“Arsenal” və “Sportinq” klubları UEFA-ya sifariş ərizəsi təqdim ediblər

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində rəqibləri İngiltərənin “Arsenal” və Portuqaliyanın “Sportinq” klubları UEFA-ya sifariş ərizəsi təqdim ediblər.Azərtac UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, London təmsilçisinin heyətində qapıçılar - Petr Çex, Bern Leno, Emiliano Martines, Deyan İliev, müdafiəçilər - Hektor Bellerin, Sokratis Papastatopulos, Loren Koselni, Ştefan Lixtştayner, Rob Holdinq, Naço Monreal, Şkodran Mustafi, Karl Cenkinson, Konstantinos Mavropanos, Sead Kolaşinaç, yarımmüdafiəçilər - Məhəmməd Elneni, Henrix Mxitaryan, Aron Remzi, Mesut Özil, Lukas Torreyra, Aleks İvobi, Metteo Qenduzi, Qranit Caka, hücumçular - Aleksandr Lyakazett, Emerik Obameyanq və Dənni Uelbek yer alıblar.Portuqaliyanın “Sportinq” klubunun sifariş ərizəsinə isə qapıçılar - Emiliano Viviano, Roman Salen, Renan Ribeyro, müdafiəçilər - Sebastyan Koates, Cefferson Nasimento, Andrea Pintu, Stefan Ristovski, Jeremi Matyü, Brunu Qaşpar, yarımmüdafiəçilər - Brunu Fernandeş, Markos Akunya, Rodriqo Battalya, Rafinya, Padosav Petroviç, Markus Vandel Vale da Silva, Nemanya Qudel, hücumçular - Fredi Montero, Luiş Nani, Karluş Mane, Abdulay Diabi və Bas Dostun adı daxil edilib.Qeyd edək ki, “Qarabağ” ilk oyununu sentyabrın 20-də Portuqaliyada “Sportinq” komandasına qarşı keçirəcək. “E” qrupunun digər oyununda İngiltərənin “Arsenal” və Ukraynanın “Vorskla” komandaları üz üzə gələcəklər.xeber100.com

Sentyabr 5, 2018 12:37

Futbol üzrə UEFA Millətlər Liqasında…

Futbol üzrə UEFA Millətlər Liqasında Azərbaycan və Farer adaları yığmaları ilə keçirəcək oyunlar üçün Kosovo millisinin heyəti açıqlanıb.Azərtac xəbər verir ki, Kosovo millisinin heyətində qapıçılar - Samir Uykani (“Rizespor”, Türkiyə), Faton Maloku (“Kukesi”, Albaniya), Visar Bekay (“Priştina”), müdafiəçilər - Armi Rrahmani (“Dinamo Zaqreb”, Xorvatiya), Fidan Aliti (“Skenderbeu”, Albaniya), Mergim Voyvoda (“Muskron”, Belçika), Ardian İsmayli (“Hayduk Split”, Xorvatiya), Kastriot Dermaku (“Kosentsa”, İtaliya), Leart Pakyarada (“Sandxauzen”, Almaniya), Bencamin Kololli (“Sürix”, İsveçrə), Yetmir Krasniqi (“Luqano”, İsveçrə), Arbenit Xhemayli (“Ksamaks”, İsveçrə), yarımmüdafiəçilər - Hekuran Kryeziu (“Sürix”, İsveçrə), Herolind Şala (“Start”, Norveç), İdriz Voka (“Lütsern”, İsveçrə), Bernard Berişa (“Axmat”, Rusiya), Arber Zeneli (“Herenven”, Hollandiya), Milot Raşitsa (“Verder”, Almaniya), Edon Jegrova (“Genk”, Belçika), Bersant Tselina (“Suonsi”, İngiltərə), hücumçular - Elbasan Raşani (“Odds”, Norveç), Donis Avdiyay (“Villem II”, Hollandiya), Vedat Muriqi (“Rizespor”, Türkiyə) və Atdhe Nuhiu (“Şeffild Uenzdey”, İngiltərə) yer alıblar.Qeyd edək ki, Azərbaycan-Kosovo oyunu sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək.xeber100.com

Sentyabr 3, 2018 11:15