11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

İspaniya La Liqasının altıncı turunun oyunları keçirilib

Sentyabrın 26-da İspaniya La Liqasının altıncı turunun oyunları keçirilib.Azərtac xəbər verir ki, son çempion “Barselona” klubu səfərdə “Leqanes”ə məğlub olub (1:2). Kataloniyalılar Koutinyonun qolu sayəsində hesabı erkən açsalar da, qarşılaşmanın 52-ci və 53-cü dəqiqələrində meydan sahibləri iki qol vuraraq oyunun taleyini həll ediblər.La Liqanın digər favoriti “Real Madrid” klubu “Sevilya”nın qonağı olub. Matçın 17-ci dəqiqəsində Andre Silva hesabı açıb. Qoldan dörd dəqiqə sonra Andre Silva dublunu rəsmiləşdirərək hesab arasındakı fərqi iki topa çatdırıb. Qarşılaşmanın 39-cu dəqiqəsində “Sevilya” klubu üçüncü dəfə “Kral klubu”nu meydanın mərkəzinə dəvət edib, Ben Yeder fərqlənib. Birinci hissə 3:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.Oyunun ikinci hissəsində irəli atılan “Real Madrid” futbolçularının bütün cəhdlərinə baxmayaraq, hesab dəyişilməyib.Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb: “Espanyol” – “Eybar” - 1:0 “Real Sosyedad” – “Rayo Valyekano” - 2:2 "Atletiko Madrid” – “Ueska” - 3:0 “Atletik Bilbao” – “Vilyareal” - 0:3 “Valensiya” – “Selta Viqo” - 1:1.xeber100.com

Sentyabr 27, 2018 12:35

Cüdo üzrə dünya çempionatının finalçıları müəyyənləşib

Bakıda keçirilən cüdo üzrə dünya çempionatının qarışıq komanda yarışlarının finalçıları müəyyənləşib.Azərtac xəbər verir ki, qızıl medal uğrunda görüşdə Yaponiya və Fransa komandaları üz-üzə gələcəklər.Üçüncü yer uğrunda isə Azərbaycan millisi Rusiya, birləşmiş Koreya komandası isə Almaniya ilə qarşılaşacaq.xeber100.com

Sentyabr 27, 2018 12:33

TASS informasiya agentliyinin məlumatına görə…

İngiltərə Futbol Assosiasiyası Londondakı “Uembli” (Wembley) stadionunun 600 milyon funt-sterlinqə (788 milyon dollara) “Fulham” futbol klubunun sahibi Şahid Xana satılmasına razılıq verib.TASS informasiya agentliyi xəbər verir ki, Şahid Xan stadionu hələ bu ilin aprelindən satın almağa çalışsa da, yalnız son günlər danışıqlarda irəliləyiş əldə olunub. Lakin yekun qərar İngiltərənin Futbol Assosiasiyasının komissiyası tərəfindən verilməlidir.Sövdələşmə bəzi məhdudiyyətlərlə baş tuta bilər. Belə ki, sponsorlardan heç kim stadionun adının dəyişdirilməsi və ya mövcud olan brendə əlavələr edilməsi kimi hüquqa malik olmayacaq. Həmçinin Xan öz öhdəliklərini lazımi qaydada icra etməsə, assosiasiya stadionu geri almaq hüququnu özündə saxlayacaq.Biznesmen stadiondan sahibi olduğu “Jacksonville Jaguars” (Amerika Milli Futbol Liqası) komandasının oyunları üçün istifadə etmək niyyətindədir.xeber100.com

Sentyabr 26, 2018 12:06

“Expo Arena”da 43-cü Beynəlxalq Şahmat Olimpiadasında

Batumidəki “Expo Arena”da 43-cü Beynəlxalq Şahmat Olimpiadası davam edir.Azərtac xəbər verir ki, sentyabrın 25-də keçirilən ikinci turda Azərbaycanın qadın şahmatçıları Belçikadan olan idmançıları məğlub edərək turu qələbə ilə başa vurublar.İdmançılarımız Ülviyə Fətəliyeva rəqibi Annelies Kuvelieri, Günay Məmmədzadə Xanne Qussensi, Zeynəb Məmmədyarova Darya Vanduyfyusu, Gülnar Məmmədova isə Viebke Barbiieri məğlub ediblər.Kişi şahmatçılarımız bu turda İtaliya komandası ilə qarşılaşıb. Arkadi Naydiç Luka Moroniyə qalib gəlib. Şəhriyar Məmmədyarovun Daniel Vokaturo ilə görüşü heç-heçə yekunlaşıb. Maykl Qoden – Teymur Rəcəbov və Sabino Brunello – Rauf Məmmədov qarşılaşması isə hələ davam edir.xeber100.com

Sentyabr 26, 2018 12:03

Avropa Liqasında keçiriləcək II tur matçına satılan biletlərin sayı açıqlanıb

Avropa Liqasında “Qarabağ” və İngiltərənin ”Arsenal” komandaları arasında keçiriləcək II tur matçına satılan biletlərin sayı açıqlanıb.Azərtac “Qarabağ” klubunun rəsmi “Facebook” səhifəsinə istinadla xəbər verir ki, artıq 20 min bilet sahibini tapıb. Oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu 70 minədək tamaşaçı tutumuna malikdir. Biletlərin qiymətləri sektorlara uyğun olaraq 2, 3, 5 və 10 manat arasında dəyişir. VIP biletlər isə alıcılara 50 manata təklif olunur.Biletlərin “qara bazar”a çıxarılmasının qarşısının alınması üçün onları ilkin mərhələdə iki satış məntəqəsindən - “Qarabağ” futbol klubunun fan-mağazalarından və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, həmçinin “iticket.az” saytından əldə etmək mümkündür. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Ətraflı məlumatla iticket.az saytından tanış olmaq mümkündür.Qeyd edək ki, “Qarabağ” - ”Arsenal” oyunu oktyabrın 4-də Bakı vaxtı ilə saat 20:55-də keçiriləcək.xeber100.com

