Futbol üzrə UEFA Millətlər Liqasında…

Futbol üzrə UEFA Millətlər Liqasında Azərbaycan və Farer adaları yığmaları ilə keçirəcək oyunlar üçün Kosovo millisinin heyəti açıqlanıb.Azərtac xəbər verir ki, Kosovo millisinin heyətində qapıçılar - Samir Uykani (“Rizespor”, Türkiyə), Faton Maloku (“Kukesi”, Albaniya), Visar Bekay (“Priştina”), müdafiəçilər - Armi Rrahmani (“Dinamo Zaqreb”, Xorvatiya), Fidan Aliti (“Skenderbeu”, Albaniya), Mergim Voyvoda (“Muskron”, Belçika), Ardian İsmayli (“Hayduk Split”, Xorvatiya), Kastriot Dermaku (“Kosentsa”, İtaliya), Leart Pakyarada (“Sandxauzen”, Almaniya), Bencamin Kololli (“Sürix”, İsveçrə), Yetmir Krasniqi (“Luqano”, İsveçrə), Arbenit Xhemayli (“Ksamaks”, İsveçrə), yarımmüdafiəçilər - Hekuran Kryeziu (“Sürix”, İsveçrə), Herolind Şala (“Start”, Norveç), İdriz Voka (“Lütsern”, İsveçrə), Bernard Berişa (“Axmat”, Rusiya), Arber Zeneli (“Herenven”, Hollandiya), Milot Raşitsa (“Verder”, Almaniya), Edon Jegrova (“Genk”, Belçika), Bersant Tselina (“Suonsi”, İngiltərə), hücumçular - Elbasan Raşani (“Odds”, Norveç), Donis Avdiyay (“Villem II”, Hollandiya), Vedat Muriqi (“Rizespor”, Türkiyə) və Atdhe Nuhiu (“Şeffild Uenzdey”, İngiltərə) yer alıblar.Qeyd edək ki, Azərbaycan-Kosovo oyunu sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək.xeber100.com

Sentyabr 3, 2018 11:15

İngiltərə millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

Cüdo üzrə İngiltərə milli komandasının sentyabrın 20-də Bakıda start götürəcək dünya çempionatı üçün heyəti açıqlanıb.Azərtac xəbər verir ki, yığmanın tərkibinə 14 cüdoçu daxil edilib. Onlardan 3-ü kişilərin, 9-u qadınların fərdi yarışlarına qatılacaq. Daha 2 kişi cüdoçu isə bu idmançılarla birgə qarışıq yarışlarda iştirak üçün nəzərdə tutulub.Milli komandanın heyətinə kişilərdən Eşli Makkenzi (60 kq), Stüart Makvot (81 kq), Maks Stüart (90 kq), qadınlardan Çelsi Gilz (52 kq), Nekoda Smit-Devis (57 kq), Alis Şlezinger, Emi Livsi (hər ikisi - 63 kq), Selli Konvey, Cemma Hauell (hər ikisi - 70 kq), Natali Pauell, Keti Cemima Yits-Braun (hər ikisi – 78 kq), Sara Adlinqton (+78 kq), kişilər arasında qarışıq yarışlarda çıxış etmək üçün isə Denni Uilyams (73 kq) və Uesli Qrinic (90 kq-dan yuxarı) daxil ediliblər.Komandanın üzvləri arasında 2012-ci il London Yay Olimpiya Oyunlarının iştirakçısı Denni Uilyams, Rio Olimpiadasının bürünc mükafatçısı Selli Konvey, həmçinin 2017-ci ildə Budapeştdə keçirilmiş dünya çempionatının bürünc medalçıları Nekoda Smit-Devis və Natali Pauell də var.İyirmi doqquz yaşlı Denni Uilyams 2011-ci ildən sonra ilk dəfə dünya çempionatında çıxış edəcək. Çelsi Gilz, Keti Cemima Yits-Braun və Uesli Qrinic isə ilk dəfə dünya çempionatında mübarizə aparacaqlar.Qeyd edək ki, Milli Gimnastika Arenasında keçiriləcək dünya çempionatına sentyabrın 27-də yekun vurulacaq.xeber100.com

Avqust 29, 2018 12:53