Futbol üzrə Türkiyə Superliqasının XIII turunda

Noyabrın 25-də futbol üzrə Türkiyə Superliqasının XIII turunda “Trabzonspor” komandası öz meydanında “Fənərbağça”nı qəbul edib.Azərtac xəbər verir ki, maraqlı keçən qarşılaşmada meydan sahibləri rəqibini 2:1 hesabı ilə məğlub ediblər. Oyunda hesab ikinci hissədə açılıb. Əllinci dəqiqədə “Trabzonspor”un heyətində Filip Novak komandasını hesabda irəli çıxardıb. 75-ci dəqiqədə isə Jose Sosa hesab arasındakı fərqi ikiyə çatdırıb. Bundan yeddi dəqiqə sonra İstanbul təmsilçisi bu qollardan birinin əvəzini çıxıb. “Fənərbağça”nın isveçrəli hücumçusu Mixael Frey fərqlənib.Matçda başqa qol olmayıb və “Trabzonspor” 2010-cu ildən bəri qalib gələ bilmədiyi İstanbul komandasını, nəhayət, məğlub etməyi bacarıb. Bu qələbədən sonra hesabındakı xallarının sayını 19-a çatdıran Ünal Karamanın komandası turnir cədvəlində yeddinci pilləyə yüksəlib.Qeyd edək ki, “Bordo-mavililər” səkkiz il əvvəl öz meydanında “Fənərbağça”ya 3:2 hesabı ilə qalib gəldikdən sonra rəqibi ilə aralarında oynanılan 18 matçdan 10-da uduzub. Səkkiz qarşılaşma isə heç-heçə yekunlaşıb.Tura noyabrın 26-da keçiriləcək "Göztəpə" – "Başakşəhər" matçı ilə yekun vurulacaq.On üç turdan sonra "Başakşəhər" komandası 27 xalla çempionata liderlik edir. Bu gün oynanılan matçda "Yeni Malatyaspor"dan 3:0 hesabı ilə üstün olan və 25 xal toplayan "Kasımpaşa" ikinci yerə yüksəlib. Hesabında 24 xal olan "Qalatasaray" üçüncü sırada qərarlaşıb. 21 xala malik "Beşiktaş" komandası dördüncüdür.xeber100.com

Noyabr 26, 2018 10:48

Azərbaycan Premyer Liqasında 12-ci tura start verilib

Bu gün Azərbaycan Premyer Liqasında 12-ci tura start verilib.Milli.az bildirir ki, turun ilk görüşündə "Keşlə" ilə "Qəbələ" üz-üzə gəlib. Ötən turda doğma meydanda "Qarabağ"a uduzan "Qəbələ" Bakı səfərindən azı heç-heçəylə qayıtmağı hədəfləmişdi. Amma bölgə klubu daha inamlı çıxış edərək, bu oyundan qələbə ilə ayrılıb.Günün son matçında "Qarabağ" debütant "Sabah"ı sınağa çəkib. "Köhlən atlar"ı noyabrın 29-da "Sportinq"lə Avropa Liqasının matçı gözləyir. Bəlkə də, həmin oyuna görə Qurban Qurbanovun komandası özünü çox yormamağa çalışıb. Amma "Sabah"ın asan rəqib olmadığını da unutmaq olmaz. Qarşılaşma isə heç-heçə başa çatıb.Turun qalan iki oyunu bazar günü keçiriləcək.Lider "Neftçi" bu turda "qardaş"ı "Səbail"lə münasibətlərinə aydınlıq gətirəcək. Hazırda hər iki komandanın turnir cədvəlindəki mövqeyi yaxşıdır. "Neftçilər" zirvədə yer alıbsa, "Səbail" 3-cü pillədə qərarlaşıb. Amma bu oyunda "qardaşlar"dan biri, ya da ikisi də xal itirməyə məcburdur.Tura "Zirə" - "Sumqayıt" matçı ilə yekun vurulacaq. Nazim Süleymanovun qalmaqallı şəkildə "kimyaçılar"dan ayrılmasından sonra "sükan arxasına" Ayxan Abbasov keçib. Abbasov "Sumqayıt"ın baş məşqçi postunda ilk "imtahan"ını məhz keçmiş komandası "Zirə"yə qarşı matçda verəcək.xeber100.com

Noyabr 24, 2018 8:13

Karate üzrə 26-cı Azərbaycan çempionatı start götürüb

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyasının və Azərbaycan Milli Karate Federasiyasının birgə təşkilatçılığı ilə yeniyetmə və gənclərin 19-cu, böyüklər arasında 26-cı Azərbaycan çempionatı start götürüb.Azərtac xəbər verir ki, Bakı İdman Sarayında keçirilən yarışlarda respublikanın müxtəlif bölgələrini təmsil edən 34 klubdan 522 karateçi mübarizə aparır.Yarışların birinci günündə karateçilər şəxsi (+18 kq), kata (+16 kq) və kumite yarışlarında qüvvələrini sınayacaqlar. Böyüklərin mübarizəsində kişilər arasında 60, 67, 75, 84, +84, qadınların yarışında isə 50, 55, 61, 68, +68 kiloqram çəki dərəcələrində ən güclülər müəyyənləşəcək.Noyabrın 24-də çempionatın açılış mərasimi keçiriləcək. Həmin gün yeniyetmə və gənclərin yarışında şəxsi kata və kumite yarışlarında oğlanlar 40, 45, 50, 55, +55, qızlar isə 42, 47, +47 kiloqram çəki dərəcələrində mübarizə aparacaqlar. Yeniyetmə karateçilərin yarışında oğlanlar 52, 57, 63, 70, +70, zərif cinsin nümayəndələri isə 47, 54, +54 kiloqram çəki dərəcələrində qalib adı uğrunda qarşılaşacaqlar.Şəxsi kata yarışlarının startı yarışın sonuncu gününə - noyabrın 25-nə təsadüf edəcək. Həmin gün gənclərin yarışında oğlanlar 55, 61, 68, 76, +76, qızlar isə 48, 53, 59, +59 kiloqram çəki dərəcələrində mübarizə aparacaqlar. Bundan başqa, 21 yaşadək gənclər arasında oğlanların mübarizəsində 60, 67, 75, 84, +84, qızların yarışında 50, 55, 61, 68, +68 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək.xeber100.com

Noyabr 23, 2018 2:22