06 Dekabr 2025 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Lester Siti” futbol klubu yeni baş məşqçisinin adını açıqlayıb

İngiltərə Premyer Liqasında çıxış eliyən "Lester Siti" klubu yeni baş məşqçisinin adını açıqlayıb.Trend-in klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Lester Siti"nin yeni baş məşqçisi Brendan Rocersdir.Qeyd edilir ki, baş məşqçi ilə müqavilə 2022-ci ilə qədər nəzərdə tutulub. B.Rocersin rəhbərliyi altında "Lester Siti" ilk matçına Premyer Liqanın 29-cu turu çərçivəsində martın 3-ü "Uotford"a qarşı çıxacaq.Qeyd edək ki, Brendan Rocers "Seltik" klubunun, daha əvvəl isə "Liverpul"un baş məşqçisi olub.xeber100.com

Fevral 27, 2019 12:33

“Fenerbahçe” futbol klubu müqavilənin müddətini uzadacaq

"Fenerbahçe" futbolçusu Matyu Valbuenanın müqaviləsininin müddətini uzadacaq.Milli.az xəbər verir ki, fransalı yarımmüdafiəçinin ötən gün "Beşiktaş"la oyundakı (3:3) inamlı çıxışı məşqçilər heyətini razı saldığından, ona yeni sözləşmə təklif olunacaq. Klub rəhbərliyi 34 yaşlı oyunçunu daha 1 il komandada saxlamaq istəyir.Qeyd edək ki, 2017-ci ilin yayından "Fenerbahçe"nın formasını geyinən Valbuena bu komandanın heyətində 37 oyuna çıxıb və 8 qol vurub.xeber100.com

Fevral 26, 2019 8:41

“Mançester Siti” klubu Futbol Liqasınını Kubokunu qazanıb

"Mançester Siti" futbol klubu ardıcıl olaraq ikinci dəfə İngiltərə Futbol Liqasınını Kubokunu qazanıb.Trend-in məlumatına görə, komanda "Çelsi" üzərində qələbə qazanıb. Matç Londonda "Uembli" stadionunda keçirilib.Əsas və əlavə olunmuş vaxt 0:0 hesabı ilə yekunlaşıb, qalib penaltilər seriyasında müəyyənləşib - 4:3."Mançester Siti" və "Çelsi" İngiltərə Liqasının Kuboku çərçivəsində üçüncü dəfə görüşür. Oyunlardan ikisində "Siti", birində isə "Çelsi" qələbə qazanıb.Beləliklə, "Mançester Siti" sayca altıncı dəfə Kubok sahibi olub və qələbələrin sayına görə ikinci yerə çıxıb. Komanda mükafatı 1970, 1976, 2014, 2016 və 2018-ci illərdə qazanıb. Qazanılan mükafatlara görə birinci yerdə isə "Liverpul"dur (8 dəfə).xeber100.com

Fevral 26, 2019 8:32

Qılıncoynatma üzrə Avropa birinciliyinə start verilib

İtaliyanın Foccia şəhərində yeniyetmə və gənclər arasında qılıncoynatma üzrə Avropa birinciliyinə start verilib. Azərbaycanın yeniyetmə qılıncoynadanları da çempionatda mübarizəyə başlayıblar.Azərbaycan Qılıncoynatma Federasiyasından Azərtac-a bildiriblər ki, yeniyetmə şpaqaçıların şəxsi mübarizəsində Barat Quliyev qrup mərhələsində keçirdiyi altı görüşün üçündə qalib gələrək pley-offa yüksəlib. Şpaqaçımız 1/64 finalda Serbiya təmsilçisi Yakov Planoyeviçi 15:14 hesabı ilə məğlub edib. O, 1/32 finalda Estoniya idmançısı Pol Fortinə 11:15 hesabı ilə uduzub.Murad Əkbərov isə yeniyetmə oğlanlar arasında sablya üzrə şəxsi yarışın qrup mərhələsində keçirdiyi altı görüşün ikisini qələbə ilə başa vurub.Saleh Məmmədov və Maqsud Hüseynli isə qrup mərhələsində keçirdikləri görüşdə məğlub olublar.xeber100.com

Fevral 25, 2019 11:57

“Mançester Siti” futbol klubu “Çelsi” komandası ilə qarşılaşıb

İngiltərə kubokunun (FA) final görüşü keçirilib.Azərtac xəbər verir ki, görüşdə “Mançester Siti” – “Çelsi” komandası ilə qarşılaşıb.Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə hesab açılmayıb. Əlavə olunmuş dəqiqələrdə də komandaların cəhdləri uğursuz olub.Penaltilər seriyasında daha dəqiq olan “Mançester Siti” (4:3) tarixində altıncı dəfə İngiltərə kubokunun sahibi olub. “Çelsi”nin heyətində Jorjinyo, David Luiz, “Mançester Siti”də isə Bernardo Silva zərbələrini dəqiq yerinə yetirə bilməyiblər.xeber100.com ı

