04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Grand Chess Tour”un dördüncü mərhələsində

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində keçirilən “Grand Chess Tour”un dördüncü mərhələsində - “Sinkfild” kubokunda rusiyalı Aleksandr Qrişşukla sülh bağlayıb. Rəqiblər arasında heç-heçə ikinci turda 24-cü gedişdən sonra müəyyən edilib.Azərtac xəbər verir ki, ikinci turda hazırkı dünya çempionu Maqnus Karlsen ilk qələbəsini qazanıb. O, şahmat tacına eks-iddiaçı rusiyalı Sergey Karyakini məğlub edib. Ümumilikdə 88 gediş davam edən qarşılaşma bu turda yeganə nəticəli oyun olub.Fabiano Karuana (ABŞ) - Levon Aronyan (Ermənistan), Uesli So - Hikaru Nakamura (hər ikisi ABŞ), Vişvanatan Anand (Hindistan) - Maksim Vaşye-Laqrav (Frana) da sülhlə ayrılıblar.İki turdan sonra iştirakçıların mövqeyi belədir: Şəhriyar Məmmədyarov, Levon Aronyan, Maqnus Karlsen – hərəyə 1,5 xal, Hikaru Nakamura, Aleksandr Qrişşuk, Maksim Vaşye-Laqrav, Vişvanatan Anand, Fabiano Karuana – hərəyə 1 xal, Uesli So – 0,5 xal, Sergey Karyakin – 0.Bu gün keçiriləcək üçüncü turda Levon Aronyan-Maqnus Karlsen, Şəhriyar Məmmədyarov-Fabiano Karuana, Sergey Karyakin-Vişvanatan Anand, Maksim Vaşye-Laqrav-Uesli So, Hikaru Nakamura-Aleksandr Qrişşuk qarşılaşacaqlar.xeber100.com

Avqust 20, 2018 1:46

Avropa Liqasının pley-off mərhələsində

"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində "Şerif"lə (Moldova) oyunlar üçün iştirak ərizəsi açıqlanıb.Milli.Az xəbər verir ki, Ağdam klubu Avroliqa matçları üçün 22 futbolçu sifariş edib. Siyahıda 3 qapıçı, 7 müdafiəçi, 9 yarımmüdafiəçi və 3 hücumçu yer alıb: Qapıçılar: 1. Hannes Halldorsson, 12. Şahruddin Məhəmmədəliyev, 13. Vaqner da Silva; Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov; Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Simeon Slavçev, 8. Miçel Madera, 10. Dani Kintana, 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 91. Coşqun Diniyev, 77. Donald Gerye; Hücumçular: 11. Mahir Mədətov, 7. İnnosent Emeqara, 28. Con Delarj. "Qarabağ"la "Şerif" arasında ilk oyun avqustun 23-də Tiraspoldakı "Şerif" idman kompleksinin stadionunda olacaq. Cavab görüşü isə avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Hər iki oyun saat 21:00-da başlayacaq.xeber100.com

Avqust 19, 2018 2:09

“Mançester Siti” futbol klubu “Volverhempton”la anlaşıb

"Mançester Siti" qış transfer pəncərəsini indidən açıb.Milli.az xəbər verir ki, "şəhərlilər" "Volverhempton"un yarımmüdafiəçisi Ruben Neveslə anlaşıb."Mançester Siti" qışda 68 milyon avro ödəyərək 21 yaşlı futbolçunu heyəinə qatacaq.Qeyd edək ki, "Volverhempton" Ruben Nevesi tən yay "Portu"dan 17,9 milyon avroya alıb. O, İngiltərə klubunun heyətində 44 oyun keçirərək 8 qol vurub və 3 məhsuldar ötürmə edib.xeber100.com

Avqust 19, 2018 2:03

İtaliya A Seriyasının birinci turuna start verilib

Avqustun 18-də İtaliya A Seriyasının birinci turuna start verilib.Milli.az bildirir ki, turun ilk oyunu "Markantoniyo" stadionunda baş tutub. "Kyevo" klubu "Yuventus" komandasını qəbul edib.Qarşılıqlı hücumlar şəraitində keçən oyunda qonaqlar sonuncu dəqiqədə vurduğu qolla 3:2 hesabı ilə qalib gəliblər. Turinlilərin heyətində Sami Xedira və Federiko Bernardeski, Matia Bani (avtoqol) fərqləniblər. Meydan sahiblərinin heyətində isə Meriuş Stenpinski və Emanuyel Cakerini adlarını tabloya yazdırıblar.Qeyd edək ki, "Real"dan "Yuventus"a transfer edilən Kristianu Ronaldu bu matçda debüt edib. 90 dəqiqə meydanda olub.xeber100.com

