11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Tottenhem” klubu müqavilənin müddətini uzadıb

"Tottenhem" futbolçusu Yan Vertongenlə müqaviləni uzadıb.Milli.az bildirir ki, 31 yaşlı müdafiəçi daha bir il London klubunda çıxış edəcək.Belçika millisinin üzvü 2012-ci ildən "Tottenhem"in şərəfini qoruyur. O, bu mövsüm 4 oyunda meydana çıxıb və 1 qol vurub.xeber100.com

Sentyabr 9, 2018 4:02

Millətlər Liqasının ilk turunda…

İngiltərə millisi və "Manchester United"in müdafiəçisi Lyuk Şou oyun zamanı huşunu itirib.Milli.az xəbər verir ki, 23 yaşlı futbolçu Millətlər Liqasının ilk turunda İspaniya ilə matçda zədələnib. O, matçın 53-cü dəqiqəsində qonaqların futbolçusu Dani Karvaxalla mübarizə zamanı huşunu itirib. Şouya dərhal tibbi yardım göstərilib. 23 yaşlı futbolçu meydanı oksigen maskası ilə tərk edib.İngiltərəli futbolçu ötən gecəni xəstəxanada keçirib. Onun vəziyyəti normaldır. Qarşılaşmada İspaniya 2:1 hesablı qələbə qazanıb.xeber100.com

Sentyabr 9, 2018 3:55

“Neftçi” futbol klubu yoxlama oyunu keçirəcək

Hazırlığı davam etdirən "Neftçi" və "Neftçi-2" komandaları arasında yoxlama oyunu keçiriləcək.Milli.Az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayılıb. Məlumatda bildirilir ki, sentyabrın 9-da klubun bazasında baş tutacaq görüş saat 11:00-da start götürəcək.Xatırladaq ki, "Neftçi" sentyabrın 16-da evdə "Keşlə", "Neftçi-2" isə bundan 2 gün əvvəl səfərdə "Kəpəz"lə qarşılaşacaq.xeber100.com

Sentyabr 8, 2018 9:22

İtaliya millisinin hücumçusu “Barselona”ya keçə bilər

İtaliya millisi və "Sassuolo"nun hücumçusu Domeniko Berardi gələn yay "Barselona"ya keçə bilər.Milli.az xəbər verir ki, 24 yaşlı futbolçu ispan klubunun maraq dairəsinə düşüb. Luis Suaresin yaşının artdığını nəzərə alan Kataloniya təmsilçisi gələcəkdə uruqvaylı ulduzu məhz italiyalı forvardla əvəzləməyi düşünür.Qeyd edək ki, "Sassuolo"nun heyətində indiyə qədər 196 oyun keçirən Berardi 68 qol və 46 məhsuldar ötürmə ilə yadda qalıb.xeber100.com

Sentyabr 8, 2018 9:13

Cüdo üzrə dünya çempionatının heyəti açıqlanıb

Finlandiya millisinin Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı üçün heyəti açıqlanıb.Azərtac xəbər verir ki, Bakı mundialında 4 finlandiyalı cüdoçu tatami üzərinə çıxacaq.Məşqçilər korpusu dünya çempionatında kişilərin yarışında Aatu Laamanen və Jaakko Alliyə (hər ikisi 90 kq) şans verəcək.Qadınların mübarizəsində isə Katri Kakko (52 kq) və Emilia Kanerva (63 kq) birincilik uğrunda mübarizə aparacaqlar.Qeyd edək ki, cüdo üzrə dünya çempionatı sentyabrın 20-dən 27-dək Bakıda keçiriləcək.xeber100.com

Sentyabr 7, 2018 2:45

UEFA Millətlər Liqasının ikinci turunda…

Futbol üzrə Azərbaycan yığmasının UEFA Millətlər Liqasının ikinci turunda Malta ilə keçirəcəyi səfər oyununun hakimləri məlum olub.Azərtac xəbər verir ki, sentyabrın 10-da keçiriləcək qarşılaşmanı Montoneqrodan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Nikola Dabanoviç olacaq. Ona Milutin Cukiç və Yovitsa Tatar kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Aleksandar Cikanoviç yerinə yetirəcək. Milovan Milaçiç və Miloş Boşkoviç isə baş hakimin əlavə köməkçiləri qismində fəaliyyət göstərəcəklər. Oyunun hakim-inspektoru lüksemburqlu Luk Vilymas, UEFA nümayəndəsi isə ingiltərəli Qrem Hover olacaq.Azərbaycan milli komandasının Malta ilə keçirəcəyi oyun “Ta Qali Milli” stadionunda baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.xeber100.com

