11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

XXX Ümumdünya Yay Universiadasının atletika yarışlarında

XXX Ümumdünya Yay Universiadasının atletika yarışlarında Azərbaycan idmançıları mübarizəyə başlayıb.Azərbaycan Atletika Federasiyasından Azərtac-a bildiriblər ki, yarışlarda atletikanın üç təkanla tullanma növündə Avropa çempionu olan Nazim Babayev təsnifat mərhələsində 16.36 metr nəticə məsafə göstərərək finala yüksəlib. Avropa çempionumuz iyulun 10-da finalda mübarizə aparacaq.Digər idmançımız IV İslam Həmrəyliyi Oyunlarında dördüncü yeri tutmuş Zəkiyyə Həsənova 100 metr məsafəyə qaçış növündə çıxış edib. O, təsnifat mərhələsində 11 saniyə nəticə ilə dördüncü olaraq mübarizəni dayandırıb.Atletlərimiz universiadaya məşqçi Ziyad Xəlfəliyev rəhbərliyi ilə qatılıblar.xeber100.com

İyul 9, 2019 3:11

Cüdo Federasiyası növbəti dünya reytinqini açıqlayıb

Beynəlxalq Cüdo Federasiyası (İJF) növbəti dünya reytinqini açıqlayıb.Azərtac xəbər verir ki, Azərbaycan cüdoçularının bəzilərinin reytinqi aşağı düşüb. Olimpiya Oyunlarının mükafatçısı Rüstəm Orucov (73 kq) dünya reytinq cədvəlində liderliyini qoruyub. İdmançımız ən yaxın izləyicisi Soıçı Haşımotonu 107 xal qabaqlayır.Həmin çəki dərəcəsində daha bir idmançımız Hidayət Heydərov da liderlər qrupunda mövqeyini dəyişməyib. İkinci Avropa Oyunlarında bürünc medal qazanan idmançımız altıncı pillədədir.Komandamızın ağır çəkili cüdoçusu Uşangi Kokauri (+100 kq) bir pillə geriləyib. O, hazırda 14-cü pillədədir. Dünya reytinqində dördüncü olan İrina Kindzerska (+78 kq) da bir pillə geriləyərək beşinci mövqedə qərarlaşıb. “Minsk 2019”un bürünc mükafatçıları Məmmədəli Mehdiyev (90 kq) dördüncü, Elmar Qasımov (100 kq) onuncu yeri tuturlar.Yüngül çəkilərə gəldikdə, Nicat Şıxəlizadə (66 kq) 25-ci, Orxan Səfərov (60 kq) 37-ci sırada qərarlaşıblar.xeber100.com

İyul 9, 2019 3:09

Beynəlxalq Şahmat Federasiyasının Prezident Şurasının iclasında

İyunun 27-30-da Bakıda keçirilmiş Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Prezident Şurasının iclasında verilən titulların siyahısı dərc edilib.Azərtac FIDE-nin rəsmi saytına istinadla xəbər verir ki, ali qurumun iclasında verilən qərara görə, 100-dən çox şahmatçı və hakim yeni titullara sahib olublar. Onların arasında gənc şahmatçımız Ülvi Sadıqov beynəlxalq qrossmeyster (GM) adına yiyələnib. Aydın Süleymanlı beynəlxalq usta (IM), Xanım Balacayeva beynəlxalq qrossmeyster (WGM), Nərmin Söyünlü isə beynəlxalq usta (WIM) adını qazanıblar. Bundan əlavə, Məcid Əfəndiyev və Cavanşır Bağırov beynəlxalq dərəcəli hakim (IA) adına layiq görülüblər.xeber100.com

İyul 9, 2019 3:04

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin oyununa təyinat alıb.AFFA-dan Azərtac-a bildiriblər ki, o, birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Norrçepinq” (İsveç) – “St.Patrik” (İrlandiya) qarşılaşmasının hakim-inspektoru olacaq. Həmin görüş iyulun 18-də oynanılacaq.xeber100.com

İyul 8, 2019 6:17

Güləş Federasiyasının məlumatına görə…

Azərbaycanın sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandası Yaponiyanın Komatsu şəhərində təlim-məşq toplanışına başlayıb.Azərtac Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, millimiz yerli komanda ilə birgə məşq edir. Məşqçilər Arif Abdullayevin və Nazim Əlicanovun rəhbərliyi ilə keçən təlim-məşq toplanışına İslam Bazarqanov, Mahir Məmmədzadə (hər ikisi 57 kq), Əsgər Məmmədəliyev (61 kq), Turan Bayramov (65 kq), Davud İbrahimov, Əşrəf Aşurov (hər ikisi 70 kq), İsmayıl Abdullayev (74 kq), Rəşad Yusifli (79 kq), Asxab Həmzətov (92 kq) və İslam Abuyev (125 kq) qatılıblar.Gənc sərbəst güləşçilərimizin Yaponiyadakı hazırlığı iyulun 17-dək davam edəcək.xeber100.com

