06 Dekabr 2025 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Sumqayıt” futbol klubunun yoxlama oyunu ləğv olunub

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Sumqayıt"ın bu gün Bosniya v Herseqovina "Çelik"i nəzərdə tutulan yoxlama oyunu ləğv olunub.Milli.az xəbər verir ki, buna rəqib komandanın son anda meydana çıxmaqdan imtina etməsi səbəb olub.Qeyd edək ki, "Sumqayıt" ilk sınaq matçında Qazaxıstan təmsilçisi "Jetısu" ilə heç-heçə edib - 1:1. "Kimyaçılar" yanvarın 22-də Makedoniyanın "Vardar", 26-da isə Serbiyanın "Zemun" klubları ilə qarşılaşacaq.xeber100.com

Yanvar 19, 2019 7:43

Asiya Kubokunda 3-cü turun oyunları keçirilib

Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan Asiya Kubokunda 3-cü tur oyunları keçirilib. Trend-in məlumatına görə, tur çərçivəsində 12 görüş keçirilib.Qeydə alınan nəticələri diqqətinizə təqdim edirik: Fələstin – İordaniya 0:0 Avstraliya – Suriya 3:2 BƏƏ – Tayland 1:1 Hindistan – Bəhreyn 0:1 Vyetnam – Yəmən 2:0 İran – İraq 0:0 Qırğızıstan – Filippin 3:1 Cənubi Koreya – Çin 2:0 Oman – Türkmənistan 3:1 Yaponiya – Özbəkistan 2:1 Səudiyyə Ərəbistanı – Qətər 0:2 Livan – KXDR 4:1 Beləliklə, 1/8 final mərhələsində oynayacaq cütlüklər məlum olub. 20 yanvar Tayland – Çin İran – Oman İordaniya – Vyetnam 21 yanvar Yaponiya – Səudiyyə Ərəbistanı BƏƏ – Qırğızıstan Avstraliya – Özbəkistan 22 yanvar Cənubi Koreya – Bəhreyn Qətər – İraq.xeber100.com

Yanvar 19, 2019 7:35

“Səbail” klubu bu gün ikinci yoxlama oyununa çıxıb

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Səbail" klubu bu gün ikinci yoxlama oyununa çıxıb.Milli.az bildirir ki, Aftandil Hacıyevin baş məşqçi olduğu kollektiv İsveçrə "Sürix"i ilə qarşılaşıb."Miracle Resort" İdman Kompleksinin stadionunda təşkil olunmuş oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.Hesabı 37-ci dəqiqədə Ağabala Ramazanov açsa da, 79-cu dəqiqədə Marko Şönbaxler bərabərlik qolunu vurub. Bununla da "Səbail" qələbə hesabını qoruya bilməyib.xeber100.com

Yanvar 19, 2019 7:27

Şahmat üzrə üçüncü turun oyunları keçirilir

Yanvarın 18-də kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının üçüncü turunun oyunları keçirilir.Azərtac xəbər verir ki, İsveçrə sistemi üzrə keçirilən və 9 turdan ibarət çempionatın ilk iki turunda Fərid Zeynalov və İsmayıl Şahəliyev ardıcıl qələbə qazanıblar.Ölkə çempionatında beynəlxalq qrossmeysterlər, idman ustaları, dünya və Avropa çempionatlarının mükafatçıları, 16, 18 və 20 yaşlılar arasında ölkə çempionları, ötənilki Azərbaycan birinciliyinin üç mükafatçısı, 2018-ci ildə birinci dəstənin iki qalibi və bu il yanvarın 1-nə əmsalı 2300-dən yuxarı olan şahmatçılar mübarizə aparırlar.Bakıda Azərbaycan Şahmat Federasiyasının binasında keçirilən çempionata yanvarın 24-də yekun vurulacaq.xeber100.com

Yanvar 18, 2019 11:28

U-19 millisi Antalyada dörd yoxlama oyunu keçirəcək

Xəbər verdiyimiz kimi, Avropa çempionatının elit-raund mərhələsinə hazırlıq məqsədilə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası yanvarın 19-dan 31-dək Antalyada təlim-məşq toplanışında olacaq.Azərtac AFFA-ya istinadla xəbər verir ki, hazırlıq zamanı 4 yoxlama oyunu keçirəcək yığmamız yanvarın 21-də, 24-də, 27-də və 30-da müvafiq olaraq “Krasnodar-3” (Rusiya), Küveyt U-19, “Tromso” (Norveç) və “Dinamo-2” (Rusiya) komandaları ilə qarşılaşacaq.xeber100.com

