Peşəkar Futbol Liqasının məlumatı əsasında…

Xüsusi karantin rejimi mayın 4-də başa çatacağı təqdirdə Peşəkar Futbol Liqasının təşkilatçılığı ilə keçirilən yarışların bərpası planlaşdırılır.Peşəkar Futbol Liqasından Azərtac-a bildiriblər ki, dünyanın əksər ölkələrində geniş yayılmış koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan Premyer Liqası, Azərbaycan I divizionu və Azərbaycan kuboku yarışlarına müvəqqəti olaraq fasilə verilib.Ölkəmizdə pandemiyaya qarşı aparılan uğurlu mübarizənin nəticəsi olaraq, Nazirlər Kabineti yanında Operativ Qərargah aprelin 27-dən etibarən xüsusi karantin rejiminin müəyyən qədər yumşaldılması barədə qərar qəbul edib. Daha əvvəl qəbul olunmuş qərara əsasən, xüsusi karantin rejimi mayın 4-də başa çatacağı təqdirdə Peşəkar Futbol Liqasının təşkilatçılığı ilə keçirilən yarışların bərpası planlaşdırılır. UEFA, FIFA, EPFL və digər beynəlxalq futbol qurumlarının tövsiyələri, AFFA, klublarımızla aparılan müzakirələr və yarışların bitməsi üçün müəyyənləşdirilmiş mümkün tarixlər nəzərə alınaraq, mayın 21-də I divizionun, mayın 23-də isə Premyer Liqanın bərpa olunması nəzərdə tutulur.Aparılan müzakirələrə uyğun olaraq, Peşəkar Futbol Liqasının qərarına əsasən, Premyer Liqa oyunları başa çatdıqdan sonra Azərbaycan kubokunun yarımfinal və final oyunları keçiriləcək.Kubokun təqvimində dəyişikliyə əsas səbəb klubları onsuz da sıx olan təqvimdən qorumaq, kubokda iştirak etməyən klubların cari mövsümü erkən bitirərək növbəti mövsümə daha yaxşı hazırlaşmasına şərait yaratmaqdır.Azarkeşsiz keçiriləcək Premyer Liqa, I divizion və Azərbaycan kubokunun yeni təqvimi ilə bağlı məlumat veriləcək.Qeyd edək ki, xüsusi karantin rejimi ilə bağlı mövcud vəziyyət hər hansı şəkildə dəyişəcəyi təqdirdə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul edəcəyi qərarlara uyğun olaraq Peşəkar Futbol Liqası tərəfindən müvafiq qərarlar qəbul oluna bilər.xeber100.com

Aprel 28, 2020 12:44

Aprelin 26-na gözlənilən hava proqnozu açıqlanıb

Ölkə ərazisində aprelin 26-na gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AzərtacAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, gündüz mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 7-10°, gündüz 14-18° isti, Bakıda gecə 7-9°, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 755 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.Aprelin 26-da Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 4-8°, gündüz 16-21° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı ehtimal edilir.Naxçıvan Muxtar Respublikasında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 12-17° isti olacaq.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında arabir yağış, bəzi yerlərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı ehtimalı var.Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-7°, gündüz 15-20° isti olacağı ehtimal edilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam arabir yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 2-6°, gündüz 13-18° isti, dağlarda gecə 3-8°, gündüz 0-3° şaxta olacağı proqnozlaşdırılır.Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 4-8°, gündüz 16-21° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-8°, gündüz 13-18° isti, dağlarda gecə 0-3°, gündüz 4-7° isti olacağı bildirilir.xeber100.com

Aprel 25, 2020 7:21