UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında

Avqustun 1-də Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında Albaniya təmsilçisi “Kukesi” komandasını qəbul edəcək.Azərtac xəbər verir ki, səfərdə keçirdiyi ilk oyunda qolsuz heç-heçə edən Qurban Qurbanovun yetirmələri doğma meydanda azarkeşlər önündə qələbə qazanmağa çalışacaqlar. Ağdam təmsilçisi bu görüşdə yeni transferləri - Con Delarj və İnnosent Emeqaranı da meydana çıxara bilər.“Qarabağ” komandası “Kukesi” səddini keçəcəyi təqdirdə BATE (Belarus) – HİK (Finlandiya) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək. Məğlub olan komanda isə UEFA Avropa Liqasının III təsnifat mərhələsində “Torpedo” (Gürcüstan) – “Vikinqur” (Farer adaları) matçında üstün olan klubla qarşılaşacaq.Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Oyunun slovakiyalı baş hakim Peter Kraloviç idarə edəcək.Xatırladaq ki, dünən UEFA Çempionlar Liqasının üç oyunu keçirilib. Səfərdə rəqibinə 0:1 hesabı ilə məğlub olan Moldovanın “Şerif” klubu evdə Makedoniyanın “Şkendiya” komandasını sınağa çəkib. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb. Bununla da “Şkendiya” mərhələ adlayıb.İlk oyunda İsrailin “Hapoel” komandasını beş cavabsız qolla darmadağın edən Xorvatiyanın “Dinamo” klubu cavab oyununda məhsuldar heç-heçə (2:2) sayəsində adını növbəti mərhələyə yazdırıb.Slovakiyanın “Spartak” klubu Trnavada Polşanın “Legiya” komandasına 0:1 hesabı ilə uduzub. Lakin ilk görüşdən 2:0 hesablı qələbə ilə ayrılan “Spartak” iki oyunun nəticəsinə görə bu turnirdə mübarizəni davam etdirəcək.xeber100.com

Avqust 1, 2018 11:07

Ağır atletika üzrə Avropa birinciliyi keçirilib

İyulun 22-29-da İtaliyanın Milan şəhərində keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi keçirilib.Azərtac xəbər verir ki, 40-dək ölkədən 300-dən çox atletin iştirak etdiyi turnirdə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxıblar. Onlar tarixi uğura imza ataraq komanda hesabında Avropa birinciliyinin qalibi adına layiq görülüblər.Yeniyetmələrdən ibarət yığma komandamız toplamda 4 qızıl, 1 gümüş və 2 bürünc, ümumilikdə isə ayrı-ayrılıqda birdən və təkanla qaldırma hərəkətləri, həmçinin toplamdakı medallar nəzərə alınmaqla 22 medal qazanıb. Bu göstəricidə Azərbaycan 25 medal qazanan Türkiyə yığmasından sonra ikinci olub.17 yaşadək olan qız ağır atletlərimiz 115 xalla 12-ci, oğlan ağır atletlərimiz isə 471 xalla (4 qızıl, 3 gümüş və 3 bürünc medal) dördüncü yerə çıxıblar. 15 yaşadək olan qız ağır atletlərimiz Avropa birinciliyinə 44, 48, 53, 58, 63, 69 kiloqramda cəmi yeddi nəfərlə qatılıblar. Toplam 409 xal toplayan qızlardan ibarət yığmamız komanda hesabında Avropada üçüncü yeri tutmağı bacarıb. Millimiz yalnız İtaliya və Türkiyədən geri qalıb.15 yaşadək olan yeniyetmə oğlan ağır atletlərdə isə yığmamız 50, 56, 62, 77 və 94 kiloqram çəki dərəcələrində cəmi səkkiz nəfərlə təmsil olunub. 6 qızıl, 4 gümüş və 3 bürünc medal qazanan yığmamız bu nəticə ilə medal hesabında Avropanın ikinci ən güclü komandası olub. Medallarla yanaşı, atletlərimiz milli komandanın aktivinə xallar da yazdırıblar. Nəticədə yığmamızın üzvləri cəmi 550 xal toplayıblar. Bunun sayəsində Azərbaycan yığması Bolqarıstan və Türkiyə millilərini arxada qoyaraq komanda hesabında Avropa birinciliyinin qalibi adına layiq görülüb.xeber100.com

İyul 30, 2018 12:50