Yanvar 18, 2019 11:26

“Tottenhem” klubu “Barselona”nın hücumçusunu heyətinə qatmaq istəyir

İngiltərənin “Tottenhem” futbol klubu İspaniyanın “Barselona” komandasının hücumçusunu heyətinə qatmaq istəyir.Azərtac xəbər verir ki, londonlular braziliyalı Malkoma görə danışıqlara başlayıblar.“Tottenhem” Malkomu cari mövsümün sonunadək icarə əsasında, daha sonra isə birdəfəlik şərtlərlə transfer etməyə dair müqavilə imzalamaq niyyətindədir.xeber100.com

Yanvar 18, 2019 11:23

MotoGP dünya çempionatının debüt mərhələsi keçiriləcək

2020-ci ildə Finlandiyanın paytaxtı Helsinkidən 110 kilometrlik məsafədəki avtodromda MotoGP dünya çempionatının debüt mərhələsi keçiriləcək.Azərtac xəbər verir ki, hazırda tikintisi davam edən avtodrom daha yüksək səviyyəli yarışların keçirilməsi üçün bütün tələblərə cavab verəcək. Bunu nəzərə alan Finlandiya Avtomobil İdmanı Federasiyası bu ölkədə Formula 1 dünya çempionatı mərhələsinin keçirilməsi imkanlarını araşdırır.“GPblog” saytına müsahibə verən federasiya rəhbəri Tatu Lexmuskallio bildirib ki, avtomobil idmanı sahəsində Finlandiyanın geniş təcrübəsi var. Son illər fin yürüşçülər Formula 1 və WRC yarışlarında digər ölkələrin təmsilçilərindən daha çox titul qazanıblar. Ölkədə uğurlu və maraqlı idman yarışlarının təşkili sahəsində də yaxşı ənənə mövcuddur.Finlandiyanın 150 min tamaşaçı yerlik “KymiRing” avtodromu 2019-cu ilin avqustunda avtomobil idmanı ilə məşğul olanların sərəncamına veriləcək.xeber100.com

Yanvar 18, 2019 11:21

Çelsi” klubu müdafiəçisini icarəyə verib

Çelsi" müdafiəçisi Abdul Rəhman Babanı icarəyə verib.Milli.az xəbər verir ki, 24 yaşlı sol cinah müdafiəçisi karyerasını Türkiyədə davam etdirəcək. Qana millisinin üzvü Super Liqa təmsilçisi "Göztəpə" ilə anlaşıb. Baba İzmir klubunda mövsümün sonuna qədər çıxış edəcək.Qeyd edək ki, "Çelsi" qanalı futbolçunu 2015-ci ildə "Auqsburq"dan 20 milyon avroya transfer etmişdi. O, iki il "Şalke"də icarə əsasında çıxış edib.xeber100.com

Yanvar 17, 2019 3:35

“Barselona” klubu “Barca Tekstil” şirkətini məhkəməyə verib

İspaniyanın "Barselona" klubu Türkiyənin İstanbul şəhərinin Şişli rayonunda yerləşən "Barca Tekstil" şirkətini məhkəməyə verib.Milli.az xəbər verir ki, Kataloniya təmsilçisi şirkəti "Barca" brendindən qanunsuz istifadədə ittiham edərək, adının dəyişdirlməsini istəyib. "Barselona"nın İstanbul Fikri ve Sınai Haklar Məhkəməsinə təqdim etdiyi şikayət ərizəsində klubun "Barça" adı ilə tanındığı və dünyanın köklü klublarından olduğu ifadə edilib, 100-dək ölkədə qeydiyyatdan keçmiş markasının mövcudluğu vurğulanıb."Barca Tekstil"in sahibi Ali Öziçer isə deyib ki, şirkət 1997-ci ildə qurulub və "Barca" italyanca "yaxta" deməkdir: "Firmamızın adı ilə Almaniya və İtaliya daxil olmaqla, bir çox Avropa ölkəsinə geyim satırıq. Bu adla bir çox ölkədə qeydiyyatdan keçmiş şirkətik. Bunun üçün İspaniyaya da müraciət etdik, amma rədd cavabı aldıq. "Barselona" klubu da Türkiyədə "Barça" adında bir restoran açmaq istəyir. Bunun üçün müvafiq quruma iki dəfə müraciət ünvanlayıblar. Biz buna etiraz edincə, şirkətimizi məhkəməyə veriblər".Qeyd edək ki, "Barselona" 1899-cu ildə təsis olunub.xeber100.com

Yanvar 17, 2019 3:31

İspaniya Kubokunun 1/8 final mərhələsində

İspaniya Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.Milli.Az xəbər verir ki, "Real Madrid" səfərdə "Leqanes"in qonağı olub. Matç meydan sahiblərinin minimal hesablı qələbəsiylə başa çatıb.İlk görüşdə 3:0 hesablı qələbə qazandığı üçün "kral klubu" 1/4 finala yüksəlib."Leqanes" - "Real Madrid" 1:0 (İlk oyun 0:3)/Qol: Martin Breysveyt, 30.xeber100.com

Yanvar 17, 2019 2:37
    Page 441 of 830« First«...102030...439440441442443...450460470...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az