05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Dünya Güləş Birliyi yeni reytinq siyahısını açıqlayıb

Dünya Güləş Birliyi sərbəst güləşçilərin yeni Olimpiya reytinq siyahısını açıqlayıb.C xəbər verir ki, reytinq siyahısının ilk onluğunda iki güləşçimiz yer alıb. Belə ki, Olimpiya çempionu Şərif Şərifov (97 kq) 40 xalla üçüncü pillədə qərarlaşıb. Cəmaləddin Məhəmmədov (125 kq) isə 34 xalla dördüncü pillənin sahibidir.Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınan "Tokio-2020" Yay Olimpiya Oyunlarına sərbəst güləşçilərimizdən yalnız Ş.Şərifov lisenziya qazanıb.xeber100.com

Aprel 7, 2020 7:19

İspaniya Tennis Federasiyası yay turniri keçirməyi planlaşdırır

İspaniya Tennis Federasiyası mövsüm baş tutmayacağı halda yay turniri keçirməyi planlaşdırır.Azərtac xəbər verir ki, pandemiya ilə bağlı vəziyyət yaxşılaşmasa, federasiya yerli tennisçiləri formada saxlamaq üçün belə bir plan haqda fikirləşir. Turnirdə Rafael Nadal, Roberto Bautista-Aqut, Pablo Korrenyo-Busta, Albert Ramos, Fernando Verdasko və reytinqdə ilk “100-lük”də qərarlaşan digər tennisçilərin də iştirakı nəzərdə tutulub.Amma bu turnirdə göstərilən nəticələrə görə raketka ustaları reytinq xalları qazanmayacaq. Mükafat fondu isə milyon avro ola bilər.xeber100.com

Aprel 7, 2020 7:17

Yunanıstan çempionatının oyunları bərpa olunmayacaq

Koronavirus pandemiyasına görə dayandırılan basketbol üzrə Yunanıstan çempionatının oyunları bərpa olunmayacaq.Azərtac xəbər verir ki, artıq liqa oyunçularının Həmkarlar İttifaqı ilə klub sahibləri videomüşavirə təşkil edərək razılığa gəliblər. Bu məsələ həllini tapsa da, bəzi problemlər hələ qalmaqdadır. Belə ki, növbəti videomüşavirədə oyunçuların qalan müddətdə məvacibinin ödənilməsi və turnir cədvəlindəki vəziyyət müzakirə olunacaq.İndiki məqamda mövsümün nəticələrinin ləğv olunması gözlənilmir. Böyük ehtimalla, yarış dayandırılan vaxt lider mövqeyində qərarlaşan “Panatinaikos” çempion elan ediləcək.xeber100.com

Aprel 6, 2020 12:33

İngiltərənin “Sky Sport” telekanalının məlumatına görə…

Futbol üzrə İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt koronavirusla bağlı yaranmış vəziyyətə görə aylıq məvacibinin 30 faiz azaldılmasına razılıq verib.Azərtac xəbər verir ki, bu barədə İngiltərənin “Sky Sport” telekanalı məlumat yayıb.Qeyd edək ki, Qaret Sautqeyt 2016-cı ilin noyabrından İngiltərə milli komandasının baş məşqçisidir.xeber100.com

Aprel 6, 2020 12:29

Avtoyürüşlər üzrə dünya çempionatının yeni təqvimi açıqlanıb

Dözümlü avtoyürüşlər üzrə dünya çempionatının (WEC) təşkilatçıları koronavirus pandemiyası səbəbindən yarışın yeni təqvimini açıqlayıblar.Azərtac xəbər verir ki, mövsümün sonunadək iştirakçılar 3 yürüşdə güclərini sınayacaqlar.Açıqlanan təqvimə görə, avqustun 15-də Belçikada "6 saatlıq Spa", sentyabrın 19-20-də Fransada "24 saatlıq Le-Man", noyabrın 21-də "8 saatlıq Bəhreyn" yürüşləri təşkil olunacaq.xeber100.com

Aprel 5, 2020 4:46

Şahmat üzrə onlayn seanslar təşkil ediləcək

Şahmat üzrə Azərbaycan yığma komandasının üzvü, üçqat Avropa çempionu Rauf Məmmədov xüsusi karantin günlərində “Lichess.org” şahmat platforması üzərindən onlayn seans təşkil edəcək.Azərtac xəbər verir ki, seans oyunları aprelin 8-9-da saat 14:00-da keçiriləcək. Əlli dəqiqə davam edəcək və hər seansda cəmi 25 şahmatçı iştirak edə biləcək.Rauf Məmmədov şahmatsevərləri seansa dəvət edərkən bunları qeyd edib: "Ümid edirəm ki, biz birlikdə çox gözəl və xoş vaxt keçirəcəyik. Evdə qalın, özünüzü qoruyun və yaxınlarınızı qoruyun!".

Aprel 5, 2020 4:42

Dünya Güləş Birliyi yeni Olimpiya reytinq siyahısını açıqlayıb

Dünya Güləş Birliyi qadın güləşçilərin yeni Olimpiya reytinq siyahısını açıqlayıb.Azərtac xəbər verir ki, reytinq siyahısının ilk onluğunda bir güləşçimiz yer alıb. Belə ki, ikiqat dünya çempionu Mariya Stadnik (50 kq) 60 xalla ikinci pillədə qərarlaşıb.Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınan "Tokio-2020" Yay Olimpiya Oyunlarına qadın güləşçilərimizdən yalnız M.Stadnik lisenziya qazanıb.xeber100.com

Aprel 5, 2020 4:36

Futbol üzrə İrlandiya millisinə yeni baş məşqçi təyin edilib

Futbol üzrə İrlandiya millisinə yeni baş məşqçi təyin edilib.Azərtac xəbər verir ki, Mik Makkartini Stiven Kenni əvəzləyib. 48 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.M.Makkartinin yığma ilə müqaviləsi iyulun sonu başa çatırdı. S.Kenni isə 2018-ci ildən İrlandiya millisinin gənclər komandasını çalışdırırdı.xeber100.com

Aprel 5, 2020 4:27

“Bavariya” futbol klubunun baş məşqçisi müqavilə imzalayıb

Almaniyanın "Bavariya" futbol klubunun baş məşqçisi Hans-Diter Fliklə yeni müqavilə imzalayıb.Azərtac xəbər verir ki, 55 yaşlı mütəxəssislə müqavilənin müddəti 2023-cü ilin iyununa kimi uzadılıb.Qeyd edək ki, H.Flik 2019-cu ilin iyulundan Münhen təmsilçisini çalışdırır. Onun rəhbərliyi altında komanda Bundesliqada 25 turdan sonra 1-ci pillədə qərarlaşıb. "Bavariya" UEFA Çempionlar Liqasının səkkizdəbir finalında "Çelsi" ilə birinci matçda 3:0 hesabı ilə qalib gəlib.xeber100.com

Aprel 4, 2020 10:00

Beynəlxalq Cüdo Federasiyası “Böyük dəbilqə” turnirini ləğv edib

Beynəlxalq Cüdo Federasiyası (IJF) may ayının 8-10-da Bakıda keçirilməsi planlaşdırılan “Böyük dəbilqə” turnirini ləğv edib.Azərtac xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib.Qeyd edək ki, cüdo üzrə iyunun 30-dək bütün rəsmi yarışlar ləğv edilib.xeber100.com

Aprel 4, 2020 9:57
    Page 297 of 830« First«...102030...295296297298299...310320330...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az