07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Beynəlxalq Tennis Federasiyası 900 turniri ləğv edib

Koronavirus elitar idman növləri arasında tennisə daha ağır zərbə vurub. Belə ki, Beynəlxalq Tennis Federasiyası müxtəlif kateqoriyalar üzrə 900 turniri ləğv edib və ya təxirə salıb. Nəticədə tennisçilər qazanclarından məhrum olub.Azərtac  xəbər verir ki, reytinq cədvəlinin liderlər qrupundakı raketka ustalarının müflisləşmə qorxusu yoxdur. Amma bir qədər aşağı pillələrdə olanlar müəyyən çətinlik çəkir.Artıq tennisçilərin problemlərinin həlli üçün xüsusi fond yaradılıb. Beynəlxalq Tennis Federasiyası ATP, WTA və “Böyük dəbilqə” turnirlərinin təşkilatçıları tennisçilərin böhran vəziyyətini nəzərə alaraq belə bir layihəyə başlayıb. Fondun büdcəsi 5-8 milyon dollar olacaq. Bu vəsait ilk “100-lük”dən kənarda qalan tennisçilər arasında bölünəcək. İlk növbədə 250–700-cü pillələrdə qərarlaşan tennisçilərə yardım göstəriləcək. Onların hərəsinə 10 min dollar nəzərdə tutulub.xeber100.com

Aprel 22, 2020 10:10

“Sabah” klubu “Orlando Payrets”in futbolçusunu transfer etmək istəyir

Cənubi Afrika Respublikasının (CAR) “Orlando Payrets” klubunun futbolçusu Vinsent Pule Bakının "Sabah" komandasının maraq dairəsinə düşüb."The Citizien" nəşri xəbər verir ki, Bakı təmsilçisi 28 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.Xəbərdə qeyd edilib ki, daha öncə CAR-dan Hendrik Ekşteyni heyətinə cəlb edən “Sabah” bu ölkədəki yerli futbolçuları izləyir.xeber100.com

Aprel 22, 2020 9:48

Futzal yarışlarının təxirəsalınma müddəti iki həftə uzadılıb

Azərbaycan Futzal Federasiyası yüksək, birinci və ikinci liqaların, eləcə də ölkə kubokunun oyunlarının təxirə salınması müddətini mayın 4-dək uzadıb.Federasiyadan Azərtac-a bildiriblər ki, bu addım Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejiminin mayın 4-dək uzadılması səbəbindən atılıb.Oyunların başlanma tarixi barədə federasiyanın saytında əlavə məlumat veriləcək.xeber100.com

Aprel 21, 2020 8:49

“Ferrari”nin pilotu müqaviləni yeniləməkdən imtina edib

“Ferrari”nin almaniyalı pilotu Sebastyan Fettel komandası ilə müqaviləni yeniləməkdən imtina edib.Azərtac xəbər verir ki, “Ferrari” Fettelə ilinə 12 milyon avro təklif edib və müqavilənin müddətinin uzadılmasını istəyib. Lakin pilot bu şərtlərlə razılaşmayıb. O, müqavilənin iki il müddətinə bağlamaq istədiyini bildirib.Qeyd edək ki, Formula 1 üzrə dördqat dünya çempionunun “Ferrari” ilə hazırkı müqaviləsi cari ilin sonunda başa çatacaq. Mövcud müqaviləyə əsasən pilotun illik məvacibi 40 milyon avro təşkil edir.xeber100.com

Aprel 21, 2020 8:47

Futbol üzrə Azərbaycan Premyer Liqasında

Azərbaycan çempionatları tarixində ən çox quru oyun keçirən qapıçı Rauf Mehdiyevdir.Azərtac xəbər verir ki, karyerası ərzində “Tərəqqi”, “Azəri”, “Neftçi”, “Fərid”, MOİK, “Şəmkir”, “Qarabağ”, “Bakı”, “Olimpik”, “Simurq” və “Karvan” klublarının şərəfini qoruyan qolkiper 137 matçda qapısını toxunulmaz saxlayıb. İkinci göstərici Hüseyn Məhəmmədova məxsusdur. Onun aktivində 120 belə görüş var. “100” səddini adlayan ilk qapıçı Nizami Sadıqov 3-cü sırada yer alıb – 111. Daha üç əlcək sahibi 100 və daha çox quru oyun keçirməyə müvəffəq olub. Bunlar Fərhad Vəliyev, Cahangir Həsənzadə və Elxan Həsənovdur. Ümumiyyətlə isə ilk “onluq”da yer alanlardan heç biri cari mövsüm Premyer Liqada çıxış etməyib.Qeyd edək ki, koronavirus pandemiyası üzündən dayandırılan cari mövsümdə ən çox quru oyun keçirən qapıçı Şahruddin Məhəmmədəliyev (“Qarabağ”) 9 dəfə qapısını toxunulmaz saxlayıb.xeber100.com

