11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

UEFA Millətlər Liqası çərçivəsində daha yeddi oyun keçiriləcək

Oktyabrın 15-də UEFA Millətlər Liqası çərçivəsində daha yeddi oyun keçiriləcək.Azərtac xəbər verir ki, günün maraqlı qarşılaşması A liqasının 4-cü qrupunda oynanılacaq. İspaniya millisi İngiltərə yığmasını qəbul edəcək. Bu komandaların İngiltərədə ilk qarşılaşması İspaniya seçməsinin qələbəsi ilə başa çatmışdı (2:1). Qrupa iki turdan sonra 6 xalla İspaniya millisi başçılıq edir, aktivlərində 1 xalı olan İngiltərə və Xorvatiya yığmaları üçüncü dördüncü yerləri bölüşürlər.Günün növbəti oyunlar aşağıdakılardı: A liqası 2-ci qrup İslandiya – İsveçrə B liqası 3-cü qrup Bosniya və Herseqovina – Şimali İrlandiya C liqası 2-ci qrup Finlandiya – Yunanıstan Estoniya – Macarıstan D liqası 2-ci qrup Belarus – Moldova Lüksemburq – San Marino.xeber100.com

Oktyabr 15, 2018 11:46

Cüdo üzrə beynəlxalq “Təhsil CUP” turniri keçirilib

Şağan Olimpiya İdman Kompleksində cüdo üzrə beynəlxalq “Təhsil CUP” turniri keçirilib.Azərtac xəbər verir ki, iki gün davam edən yarışda Çexiya, Rusiya, Gürcüstan, Yunanıstan, İran İsrail, Qazaxıstan, İsveç, Türkiyə, Ukrayna, Özbəkistan və Azərbaycandan olan 9 çəki dərəcəsində 646 cüdoçu iştirak edib.Ümumi medal sayında Türkiyə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq birinci yeri tutub. Rusiyanın Nalçik komandası ikinci (2 qızıl, 1 bürünc), “Aura” idman klubu isə üçüncü (1 qızıl, 1 gümüş, 1 bürünc) olub.xeber100.com

Oktyabr 15, 2018 11:43

Həndbol Federasiyasının məlumatına görə…

Kişi həndbolçuların 2022-ci ildə Macarıstan və Slovakiyada təşkil olunacaq Avropa çempionatının ilkin təsnifat mərhələsinin püşkü atılıb.Azərtac Azərbaycan Həndbol Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, Vyanada keçirilən püşkatmanın nəticəsinə əsasən, “B” qrupunda yer alan Azərbaycan seçməsi, Kipr, Gürcüstan və Malta kollektivləri ilə yarışacaq. “A” qrupunda isə Lüksemburq, Böyük Britaniya, İrlandiya və Bolqarıstan komandaları mübarizə aparacaqlar.Millimizin yer aldığı qrupun görüşləri Maltada təşkil olunacaq. 2019-cu il yanvarın 11-də Kiprlə qarşılaşacaq həndbolçularımız bir gün sonra Gürcüstanla, ayın 13-də isə Malta ilə üz-üzə gələcəklər. Qarşılaşmalar Kospikua şəhərinin “Kottonera Sports Kompleks” arenasında keçiriləcək.Qeyd edək ki, 2022-ci il Avropa çempionatının növbəti təsnifat mərhələsinə yalnız qrup qalibləri vəsiqə qazanacaqlar.xeber100.com

Oktyabr 15, 2018 11:40

“Tokio-2020” Paralimpiya Oyunlarına hazırlıq müzakirə olunub

Milli Paralimpiya Komitəsində (MPK) atletika idman növü üzrə Paralimpiya millimizin üzvlərinin iştirakı ilə iclas keçirilib.Azərtac xəbər verir ki, MPK-nın prezidenti İlqar Rəhimovun rəhbərliyi altında iclasa atletika idman növü üzrə milli komandanın baş məşqçiləri, şəxsi məşqçilər və idmançılar qatılıblar.İclasda 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar məşqçi və idmançıların məlumatları dinlənilib, görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.Müzakirələrin yekunu olaraq müvafiq qərarlar qəbul olunub.xeber100.com

Oktyabr 15, 2018 11:38

UEFA Millətlər Liqası turniri çərçivəsində

UEFA Millətlər Liqası turniri çərçivəsində oktyabrın 14-də, saat 20:00-da, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Malta oyunu ərəfəsində millimizin müdafiəçisi Maksim Medvedev də mətbuat konfransında iştirak edib.Milli.az bildirir ki, müdafiəçi Malta ilə qarşılaşma daha əhəmiyyətli olacağını deyib:"Uzaq səfərdən vacib qələbə ilə dönmüşük. Komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Sabah meydanda yaxşı oynayacağımıza və vacib xallar qazacağımıza inanıram. Əlbəttə, azarkeşlərin sayının çox olmasını istərdik və ümid edirik ki, Farer adaları ilə oyundakı qələbədən sonra tribunada bizi izləyənlərin sayında artım olacaq".xeber100.com