Sentyabr 26, 2018 12:01

Cüdo üzrə dünya çempionatı davam edir

Yaponiya millisi Bakıda keçirilən cüdo üzrə dünya çempionatında komanda hesabında liderliyini davam etdirir.Azərtac xəbər verir ki, yaponiyalı cüdoçular Bakı mundialında 6 qızıl, 5 gümüş və 3 bürünc medal qazanıblar.Koreya Respublikası 2 qızıl və 1 bürünc medalla ikinci, Fransa yığması isə 1 qızıl, 1 gümüş və 2 bürünc medalla üçüncü pillədə yer alıblar. Aktivində 1 qızıl və 1 bürünc medal olan İran və Ukrayna seçmə komandaları 4-5-ci pilləni bölüşürlər.İyirmi bir ölkədən cüdoçular mükafatçılar sırasında yer alıblar. Hesabında 1 bürünc medal olan Azərbaycan millisi 16-cı pillədə qərarlaşıb. Medalı millimizə 73 kiloqram çəki dərəcəsində çıxış edən Hidayət Heydərov qazandırıb.xeber100.com

Sentyabr 26, 2018 11:57

“Barselona” futbol klubu yeni müqavilə bağlayıb

İspaniyanın “Barselona” klubu futbolçu Serxio Buskets ilə yeni müqavilə bağlayıb.Azərtac xəbər verir ki, 30 yaşlı futbolçu daha üç il “Barselona” klubunun şərəfini qoruyacaq. Klub müqavilənin maliyyə tərəflərini açıqlamayıb.“Mən bu klubda çox xoşbəxtəm. Bura mənim ikinci evimdi. Artıq 16 ildir ki, “Barselona”nın formasını geyinirəm və bununla çox qürur duyuram. Ümidvaram ki, qarşıdakı illərdə də kluba faydalı olacağam”, – deyə ispaniyalı bildirib.Qeyd edək, ispaniyalı yarımmüdafiəçi “Barselona” klubunda 498 dəfə meydana start heyətdə çıxıb, 13 dəfə fərqlənib. S.Busketsin hesabında 33 məhsuldar ötürmə var.xeber100.com

Sentyabr 25, 2018 11:16

İspaniya klubu ciddi rəqabətlə qarşılaşa bilər

Hollandiyanın “Ayaks” klubunun yarımmüdafiəçisi “Real Madrid” klubunun diqqətini cəlb edib.Azərtac xəbər verir ki, “kral” klubu 21 yaşlı Frenki De Yonqa görə 80 milyon avrodan keçməyə hazırdır.İspaniya klubu bu transferə görə ciddi rəqabətlə qarşılaşa bilər. Belə ki, hollandiyalı futbolçunu Fransanın PSG, İspaniyanın “Barselona”, Almaniyanın “Bavariya”, İngiltərənin “Tottenhem”, “Mançester Siti” və “Mançester Yunayted” klubları sıralarına qatmaq niyyətindədir. Frenki De Yonq bu mövsüm “Ayaks”ın heyətində 13 dəfə start heyətdə yer alıb.xeber100.com

Sentyabr 25, 2018 10:54

Cüdo üzrə dünya çempionatı davam edir

Bakıdakı Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatı davam edir.Azərtac xəbər verir ki, sentyabrın 27-dək davam edəcək çempionatda 21 ölkənin cüdoçuları mükafatçılar sırasında yer alıblar. 125 ölkədən 800-dək cüdoçunun mübarizə apardığı mundialda Yaponiya millisi 13 medalla (5-5-3) komanda hesabında birinci pillədə qərarlaşıb. Fransa seçməsi (1-1-2) ikinci, Koreya Respublikası (1-0-1) isə üçüncü yerdədir.Hesabında 1 bürünc medal olan Azərbaycan millisi 14-cü pillədə yer alıb. Medalı millimizə 73 kiloqram çəki dərəcəsində çıxış edən Hidayət Heydərov qazandırıb.xeber100.com

Sentyabr 25, 2018 10:48

ABŞ-ın qadın voleybolçulardan ibarət yığmasının heyəti açıqlanıb

Dünya çempionatının qrup mərhələsində Azərbaycan yığmasının ilk rəqibi olacaq ABŞ-ın qadın voleybolçulardan ibarət yığmasının heyəti açıqlanıb.Azərtac ABŞ qadın voleybol yığmasının heyətini təqdim edir: əlaqələndirici – Karli LLoyd, Mişa Henkok; hücumçular – Karsla Lou, Kelli Merfi, Mişel Bartç-Hekli, Kim Hill, Cordan Larson, Sara Uilhayt Parsons; blokçu – Reyçel Adams, Foluke Akinradevo, Tori Dikson, Loren Qibbemayer; libero – Meqan Kortni, Kelsi Robinson.Xatırladaq ki, Foluke Akinradevo “Telekom”un sabiq oyunçusudur.Qadınlar arasında voleybol üzrə dünya çempionatı 24 milli yığma komandanın iştirakı ilə sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyanın 6 şəhərində keçiriləcək. Yaponiya bu tədbirə beşinci, son 12 ildə isə üçüncü dəfə ev sahibliyi edəcək.xeber100.com

Sentyabr 25, 2018 10:42
    Page 478 of 831« First«...102030...476477478479480...490500510...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az