04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Isle of Man International” turnirinə start veriləcək

Oktyabrın 20-də Men adasının paytaxtı Duqlasda üç qrupda keçiriləcək “Isle of Man International” turnirinə start veriləcək.Azərtac xəbər verir ki, güclü şahmatçıların “Masters” turnirində 167 oyunçu, o cümlədən 92 qrossmeyster və Azərbaycan təmsilçisi Arkadi Naydiçin də daxil olduğu 20 “yeddiyüzçü” iştirak edəcək. Turnirdə, həmçinin hollandiyalı Aniş Giri, fransız Maksim Vaşye-Laqrav, rusiyalı Vladimir Kramnik, amerikalı Uesli So, hindistanlı Vişvanatan Anand və digər tanınmış şahmatçılar mükafatlar uğrunda mübarizə aparacaqlar.Turnirin birinci mükafatı 50000, qadın şahmatçılar üçün isə 7000 funt sterlinqdir.Men adası turniri İsveçrə sistemi üzrə 9 turdan ibarət olaraq keçiriləcək.xeber100.com

Oktyabr 19, 2018 1:13

UEFA Fransanın “Pari Sen-Jermen” klubunu cərimələyib

UEFA Fransanın “Pari Sen-Jermen” (PSG) klubunu Çempionlar Liqasının qrup mərhələsində Serbiyanın “Red Star” komandası ilə keçirdiyi matçda yaşananlarla əlaqədar 20 min avro məbləğində cərimələyib. Bununla yanaşı, hər iki komandanın azarkeşlərinin səbəb olduğu hadisələrlə bağlı əlavə araşdırmanın aparılması qərara alınıb.Azərtac xəbər verir ki, bu barədə UEFA-nın saytında məlumat verilib.“PSG”nin cərimələnməsinin əsas səbəbi oyunun gec başlaması olub. Komandanın baş məşqçisi Tomas Tüxelə bu barədə xəbərdarlıq edilib. Parislilərə qarşı, həmçinin oyun zamanı azarkeşlər tərəfindən pirotexniki vasitələrdən istifadə və klub nümayəndələrinin uyğun olmayan davranışları ilə bağlı da iddialar irəli sürülüb. UEFA-nın “Red Star” klubunun azarkeşlərinin davranışları ilə bağlı da müəyyən ölçü götürəcəyi gözlənilir. Bununla əlaqədar oyunda baş vermiş hadisələri və hər iki komandanın azarkeşlərinin davranışlarını araşdırmaq üçün müfəttişin təyin olunması qərara alınıb.Xatırladaq ki, oktyabrın 3-də Parisdə keçirilən həmin qarşılaşma ev sahiblərinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.xeber100.com

Oktyabr 19, 2018 1:09

Şahmat üzrə dünya birinciliyi başlanır

Bu gün Yunanıstanın Halkidiki şəhərində 14, 16 və 18 yaşa qədər oğlanlar və qızlar arasında şahmat üzrə dünya birinciliyi başlanır.Azərtac xəbər verir ki, ilk dəfə olaraq şahmatın üç növü üzrə medallar uğrunda mübarizə aparılacaq. Oktyabrın 17-18-də sürətli şahmat üzrə, oktyabrın 19-da blits üzrə, oktyabrın 20-dən 30-dək klassik şahmat üzrə yarışlar keçiriləcək.Hazırda iştirakçıların sıyahısında dünyanın 79 ölkəsindən 653 şahmatçının, o cümlədən Azərbaycanın 7 nümayəndəsinin adı var. Ölkəmizi bu yarışlarda FİDE ustaları Murad İbrahimli, Əhməd Əhmədzadə, Aydın Süleymanlı, Vüqar Manafov, Gövhər Beydullayeva, ustalığa namizəd Ayan Allahverdiyeva və Ləman Hacıyeva təmsil edəcəklər.Rapid və blits üzrə turnirlər 9 turdan, klassik şahmat üzrə yarışlar isə 11 turdan ibarət olacaq.xeber100.com