Sentyabr 7, 2018 2:38

Badminton Federasiyası reytinq cədvəlini açıqlayıb

Beynəlxalq Badminton Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.Azərtac xəbər verir ki, Ukraynanın Xarkov şəhərində keçirilən “RSL Kharkiv International-2018" turnirində finala yüksələn badmintonçumuz Edi Reski Dviçayo siyahıda 38 pillə irəliləyib. Aktivində 11 min 900 reytinq xalı olan Dviçayo 139-cu sıradadır.Digər badmintonçumuz Ezmi Qovimuramadhoni isə reytinqdə 85 pillə irəliləyib. Hesabında 4478 xalı olan Ezmi siyahıda 286-cıdır. Edi və Ezmi cütü badmintonçuların qoşa yarışlarında da irəliləyişə nail olub. Siyahıda 9 pillə irəliləyən Edi-Ezmi tandemi 142-ci sıradadır.xeber100.com

Sentyabr 7, 2018 2:36

İspaniyanın Birinci Futbol Liqasında…

İspaniyanın Birinci Futbol Liqasında (La Liqa) çıxış edən “Real Madrid” klubunun 2017-2018-ci il mövsümündəki gəliri 750,9 milyon avroya çatıb.Anadolu informasiya agentliyi xəbər verir ki, “Real Madrid” komandasının ötən mövsümlə bağlı dərc etdiyi maliyyə hesabatına əsasən, klubun fəaliyyətindən gələn gəlirlər bundan öncəki mövsümlə müqayisədə 11,3 faiz artaraq 750,9 milyon avro təşkil edib.Hesabata oyunçu transferlərindən əldə olunan qazanclar daxil edilməsə də, 76 milyon avroluq artım 2000-ci ildən bəri qeydə alınan ən yüksək göstəricidir.Borcu olmayan paytaxt təmsilçisinin ardıcıl üçüncü dəfə mövsümü gəlirlə başa vurduğu bildirilir.xeber100.com

Sentyabr 7, 2018 2:32

Şahmat üzrə dünya çempionatı başlayıb

Bu gün Türkiyənin Qəbzə şəhərində yaşı 20-dən çox olmayan şahmatçı gənclər arasında dünya çempionatının birinci partiyaları oynanılacaq. Yarışların startına 65 ölkədən 268 idmançı - 168 oğlan və 100 qız çıxacaq. Yarışlar İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq.Azərtac xəbər verir ki, yuniorlar arasında çempionatın reytinq-favoritləri Parxam Maqsudlu (2649, İran), Yorden van Foreyest (2624, Niderland) və Aleksandr Donçenkodur (2614, Almaniya).Bu turnirdə Azərbaycanı beynəlxalq ustalar Vüqar Əsədli, Ülvi Sadıxov, Məhəmməd Muradlı və Nail Başirli, FIDE ustası Kənan Qarayev və Məhəmməd İsmayılov təmsil edəcəklər.Qızların yarışında Stavrula Solakidu (Yunanıstan, 2393), Davaabemberel Nomin-Erdene (2377, Monqolustan) və Bibisara Assaubayeva (Rusiya, 2371) reytinq-favoritlər statusunda çıxış edəcəklər.Qızların yarışlarında ölkəmizi beynəlxalq qrossmeyster Aydan Höcətova, FIDE ustası Gövhər Beydullayeva və Aytac Heydərova təmsil edəcəklər.Çempionatın oyun günləri 5-9 sentyabr və 11-15 sentyabr tarixləridir.xeber100.com

Sentyabr 6, 2018 1:15

“CIES Football Observatory” şirkətinin açıqlamasına əsasən…

İsveçrənin futbol statistikası ilə məşğul olan “CIES Football Observatory” şirkəti klubların 2010-2018-ci illərdə transfer bazarında fəaliyyətinin yekunlarını açıqlayıb.Azərtac xəbər verir ki, Fransanın “Monako” klubu oyunçuların satışından əldə olunan gəlirin miqdarına görə liderdir. Bu komanda 950 milyon avro qazanıb.Ən çox gəlir əldə edən klubların beşliyinə İngiltərənin “Liverpul” (683 milyon), İtaliyanın “Roma” (680 milyon), İspaniyanın “Barselona” (628 milyon) və “Real” (625 milyon) da daxildir.xeber100.com

Sentyabr 6, 2018 1:12
    Page 484 of 831« First«...102030...482483484485486...490500510...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az