Oktyabr 14, 2018 3:24

İnter futbol klubu PSJ-dən transfer etmək istəyir

İtaliyanın İnter klubu PSJ-dən Anxel Di Mariya ilə maraqlanır.Goal.az xəbər verir ki, bu haqda məşhur italyan jurnalist Pyerpaolo Marino danışıb. İnter futbolçunu artıq yanvar ayından komandasına qatmaq istəyir. Anxelin isə PSJ ilə müqaviləsi mövsümün sonunda bitir. Xatırladaq ki, Di Mariya bu mövsüm 13 oyuna çıxıb, və 6 qol vurub.xeber100.com

Oktyabr 14, 2018 3:20

“Barselona” klubu yeni müqavilə imzalayacaq

İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi komandası ilə yeni müqavilə imzalayacaq.Milli.az bildirir ki, yeni müqaviləyə əsasən Leo ən azı 4 il də katalonların şərəfini qoruyacaq.Bir neçə ay sonra başlayacaq danışıqlarda argentinayalı kifayət qədər yüksək məvacib təklif ediləcəyi gözlənilir.xeber100.com

Oktyabr 13, 2018 7:53

“Qəbələ” futbol klubu yoxlama oyunu keçirib

Topaz Premyer Liqasının II dövrəsinin hazırlıqlarını davam etdirən "Qəbələ" yoxlama oyunu keçirib.Milli.az xəbər verir ki, "qırmızı-qaralar" "Səbail"lə üz-üzə gəlib. "Baki" FK-nın təlim-məşq meydanında keçirilən görüşdə Sənan Qurbanovun komandası minimal hesabla qalib gəlib - 1:0.Oyunun 65-ci dəqiqəsində Ceyms Adeniyi fərqlənib. "Qəbələ" - "Səbail" - 1:0.xeber100.com

Oktyabr 13, 2018 7:47

Cüdo federasiyasının məlumatına görə…

Oktyabrın 17-dən 21-dək Bahama adalarının paytaxtı Nassau şəhərində gənclər arasında cüdo üzrə dünya çempionatı keçiriləcək.Azərtac xəbər verir ki, yarışda ölkəmizi 9 cüdoçu təmsil edəcək.Kişilərin yarışında Balabəy Ağayev, Rövşən Əliyev (hər ikisi 55 kq), Tofiq Məmmədov, Kəramət Hüseynov (hər ikisi 60 kq), Murad Fətiyev (81 kq), Zelim Kotsoyev və Adil Kərimli (hər ikisi 100 kq) tatami üzərinə çıxacaqlar.Qadınların mübarizəsində Şəfəq Həmidova və Ramilə Əliyeva (hər ikisi 44 kq) birincilik uğrunda yarışacaqlar.xeber100.com

Oktyabr 12, 2018 12:20

UEFA Millətlər Liqasında üçüncü turun oyunlari keçiriləcək

Oktyabrın 12-də futbol üzrə UEFA Millətlər Liqasında üçüncü turun növbəti oyunlari keçiriləcək.Azərtac xəbər verir ki, turun mərkəzi qarşılaşması Xorvatiyanın paytaxtı Zaqrebdə baş tutacaq. Rusiyada keçirilən sonuncu dünya çempionatının finalçısı, A liqasının 4-cü qrupunda yer alan Xorvatiya millisi “Rujevika” stadionunda İngiltərə yığmasını qəbul edəcək.Digər maraqlı qarşılaşmalardan biri A liqasının 2-ci qrupunda oynanılacaq. İsveçrə millisi Belçika yığmasının qonağı olacaq.B liqasının 3-cü qrupunda yer alan Avstriya seçməsi Şimali İrlandiya yığmasını qəbul edəcək.C liqasının 2-ci qrupunda iki qarşılaşma baş tutacaq. Estoniya yığması Finlandiya millisi, Yunanıstan seçməsi isə Macarıstan komandasını sınağa çəkəcək.Azərbaycan milli komandasının yer aldığı D Liqasının 2-ci qrupunda Belarus-Lüksemburq və Moldova-San-Marino görüşləri oynanılacaq.xeber100.com

Oktyabr 12, 2018 12:16
    Page 472 of 831« First«...102030...470471472473474...480490500...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az