Oktyabr 18, 2018 12:47

Cüdoçular arasında dünya çempionatına start verilib

Meksikanın Kankun şəhərində veteran cüdoçular arasında dünya çempionatına start verilib. Yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu olub.Azərtac xəbər verir ki, dünya çempionatında ölkəmizi təmsil edən veteran cüdoçu Fərhad Rəcəbli M-6 kateqoriyası üzrə 90 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Fərhad Rəcəbli Rusiya, ABŞ və Braziliyadan olan rəqiblərini məğlub edərək mundialın ən güclüsü adına layiq görülüb.Qeyd edək ki, bu idmançımızın usta cüdoçular arasında qazandığı səkkizinci çempionluqdur.xeber100.com

Oktyabr 18, 2018 12:44

Ağır atletika üzrə Avropa birinciliyi keçiriləcək

Oktyabrın 20-dən 27-dək Polşanın Zamots şəhərində 20 və 23 yaşadək idmançılar arasında ağır atletika üzrə Avropa birinciliyi keçiriləcək.Azərbaycan Ağır Atletika Federasiyasından Azərtac-a bildiriblər ki, 40-dək ölkədən 393 atletin (169 qadın+224 kişi) mübarizəyə qoşulduğu turnirdə Azərbaycan 8 idmançı ilə təmsil olunacaq.Heyətdə 20 yaşadək idmançılardan Rüstəm Qasımov (62 kq) və Səbinə Əzimova (53 kq) yer alıblar. Həmçinin 23 yaşadək ağır atletlərin yarışında Məhəmməd Məmmədli (62 kq), Paşa İbrahimli (69 kq), Mərziyyə Məhərrəmova (48 kq), Gülçin Əlizadə (58 kq), Firuzə İbrahimova (63 kq) və Elnarə Abbasova (69 kq) güclərini sınayacaqlar.xeber100.com

Oktyabr 18, 2018 12:41

Futbol üzrə Kolumbiya çempionatının 14-cü turunda

Futbol üzrə Kolumbiya çempionatının 14-cü turunda “Atletiko nasyonal” və “Deportivo Kali” komandaları arasında matçda (0:0) maraqlı bir hadisə baş verib.Azərtac xəbər verir ki, final fitinin səslənməsinə bir neçə dəqiqə qalmış meydan sahibləri rəqib komandanın cərimə meydançası yaxınlığında standartı icra etmək hüququ qazanıblar. “Atletiko nasyonal”ın yarımmüdafiəçisi Xeyson Lukumi standartı icra etməyi qərara alaraq topu əlinə götürüb. Lukuminin komanda yoldaşı, hücumçu Dayro Moreno topu vuraraq onun əlindən salıb, bundan sonra oyunçular arasında az qala dava düşüb. Münaqişə zamanı başı ilə Morenonun üzünə vuran Lukumi buna görə qırmızı vərəqə alıb.Matçdan sonra “Atletiko nasyonal” elan edib ki, bu hadisəyə görə Moreno ilə sazişi pozmaq qərara alınıb, Lukumi isə 8 günlüyə əsas komanda ilə məşqlərdən kənarlaşdırılıb.xeber100.com

Oktyabr 18, 2018 12:37

Belçika və Niderland yığmaları arasında yoldaşlıq görüşü keçirilib

Oktyabrın 16-da Belçika və Niderland yığmaları arasında yoldaşlıq görüşü keçirilib.Azərtac xəbər verir ki, Brüsseldə baş tutan qarşılaşma 1:1 hesabı ilə heç-heçə yekunlaşıb. Belçika millisinin heyətində 5-ci dəqiqədə Dris Mertens, Niderland yığmasının heyətində isə 27-ci dəqiqədə Qroeneveld fərqlənib.xeber100.com

