UEFA Çempionlar Liqasının 2018/2019-cu il mövsümünə start verilir

Sentyabrın 18-dən etibarən UEFA Çempionlar Liqasının 2018/2019-cu il mövsümünə start verilir.Azərtac xəbər verir ki, dünyanın ən mötəbər klub turniri sayılan UEFA Çempionlar Liqasının C qrupunda yer alan “Liverpul” və PSG klubları üz-üzə gələcəklər. Futbolsevərlər bu iki klub arasında baş tutacaq görüşü Məhəmməd Salah və Neymar qarşılaşması kimi qiymətləndirirlər.M.Salah və Neymar ilk dəfə 2015-ci ildə “Roma” və “Barselona” oyununda üz-üzə gəliblər. Həmin görüş 1:1 hesabı ilə başa çatıb, görüşdə heç bir oyunçu fərqlənməyib.“Liverpul” və PSG UEFA Çempionlar Liqasında heç vaxt qarşılaşmayıblar. Görüş “Enfild” stadionunda keçiriləcək. C qrupunun digər qarşılaşmasında “Crevena Zvezda” Serbiyada “Napoli” klubunu qəbul edəcək.UEFA Çempionlar Liqasının birinci turunun ilk oyun günündə altı qarşılaşma baş tutacaq.A qrupunda yer alan “Brügge” (Belçika) “Borussiya” (Dortmund, Almaniya) klubunu qəbul edəcək. Qrupun favoritləri sayılan “Atletiko Madrid” (İspaniya) səfərdə “Monako” (Fransa) klubunun qonağı olacaq.B qrupunda maraqla gözlənilən oyun İtaliyada baş tutacaq. “San-Siro” stadionunda meydan sahibi “İnter” İngiltərənin “Tottenhem” klubunu qəbul edəcək. Bu klublar bu vaxta kimi UEFA Çempionlar Liqasında iki dəfə qarşılaşıblar. 2010/2011-ci ilə təsadüf edən görüşdə hər iki komanda UEFA Çempionlar Liqasının A qrupunda mübarizə aparıblar. İtaliyada keçirilən oyun 4:3 hesabı ilə “İnter”ın, İngiltərədə isə 3:1 hesabı ilə “Tottenhem”in qələbəsi ilə başa çatmışdı.Bu qrupun digər favoriti sayılan İspaniyanın “Barselona” klubu “Nou Kamp” stadionunda PSV (Hollandiya) klubunu qəbul edəcək.D qrupunda aşkar favorit yoxdur, hər dörd komanda eyni gücə malikdir. Türkiyənin bu turnirdə yeganə təmsilçisi “Qalatasaray” klubu “Türk Telekom” stadionunda Rusiya təmsilçisi “Lokomotiv”lə üz-üzə gələcək. “Şalke” (Almaniya) isə Portuqaliyanın “Portu” klubu ilə qarşılaşacaq.Qeyd edək ki, UEFA Çempionlar Liqasının B qrupunun oyunları Bakı vaxtı ilə 20:55-də, digər qrupların oyunları isə saat 23:00-da başlayacaq.xeber100.com

Sentyabr 18, 2018 12:46

Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində

Futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası sentyabrın 22-dən 29-dək Bakıda, sentyabrın 29-dan oktyabrın 10-dək Antalyada təlim-məşq toplanışı və Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində oyunlar keçirəcək.Azərtac xəbər verir ki, hazırlıq prosesinə Elvira Əsgərzadə (“Təhsil”), Sudə Topçu (“1207 Antalya Döşəməaltı Bələdiyyə Spor”, Türkiyə), Minarə Gözəlova (“Təhsil”), Ayşən Əhmadova (“Gənclik Şəki”), Cəmilə Hüseynova (“Qubek”), Həqiqət Qasımova (“Təhsil”), Lamiyə Qurbanova (“Qəbələ”), Vüsalə Seyfətdinova (“Gənclik Şəki”), Öznur Tas (“1207 Antalya Döşəməaltı Bələdiyyə Spor”, Türkiyə), Sona Rəhimova (“Təhsil”), Anna Abulaşvili (“Qəbələ”), Rövşanə Sərdarlı (“Gənclik Şəki”), Aytac Nemətova (“Təhsil”), Beyzanur Aslan (“1207 Antalya Döşəməaltı Bələdiyyə Spor”, Türkiyə), Nərmin Əhmədli (“Təhsil”), Fidan Abdurrahmanova (“Keşlə”), Bərfin Yılmaz (“Ereğli Gənc Yıldızspor”, Türkiyə), Salome Qasviani, Nino Qurqenidze (hər ikisi “Martve”, Gürcüstan) və Umnisə Əliyeva dəvət olunublar.Millimiz Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində oktyabrın 3-də Türkiyə, üç gün sonra İsveçrə, oktyabrın 9-da isə Kipr seçməsi ilə qarşılaşacaq.xeber100.com

Sentyabr 18, 2018 12:40