardır.xeber100.com

Aprel 19, 2020 8:04

“Real Madrid” klubu “Tottenhem”in hücumçusundan imtina edib

İspaniyanın “Real Madrid” klubu İngiltərə “Tottenhem”inin hücumçusu Harri Keyni almaqdan imtina edib.Azərtac xəbər verir ki, bu qərar koronavirus pandemiyası ilə əlaqədar dünyadakı qeyri-sabit maliyyə durumu ilə əlaqədar verilib.Forvardın qarşıdakı transfer dövründə heyətə cəlb olunması nəzərdə tutulurdu. Bundan əvvəl “Mançester Siti” 26 yaşlı futbolçunun transferindən imtina edib. “Tottenhem” yaranmış borclarını qaytarmaq üçün Keyni 200 milyon funt sterlinq (228 milyon avro) qarşısında buraxmağa hazırdır.Qeyd edək ki, Harri Keyn yetirməsi olduğu “Tottenhem”də 2009-cu ildən forma geyinir. Bu mövsüm ingiltərəli forvard 25 oyuna 17 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Onun klubla müqaviləsi 2024-cü il iyunun 30-dək qüvvədədir.xeber100.com

Aprel 19, 2020 7:58

“Le Figaro” nəşri ən sürətli qaçan 3 futbolçunun adını açıqlayıb

Fransanın “Le Figaro” nəşri cari mövsümün ən sürətli qaçan 3 futbolçusunun adını açıqlayıb.Azərtac xəbər verir ki, “Paris Sen-Jermen” klubunun hücumçusu Kilian Mbappe siyahıda birincidir. Fransız hücumçu cari mövsümün qarşılaşmalarının birində saatda 36 kilometr sürətlə qaçıb.İspaniyanın “Atletik” komandasının futbolçusu İnyaki Uilyams (35,7 km/saat) ikinci, İngiltərənin “Arsenal” klubunun hücumçusu Pyer-Emerik Obameyanq (35,5 km/saat) isə üçüncü sırada qərarlaşıb.xeber100.com

Aprel 18, 2020 10:52

Aprelin 18-də onlayn superturnir start götürəcək

Aprelin 18-də hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenin təşkilatçılığı ilə onlayn superturnir start götürəcək.Azərtac xəbər verir ki, pandemiya dövrünün ən nüfuzlu turnirində Maqnus Karlsenlə yanaşı, amerikalı şahmatçılar Fabiano Karuana, Hikaru Nakamura, fransalı Maksim Vaşe-Laqrav, çinli Liren Dinq, rusiyalı Yan Nepomnyaşi, Niderland təmsilçisi Aniş Giri və FIDE bayrağı altında çıxış edən Əlirza Firuzca mübarizə aparacaqlar. Turnirin mükafat fondu 250 min dollardır.Qeyd edək ki, onlayn şahmat turnirinin bütün iştirakçıları videonəzarət altında olacaqlar. Belə ki, ədalətin, düzgünlüyün təmin edilməsi məqsədilə iştirakçıların otaqlarında əlavə kameralar quraşdırılacaq. Bununla belə, hakimlər və təşkilatçılar oyun zamanı qrossmeysterlərin kompüterlərini də yoxlaya biləcəklər.Turnir mayın 13-dək davam edəcək.xeber100.com

Aprel 18, 2020 10:49

“Quançju Everqrand” futbol klubu yeni stadionun inşasına başlayıb

Çinin “Quançju Everqrand” futbol klubu qeyri-adi stadionun inşasına başlayıb.Azərtac xəbər verir ki, Çinin ən titullu klublarından birinin yeni arenası geniş ləçəkli lotus şəklində olacaq. Yüz min azarkeş tutumuna malik olacaq arena, həm də dünyada ən böyük stadion kimi diqqəti cəlb edəcək. Lakin “Quançju Evergrande Arena”nın liderliyi çox çəkməyəcək. Çünki, Barselonanın “Camp Nou” stadionu yenidən qurulduqdan sonra birinci yerə çıxacaq.“Quançju Evergrande Arena”nın inşaat dəyəri 1,5 milyard avrodur. Layihə məşhur dizayner Hasan Sayed tərəfindən hazırlanıb.xeber100.com

Aprel 18, 2020 10:47
    Page 293 of 830« First«...102030...291292293294295...300310320...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az