UEFA Millətlər Liqasında 5-ci turun oyunları keçiriləcək

Noyabrın 15-də UEFA Millətlər Liqasında 5-ci turun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, turun ilk oyun günündə 9 qarşılaşma təşkil olunacaq.Turun mərkəzi qarşılaşması “A” liqasının 4-cü qrupunda oynanılacaq. Son dünya finalçısı Xorvatiya millisi İspaniya yığması ilə münasibətlərə aydınlıq gətirəcək.Turun digər maraq doğuran oyunu “A” liqasının 2-ci qrupunda keçiriləcək. Belçika seçməsi doğma meydanda İslandiya ilə qarşılaşacaq. Meydan sahibləri bu görüşdə qələbə qazanacağı təqdirdə növbəti mərhələ şanslarını daha da artıracaqlar.“B” liqasının 3-cü qrupunda Bosniya və Herseqovina səfərdə Avstriyadan xal ala bilsə, növbəti matç komanda üçün formal xarakter daşıyacaq.“C” liqasının 2-ci qrupunda Macarıstan Estoniyanı, Yunanıstan isə Finlandiyanı qəbul edəcək. Macarıstan və Estoniya növbəti mərhələ şanslarını itirib. Finlandiya isə bir xal qazanacağı təqdirdə play-off mərhələsinə vəsiqə qazanacaq.Lüksemburq yığması “D” liqasının 2-ci qrupunda evdə Belarusla üz-üzə gələcək. Meydan sahibləri qələbə qazansa, növbəti mərhələyə yüksələcəklər. Qrupun digər matçında isə San-Marino və Moldova komandaları qarşılaşacaqlar.Azərbaycan milli komandasının yer aldığı “D” liqasının 1-ci qrupunda Qazaxıstan millisi Latviya yığmasını qəbul edəcək. Gürcüstan seçməsi isə səfərdə Andorra komandasının qonağı olacaq.Qeyd edək ki, Qazaxıstan-Latviya oyunu Bakı vaxtı ilə saat 19:00-da, qalan oyunlar isə 23:45-də başlayacaq.xeber100.com

Noyabr 15, 2018 11:15

Kosovo yığması ilə qarşılaşacaq milli komandanın heyəti açıqlanıb

Futbol üzrə UEFA Millətlər Liqası çərçivəsində noyabrın 17-də Bakı Olimpiya Stadionunda Farer adaları, üç gün sonra isə səfərdə Kosovo yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb.Azərtac xəbər verir ki, heyətə Kamran Ağayev (“Keşlə”), Səlahət Ağayev (“Neftçi”), Emil Balayev(“Səbail”), Maksim Medvedev, Bədavi Hüseynov, Rahil Məmmədov (hər üçü “Qarabağ”), Şəhriyar Əliyev(“Sumqayıt”), Təmkin Xəlilzadə, Urfan Abbasov (hər ikisi “Qəbələ”), Tural Axundov (“Neftçi”), Pavlo Paşayev (“Aleksandriya”, Ukrayna), Qara Qarayev, Araz Abdullayev (hər ikisi “Qarabağ”), Emin Mahmudov (“Neftçi”), Əfran İsmayılov (“Sumqayıt”), Rahid Əmirquliyev (“Səbail”), Cavid İmamverdiyev(“Sabah”), Riçard Almeyda (“Astana”, Qazaxıstan), Dmitri Nazarov (“Erzgebirge”, Almaniya), Mahir Mədətov (“Qarabağ”), Mirabdulla Abbasov (“Neftçi”), Ramil Şeydayev (“Krılya Sovetov”, Rusiya), Rüfət Dadaşov (“Proysen”, Almaniya) və Ruslan Qurbanov (“Səbail”) dəvət olunublar.Dörd turdan sonra Qurban Qurbanovun yetirmələri 6 xalla qrupda ikinci pillədə qərarlaşıblar. Kosovo 8 xalla birinci, Farer Adaları 4 xalla üçüncü, Malta isə 2 xalla sonuncu yerdədir. Sentyabrın 7-də Bakıda Kosovo seçməsi ilə heç-heçə (0:0) edən Azərbaycan yığması üç gün sonra Malta səfərindən bir xalla qayıdıb – 1:1. Komandamız oktyabrın 11-də səfərdə Farer Adaları yığmasının qapısından üç cavabsız top keçirib. Oktyabrın 14-də Bakı Olimpiya Stadionunda keçirilən Malta-Azərbaycan oyununda qalib müəyyənləşməyib -1:1.xeber100.com

Noyabr 12, 2018 11:51