Avqust 18, 2018 10:28

“Qarabağ” klubu UEFA Avropa Liqasının pley-off mərhələsində

"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsində Moldovada "Şerif"ə qarşı keçirəcəyi ilk oyunun təyinatları açıqlanıb.Avqustun 23-də Tiraspolda baş tutacaq görüş avstriyalı hakimlərə həvalə olunub. Matçın referisi Harald Lexner olacaq. Ona Andreas Heydenrex, Maksimilian Kolbim və Yulian Veynberger kömək edəcək.Oyunun hakim-inspektoru ukraynalı Vladimir Petrov, UEFA nümayəndəsi isə finlandiyalı Teuvo Holopainedir.Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.xeber100.com

Avqust 18, 2018 10:20

Polşanın “Krakoviya” futbol klubu yeni müqavilə imzalayıb

Son iki həftədə "Sumqayıt" klubunda baxışda olmuş rusiyalı futbolçu Sərdar Sərdarov Polşanın "Krakoviya" klubu ilə müqavilə bağlayıb.Milli.az xəbər verir ki, 24 yaşlı hücumçu sonradan daha bir il uzada bilməsi şərti ilə bir illik sözləşməyə (1+1) imza atıb.Qeyd edək ki, "Sumqayıt" Sərdarovla şəxsi müqaviləni razılaşdırsa da, müqavilə üzrə məxsus olduğu Rusiya "Yenisey"inin tələb etdiyi məbləği ödəyə bilməyib. Nəticədə bu transfer baş tutmayıb. Hazırda "Krakoviya"da "Qəbələ"nin sabiq futbolçuları Xavyer Ernandes və Sergey Zenyov da çıxış edir.xeber100.com

Avqust 17, 2018 9:02

UEFA Avropa Liqası turnirinin püşkatma mərasimində

Avqustun 31-də Monakoda UEFA Avropa Liqası turnirinin cari mövsümünün qrup mərhələsinin püşkatma mərasimi təşkil olunacaq. AFFA-dan Milli.Az-a verilən məlumata görə, final qarşılaşması 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqası turnirinin qrup mərhələsinin püşkatma mərasimində Azərbaycanı təmsil edən səfirlərdən biri futbol veteranı Vəli Qasımov olacaq.xeber100.com

Avqust 17, 2018 8:51

Estoniya Futbol İttifaqının məlumatına görə…

Estoniya UEFA Super Kuboku uğrunda oyunun təşkili üçün 7 milyon avro xərcləyib.Milli.az xəbər verir ki, bu barədə Estoniya Futbol İttifaqının prezidenti Ayvar Poxlak bildirib. O, deyib ki, Estoniya hökuməti paytaxt Tallində matçın keçirildiyi "Lilleküla" stadionunun yenidənqurması üçün 5 milyon avro ayırıb. Milli assosiasiya isə 2 milyon avro sərf edib.Qeyd edək ki, Superkubokda iki İspaniya komandası - Çempionlar Liqasının qalibi "Real Madrid"lə Avropa Liqasında birinci olan "Atletiko" qarşılaşıb. Oyun Dieqo Simeonenin rəhbərlik etdiyi kollektivin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.xeber100.com

Avqust 16, 2018 9:09

İtaliya A Seriyasında ilk turun 2 oyunu təxirə salınıb

İtaliya A Seriyasında 2018-2019 mövsümünün ilk turunun 2 oyunu təxirə salınıb.Milli.az xəbər verir ki, avqustun 14-də Genuya şəhərindəki Morandi körpüsünün çökməsi nəticəsində baş vermiş faciəyə görə avqustun 19-a təyin olunan "Milan" - "Cenoa" və "Sampdoriya" - "Fiorentina" matçları keçirilməyəcək.Rəhbərlik hazırda digər oyunların da başqa vaxta keçirilməsini müzakirə edir.Qeyd edək ki, məlum faciə nəticəsində 38 nəfər dünyasını dəyişib.xeber100.com

Avqust 16, 2018 9:00

Stolüstü Tennis Federasiyasının məlumatı

Stolüstü tennis üzrə yeniyetmələrdən ibarət Azərbaycan və İran yığma komandalarının birgə təlim-məşq toplanışı davam edir.Azərbaycan Stolüstü Tennis Federasiyasından Azərtac-a bildiriblər ki, avqustun 11-də başlayan və bir həftə davam edəcək təlim-məşq toplanışı Azərbaycan, İran və Türkiyə Stolüstü Tennis federasiyaları arasında imzalanan əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən təşkil olunub.Təlim-məşq toplanışı yeniyetmələr arasında fiziki-taktiki hazırlığı artırmaq məqsədi daşıyır.xeber100.com

Avqust 15, 2018 2:28
    Page 489 of 830« First«...102030...487488489490491...500510520...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az