Oktyabr 17, 2018 1:52

Afrika Millətlər Kubokunun seçmə mərhələsində

“Qəbələ”nin futbolçusu Lalavele Atakora Toqo millisində növbəti oyununu keçirib.Azərtac xəbər verir ki, yarımmüdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsinin IV turunda meydana çıxıb. O, “D” qrupunda keçirilən Qambiya–Toqo qarşılaşmasında iştirak edib. Start heyətində yer alan Atakora 90 dəqiqə meydanda olub. Toqo yığması səfər görüşündə vacib 3 xal qazanıb – 1:0.Bu qələbədən sonra Lalavelenin komandası xal hesabını 5-ə çatdırıb. Üçüncü pillədə qərarlaşan toqolular Əlcəzair və Benindən 2 xal geri qalırlar.xeber100.com

Oktyabr 17, 2018 1:46

“World Masters” 2018-ci ilin dekabrında keçiriləcək

Cüdo üzrə səkkizinci “World Masters” 2018-ci ilin dekabrında Çinin Quançjou şəhərində keçiriləcək.Azərtac xəbər verir ki, dünyanın, o cümlədən Azərbaycanın 16 ən yaxşı cüdo ustasının iştirak edəcəyi yarışlar artıq hər çəki dərəcəsi üzrə dekabrın 15-16-sında müəyyən olunmuş IJF reytinqi siyahısı üzrə keçiriləcək.Ən yüksək səviyyəli turnirlərdən biri 2011-ci ildə Azərbaycanın paytaxtı Bakıda keçirilib.“World Masters” turnirində planetin ən yaxşı idmançıları – Olimpiya oyunları və dünya çempionatlarının qalibləri, “Böyük dəbilqə” və “Qran-Pri” yarışlarında qalib gəlmiş və mükafatlara layiq görülmüş cüdoçular təmsil olunacaq.xeber100.com

Oktyabr 16, 2018 10:12

UEFA Millətlər Liqasının 4-cü turu çərçivəsində

Oktyabrın 16-da UEFA Millətlər Liqasının 4-cü turu çərçivəsində doqquz oyun keçiriləcək.Azərtac xəbər verir ki, turun maraq doğuran qarşılaşması “Stad de Frans”da Fransa-Almaniya görüşü olacaq. A liqasının 1-ci qrupunda yer alan hər iki komanda indiyədək 15 dəfə qarşılaşıblar. Bu görüşlərin 7-də fransızlar, 4-də isə almanlar qalib gəliblər. Almaniya millisi bu oyunda məğlub olacağı təqdirdə növbəti mərhələ yüksəlmək şansını itirəcək. İki turdan sonra qrupa 4 xalla Fransa millisi başçılıq edir. Niderland yığması üç xalla ikinci, aktivində 1 xalı olan Almaniya seçməsi isə üçüncü yerdə qərarlaşıb.B liqasının 1-ci qrupunda keçiriləcək Ukrayna - Çexiya oyunu da prinsipial qarşılaşmalardan olacaq. Belə ki, Ukrayna yığması qələbə qazanacağı təqdirdə pley-offa vəsiqəni vaxtından əvvəl təmin edəcək.Bu liqanın 4-cü qrupunda İrlandiya - Uels matçı keçiriləcək. İrlandiya seçməsi məğlub olsa, növbəti mərhələyə çıxmaq şansını itirəcək.Gün ərzində keçiriləcək növbəti oyunlar aşağıdakılardır: C liqasının 3-cü qrupu: Norveç – Bolqarıstan Sloveniya - Kipr D liqasının 1-ci qrupu: Qazaxıstan – Andorra Latviya - Gürcüstan D liqasının 4-cü qrupu: Ermənistan – Makedoniya Cəbəllütariq – Lixtenşteyn.xeber100.com

Oktyabr 16, 2018 10:09
    Page 470 of 830« First«...102030...468469470471472...480490500...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az