İyul 8, 2019 6:11

“Roma” klubu “Real Betis” komandasının qapıçısını transfer edib

“Roma” futbol klubu “Real Betis” komandasının ispaniyalı qapıçısı Pau Lopezin transferini başa çatdırıb.Azərtac xəbər verir ki, müqaviləyə əsasən Roma klubu 24 yaşlı qapıçı üçün İspaniya təmsilçisinə 30 milyon avro ödəyəcək.“Real Betis” qapıçını ötən ilin yayında “Espanyol” klubundan transfer haqqı ödəmədən heyətinə cəlb edib.“Roma” ötən il isveçli qapıçı Robin Olsen üçün “Kopenhagen” klubuna 9 milyon avro ödəyib.xeber100.com

İyul 8, 2019 6:07

Respublika Şahmat Olimpiadası start götürəcək

İyulun 12-də Qax Olimpiya İdman Kompleksində Respublika Şahmat Olimpiadası start götürəcək.Azərtac xəbər verir ki, yarışda 16 yaşadək şahmatçılar mübarizə aparacaqlar. İyulun 21-dək davam edəcək turnirdə 500-ə yaxın şahmatçı iştirak edəcək.Respublika Şahmat Olimpiadasının baş hakimi Qüdrət İsmayılov olacaq.xeber100.com

İyul 8, 2019 6:02

“Milan” futbol klubu “Liverpul”un müdafiəçisi ilə maraqlanır

İtaliyanın “Milan” klubu “Liverpul”un müdafiəçisi Deyan Lovrenlə maraqlanır. La Gazzetta nəşri xəbər verir ki, italyan klubu 30 yaşlı xorvat futbolçu üçün 15 milyon avro təklif etməyə hazırdır, amma “Liverpul” 25 milyon istəyir. Vəziyyəti, həmçinin futbolçunun İngiltərədə yüksək maaşı mürəkkəbləşdirir. Lovren orada ilə 4,5 milyon avro alır.Xorvatiyalı müdafiəçi 2014-cü ildə “Sautgempton”dan “Liverpula” təxminən 20 milyon funt sterlinq müqabilində keçib. Onun “qırmızılarla” müqaviləsi 2021-ci ilin yayınadək hesablanıb.2018-ci il dünya çempionatında Lovren Xorvatiya yığmasının əsas oyunçularından biri olub. O, mundialda komandasının bütün oyunlarında, o cümlədən Fransa yığması ilə final matçında iştirak edib. Xorvatiya həmin oyunda 2:4 hesabı ilə uduzaraq dünya çempionatının gümüş mükafatçısı olub.xeber100.com  

İyul 7, 2019 12:05

Afrika millətləri kubokunun 1/8 final matçında

Misir Futbol Assosiasiyasının (MFA) başçısı Xani Abo Rida ölkə millisinin Misirdə keçirilən Afrika millətlər kubokunun 1/8 finalında məğlubiyyətə uğramasından sonra istefaya gedib.Azərtac yerli KİV-ə istinadla xəbər verir ki, Afrika millətləri kubokunun 1/8 final matçında Misir millisi Cənubi Afrika Respublikasının komandasına 0:1 hesabı ilə uduzub. Bu məğlubiyyətdən sonra, həmçinin meksikalı məşqçi Havyer Aqirre başda olmaqla, bütün məşqçi heyəti istefaya göndərilib.Misir millisinin ev turnirindəki uğursuz çıxışına görə məsuliyyəti 60 yaşlı meksikalı məşqçı Havyer Aqirre öz üzərinə götürüb.xeber100.com

İyul 7, 2019 11:51

“Grand Chess Tour 2019” seriyasının ikinci mərhələsi çərçivəsində

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən “Grand Chess Tour 2019” seriyasının ikinci mərhələsi çərçivəsində iyulun 7-də sonuncu – 11-ci turun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov sonuncu turda çinli Dinq Liren ilə üz-üzə gələcək. Turun digər oyunlarında rusiyalı Sergey Karyakin amerikalı Fabiano Karuana, norveçli dünya çempionu Maqnus Karlsen fransalı Maksim Vaşe-Laqrav, amerikalı Hikaru Nakamura sabiq dünya çempionu hindistanlı Vişvanatan Anand, rusiyalı Yan Nepomnyaşi hollandiyalı Aniş Giri, Amerikalı Uesli So ermənistanlı Levon Aronyan ilə qarşılaşacaqlar.On turdan sonra şahmatçımızın aktivində 4 xal var. M.Karlsen 7 xalla liderliyini davam etdirir. U.So 6,5, F.Karuana, L.Aronyan, Y.Nepomnyaşi 5,5, D.Liren 5, S.Karyakin, M.Vaşe Laqrav, A.Giri 4,5, V.Anand 4, H.Nakamura 3 xal toplayıblar.xeber100.com

İyul 7, 2019 11:49
    Page 384 of 831« First«...102030...382383384385386...390400410...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az