Aprel 21, 2020 8:19

Tokio Yay Olimpiya Oyunlarının boks üzrə təsnifat turniri keçiriləcək

Tokio Yay Olimpiya Oyunlarının boks üzrə təsnifat turniri Rusiyanın Moskva şəhərində keçirilə bilər.Azərtac xəbər verir ki, bunu Rusiya Boks Federasiyasının baş katibi, AİBA-nın İcraiyyə Komitəsinin üzvü Umar Kremlyov deyib. O bildirib ki, təsnifat turnirinin Moskvada təşkil olunması ilə bağlı müvafiq müraciət göndəriləcək: “Təsnifat turnirini Moskvada keçirmək üçün sifariş verəcəyik. Turnirin İngiltərədə təşkil olunması boksun səviyyəsinə uyğun deyil. AİBA-ya müvafiq məktub yollayacağıq. Çünki bütün milli assosiasiyalar artıq yeni təsnifat turniri keçirməyi təklif edir”.Xatırladaq ki, bu ilin martında Böyük Britaniyanın paytaxtı Londonda boks üzrə keçirilən Olimpiya Təsnifat Turniri koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılıb.xeber100.com

Aprel 21, 2020 8:16

TASS informasiya agentliyinin məlumatına görə…

İtaliyanın “Yuventus” klubu baş məşqçi postunda Maurisio Sarrinin əvəzetməsi kimi İspaniyanın “Real Madrid” komandasının hazırkı baş məşqçisi Zinəddin Zidanı görür.TASS informasiya agentliyi xəbər verir ki, məlumata görə, Zidan klubun prezidenti Florentino Pereslə pis münasibətlərə görə Madrid təmsilçisini tərk edə bilər və “Yuventus” bundan istifadə etmək niyyətindədir.Bildirilir ki, Turin klubunun nümayəndələri artıq fransız mütəxəssislə əlaqə saxlayıblar.Qeyd edək ki, Z.Zidan futbolçu karyerası ərzində 1996-cı ildən 2001-ci ilə qədər “Yuventus”da çıxış edib. O, komandanın heyətində iki dəfə İtaliya çempionu olub, 1998-ci ildə keçirilən dünya çempionatında Fransa yığmasının heyətindəki müvəffəqiyyətli çıxışından sonra “Qızıl top” mükafatına layiq görülüb.xeber100.com

Aprel 20, 2020 11:17

“Real Madrid” klubu altı oyunçusunu satmaq niyyətindədir

İspaniyanın “Real Madrid” klubu yay transfer pəncərəsində altı oyunçusunu satmaq niyyətindədir.TASS informasiya agentliyi xəbər verir ki, bu satışdan sonra “Kral” klubu 121 milyon avro qazanc əldə etmək istəyir.Transfer olunacaq oyunçuların siyahısında uelsli Qareth Beyl, kolumbiyalı Xames Rodriqez, ispaniyalı Lukas Vaskes, dominikanlı Mariano Diaz və ispan müdafiəçi Naço yer alacaqlar. Həmçinin klub müqaviləsi özünə məxsus hazırda Almaniyanın “Borussiya Dortmund” komandasında çıxış edən Əşrəf Həkimini qaytarmaq istəyir.“Transfermarkt” portalının verdiyi məlumata görə, bu oyunçularının ümumi dəyəri 121 milyon avrodur. Satışın səbəblərindən biri də koronavirus pandemiyası səbəbiylə klubun maliyyə sıxıntılarıdır.xeber100.com  

Aprel 20, 2020 11:14

Avropa Sambo Federasiyası qitə çempionatının yeni vaxtını açıqlayıb

Avropa Sambo Federasiyası (ASF) qitə çempionatının yeni vaxtını açıqlayıb.Azərtac xəbər verir ki, qurum koronavirus pandemiyasına görə mayın 22-24-də keçirilməsi planlaşdırılan Avropa çempionatının vaxtını dəyişib. ASF-nin qərarına əsasən turnir sentyabrın 18-20-də əvvəlcədən nəzərdə tutulduğu kimi Yekaterinburqda keçiriləcək.Qeyd edək ki, ötən il təşkil olunan Avropa çempionatında Azərbaycan samboçuları 2 bürünc medal qazanıblar.xeber100.com  

Aprel 20, 2020 11:11

Şahmat üzrə onlayn superturnirin ikinci turunun görüşləri keçirilib

Aprelin 20-də hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenin təşkilatçılığı ilə keçirilən şahmat üzrə onlayn superturnirin ikinci turunun ilk görüşləri keçirilib.Azərtac xəbər verir ki, bugünkü iki dueldə Maqnus Karlsen FIDE bayrağı altında çıxış edən Əlirza Firuzca ilə, amerikalı Hikaru Nakamura isə Niderland təmsilçisi Aniş Giri ilə üz-üzə gəliblər. Dünya çempionu FIDE-ni təmsil edən iranlı şahmatçıya 2,5:1,5 hesabı ilə qalib gəlib. Qeyd edək ki, bir həftə bundan əvvəl 16 yaşlı Ə.Firuzca M.Karlsen üzərindəki qələbəsi ilə dünyaya səs salmışdı. Digər qarşılaşmada isə H.Nakamura Aniş Giriyə 2,5:1,5 hesabı ilə qalib gəlib. Hər iki görüşdən qaliblər turnir cədvəlində öz hesablarına 3 xal yazdırıblar, məğlub olan şahmatçılar isə xalsız qalıblar.Hazırda M.Karlsen 5 xalla birinci pillədə qərarlaşıb. H.Nakamura 4 xalla ikincidir. Turnirin digər iştirakçıları fransalı Maksim Vaşe-Laqrav, Liren Dinq və Fabiano Karuana 3 xala malikdirlər. Rusiyalı Yan Nepomnyaşi, Ə.Firuzca və A.Giri hələ ki, xalsızdırlar.xeber100.com

Aprel 20, 2020 11:05
    Page 293 of 831« First«...102030...291292293294295...300310320...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az