İngiltərə Premyer Liqasının növbəti turuna yekun vurulub

Fevralın 4-də İngiltərə Premyer Liqasının 25-ci turuna yekun vurulub.Azərtac xəbər verir ki, turun yekun oyununda çempionatın lideri "Liverpul" səfərdə "Vest Ham" klubunun qonağı olub. Mersessayd təmsilçisi Sadio Manenin 22-ci dəqiqədə vurduğu qolla öndə olsalar da, meydan sahibləri altı dəqiqədən sonra hesabı bərabərləşdiriblər - 1:1. "Vest Ham" klubunun heyətində Mixael Antonio fərqlənib. Beləliklə, "Liverpul" çətin səfər matçında xal itkisi ilə üzləşib. Yurqen Klopun yetirmələri son 5 oyunda "Vest Ham" klubuna qalib gələ bilmir."Liverpul" növbəti turda doğma azarkeşlər önündə "Bornmut"la, "Vest Ham" isə "Kristal Palas" ilə qarşılaşacaq.Qeyd edək ki, turnir cədvəlində 62 xalla "Liverpul" klubu başçılıq edir, "Mançester Siti" 59 xalla ikinci, 57 xalı olan "Tottenhem" üçüncü, "Çelsi" isə 50 xalla dördüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq "Mançester Yunayted" (48), "Arsenal" (47), "Volverhemton" (38), "Vatfort" (34), "Everton" (33) və "Bornmut" (33) yer alıblar.Xatırladaq ki, turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb: "Mançester Siti"-"Arsenal" - 3:1; "Lester Siti"-"Mançester Yunayted" - 0:1; "Çelsi"-"Haddersfild" - 5:0; "Brayton”-“Uotford” - 0:0 “Börnli” – “Sauthempton” - 1:1 “Kristal Pelas” – “Fulhem” - 2:0 “Everton” – “Vulverhempton” - 1:3 “Kardiff Siti” – “Bornmut” - 2:0.xeber100.com

Fevral 5, 2019 12:24

Futbol üzrə XV turun daha iki oyunu keçiriləcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun daha iki oyunu keçiriləcək.Milli.az xəbər verir ki, günün ilk matçında "Qəbələ" doğma azarkeşlər önündə "Sumqayıt"la qarşılaşacaq.Sənan Qurbanovun baç məşqçisi olduğu kollektiv çempionatda "gənclik şəhəri" təmsilçisinə qarşı keçirdiyi 26 matçın hamısında qol vurmağı bacarıb və ev oyunlarının heç birində məğlub olmayıb. "Sumqayıt" həmçinin altı oyundur ki, "Qəbələ"ni məğlub edə bilmir. 26 oyunun 16-da "Qəbələ", 2-də isə qonaqlar qələbə qazanıb, 8 qarşılaşma heç-heçə yekunlaşıb. Topların fərqində də əyalət təmsilçisinin aşkar üstünlüyü var - 46:20 . "Qəbələ" hazırda 17 xalla beşinci, "Sumqayıt" isə 15 xalla altıncıdır.XV tura mərkəzi qarşılaşma ilə yekun vurulacaq. Son ölkə çempionu "Qarabağ" turnir cədvəlinin lideri "Neftçi"nin müqavimətini qırmağa çalışacaq. Azərbaycan çempionatlarının daimi iştirakçıları yubiley - 75-ci çempionat oyununda üz-üzə gələcək."Neftçi" son 4 matçda rəqibinə məğlub olmamaqla yanaşı, ardıcıl 3 oyundur rəqib qapısına yol tapa bilir. Bu vaxta qədər keçirilmiş 74 oyunun 27-də Ağdam təmsilçisi, 20-də isə flaqman meydanı qələbə ilə tərk edib. 27 qarşılaşmada isə qalib müəyyənləşməyib. Topların fərqində də "köhlən atlar" öndədir - 78:68. "Neftçi" hazırda 33 xalla birinci, "Qarabağ" isə 30 xalla ikinci sıradadır.Qeyd edək ki, turun digər matçlarında "Sabah" səfərdə "Zirə"ni 2:0, "Səbail" isə "Keşlə"ni 3:0 hesabı ilə məğlub edib.xeber100.com

Fevral 3, 2019 12:29