Fevral 25, 2019 11:53

İngiltərənin “Lester Siti” klubunun məşqçisi istefaya göndərilib

İngiltərənin “Lester Siti” klubunun baş məşqçisi Klod Püel istefaya göndərilib.Azərtac klubun rəsmi “Twitter” səhifəsinə istinadla xəbər verir ki, 57 yaşlı fransalı mütəxəssis İngiltərə Premyer Liqasının 27-ci turunda “Kristan Pelas” klubu ilə 4:1 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.K.Püel 2017-ci ilin oktyabr ayından “Lester Siti”nin baş məşqçisi kimi çalışırdı. Fransalı məşqçi bunadək “Monako”, “Lion”, “Nitsa”, “Sauthempton” kimi komandalarda baş məşqçi vəzifəsində çalışıb.“Lester Siti” hazırda turnir cədvəlində 32 xal ilə 12-ci yerdədir. Turnirə 66 xalla “Liverpul” klubu liderlik edir.xeber100.com

Fevral 25, 2019 11:47

Güləşçilər arasında “Acropolis Cup” keçirilib

Yunanıstanın paytaxtı Afinada 15 yaşadək güləşçilər arasında “Acropolis Cup” keçirilib.Azərtac xəbər verir ki, yarışa I-S dərəcəli beynəlxalq hakim Hicran Şərifov rəhbərlik edir. Dünya Güləş Birliyi (UWW) bu vəzifəni məhz həmyerlimizə həvalə edib. İki günlük turnirdə güləşin hər 3 növü üzrə mübarizə baş tutub.Qeyd edək ki, təcrübəli referi “Pekin 2008”, “London 2012” və “Rio 2016” Yay Olimpiya Oyunlarında hakimlik edib.xeber100.com

Fevral 25, 2019 11:44

“Sevilya” futbol klubu “Barselona”nı qəbul edib

İspaniya La Liqasının 25-ci turunun mərkəzi görüşündə “Sevilya” dogma meydanda “Barselona”nı qəbul edib. Trend-in məlumatına görə, matç 2:4 hesabı ilə qonaqların xeyrinə başa çatıb.Matçda hesabı Xesus Navas 22-ci dəqiqədə açıb. Lakin 4 dəqiqə sonra Messi hesabı bərabərləşdirib. 42-ci dəqiqədə müdafiəçi Merkado yenidən “Sevilya”nı yenidən hesabda irəli çıxarıb.İkinci hissədə 67-ci dəqiqədə Messi yenidən hesaba tarazlıq gətirib. 85-ci dəqiqədə Messi het-trik edərək komandasını hesabda irəli çıxarıb. 93-cü dəqiqədə isə Suares matçda son nöqtəni qoyub.Bununla da, “Barselona” 57 xalla birinci, “Sevilya” isə 37 xalla 5-ci pillədə qərarlaşıb.xeber100.com

Fevral 24, 2019 7:41

İngiltərə Premyer Liqasının 27-ci turunun mərkəzi görüşü keçirilib

Bu gün İngiltərə Premyer Liqasının 27-ci turunun mərkəzi görüşü keçirilib.Trend-in məlumatına görə, "Mançester Yunayted" öz meydanında "Liverpul"u qəbul edib. Stadiondan oyunu 74519 insan izləyib.Oyun qarşılıqlı hücumlarla keçsədə, qapılara qol vurulmayıb - 0:0.Oyunun 75-ci dəqiqəsində "Liverpul"un müdafiəçisi Joel Matip topu öz qapısına göndərsədə, hakim Maykl Oliver oyundan kənar vəziyyətin olması ilə əlaqədar qolu saymayıb.Bundan əlavə, oyunun ilk hissəsində komandalar 4 dəfə məcburi əvəzetmə ediblər. "Mançester Yunayted" zədələnən Ander Errera, Xuan Mata və Cessi Linqardı, "Liverpul" isə Roberto Firminonu əvəz etmək məcburiyyətində qalıb.Hazırda "Liverpul" 66 xa ilə ən yaxın izləyicisi olan "Mançester Siti"dən 1 xal öndə olaraq turnir cədvəlinə liderlik edir. "Mançester Yunayted" aktivində 52 xalla 5-ci yerdə qərarlaşıb.İngiltərə Premyer Liqasının növbəti turunda, fevralın 27-si "Mançester Yunayted" səfərdə "Kristal Pelas" ilə, "Liverpul" isə doğma meydanında "Uotfordu" qəbul edəcək.xeber100.com

Fevral 24, 2019 7:34

“Neftçi” futbol klubu müqavilənin müddətini artırıb

"Neftçi” PFK futbolçu Tural Axundovla bu mövsümün sonunda bitməli olan müqavilənin müddətini 1 illiyə artırıb.Trend klubun saytına istinadən məlumat verir ki, 30 yaşlı müdafiəçi 2019/2020-ci illər mövsümünün sonunadək paytaxt təmsilçisinin formasını geyinəcək.Qeyd edək ki, T.Axundov bu mövsüm 18 oyunda meydana çıxıb.xeber100.com

Fevral 23, 2019 4:22
    Page 429 of 830« First«...102030...427428429430431...440450460...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az