11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

UEFA Çempionlar Liqasının pley-off mərhələsində…

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları keçirilib.Azərtac xəbər verir ki, turun ilk oyun günündə üç görüş olub. Qitənin ən nüfuzlu klub turnirində “Qarabağ”ı mübarizədən kənarlaşdıran Belarusun BATE komandası Hollandiya təmsilçisi PSV-ni qəbul edib. Hesabı meydan sahibləri açsalar da, qonaqlar 3:2 hesablı qələbəyə nail olublar.Portuqaliyada “Benfika” Yunanıstanın PAOK klubu üzərində qələbəni əldən verib. Tərəflər hərəyə bir dəfə fərqləniblər.Serbiyada "Srvena Zvezda” ilə Avstriyanın “Zaltsburq”u arasındakı görüşdə isə hesab açılmayıb.Mərhələnin digər üç qarşılaşması “Ayaks” - “Dinamo Kiyev”, “Vidi” - AEK, “Yanq Boyz” - “Dinamo Zaqreb” oyunları avqustun 22-də baş tutacaq.Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşmaları avqustun 28-də və 29-da keçiriləcək.xeber100.com

Avqust 22, 2018 12:30

“Yuventus” klubunun yarımmüdafiəçisi yeni müqavilə imzalayıb

İtaliyanın “Yuventus” klubunun yarımmüdafiəçisi Miralem Pyaniç Turin klubu ilə müqaviləsini yeniləyib.Azərtac xəbər verir ki, yeni müqavilə 2023-cü ilə qədər qüvvədə olacaq. Yeni müqaviləyə görə, Pyaniçin illik məvacibi 4,5 milyon avrodan 7 milyon avroyadək artırılıb.Bosniya və herseqovinalı yarımmüdafiəçi ötən mövsüm İtaliya çempionatında 31 matçda 5 qol vurub və 8 məhsuldar ötürmə verib.M.Pyaniç 2016-cı ildən “Yuventus”un şərəfini qoruyur.xeber100.com

Avqust 22, 2018 12:12

İngiltərə Premyer Liqasının ikinci turuna yekun vurulub

Avqustun 20-də İngiltərə Premyer Liqasının ikinci turuna “Kristal Palas”–“Liverpul” oyunu ilə yekun vurulub.Azərtac xəbər verir ki, turun son oyununda Məhəmməd Salahın komandası “Kristal Palas”ın qonağı olub. Oyun “mersesayd”lıların qələbəsi ilə yekunlaşıb (0:2).Matçda hesab birinci hissənin son dəqiqəsində açılıb. Hakimin təyin etdiyi 11 metrlik cərimə zərbəsindən sonra Ceyms Milner şansını əldən verməyib. Qarşılaşmanın 75-ci dəqiqəsində hakim "Kristal Palas" klubunun müdafiəçisi Van Bisakaya qırmızı kart göstərərək meydandan kənarlaşdırıb. Oyunda son nöqtəni "Liverpul" klubunun seneqallı oyunçusu Sadio Mane qoyub. Qapıçı ilə təkbətək qalan hücumçu adını tabloya yazdırıb - 0:2. Beləliklə, "Liverpul" klubu Premyer Liqada ardıcıl ikinci dəfə qələbə qazanıb.Xatırladaq ki, İngiltərə Premyer Liqasının açılış turunda Yurqen Klopun yetirmələri "Vest Hem" klubunu (4:0), "Kristal Palas" isə səfərdə "Fulhem" (0:2) komandasını məğlub edib.Növbəti turda "Liverpul" "Brayton"la, "Kristal Palas" isə "Votford" klubu ilə qarşılaşacaq.xeber100.com

Avqust 21, 2018 10:44

2017/2018-ci il mövsümünün ən yaxşı oyunçularının siyahısı açıqlanıb

UEFA 2017/2018-ci il mövsümünün ən yaxşı oyunçularının siyahısını açıqlayıb.Azərtac xəbər verir ki, bunlar “Real Madrid” klubunun yarımmüdafiəçisi Luka Modriç, “Yuventus”un yeni transferi Kriştiano Ronaldu və "Liverpul" klubunun ulduz oyunçusu Məhəmməd Salahdı.Həmçinin UEFA 2017/2018-ci il mövsümün də ən yaxşı qadın futbolçularının da adını açıqlayıb. Bu siyahıya Amandin Anri, Pernille Harder və Ada Heqerberq daxil edilib.Qeyd edək ki, Avropanın ən yaxşı futbolçusu, Çempionlar Liqasında 2017/2018-ci il mövsümündə mövqelər üzrə fərdi mükafatlar alacaqlar. Qalibin adı avqustun 30-da Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq.xeber100.com

Avqust 21, 2018 10:42

UEFA Millətlər Liqasındakı ilk oyunun biletləri satışa çıxarılıb

Futbol üzrə Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı ilk oyununun biletləri satışa çıxarılıb.Azərtac AFFA-nın saytına istinadla xəbər verir ki, azarkeşlər sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Kosovo yığmasına qarşı keçiriləcək matçın biletlərini bu gündən etibarən əldə edə bilərlər.Üç kateqoriya üzrə təklif olunan biletlərin qiyməti 2-5 manat, VIP yerlər üçün isə 10 manatdır.Bu oyuna bilet alan hər bir azarkeş Azərbaycan – Malta (14 oktyabr) və Azərbaycan – Farer adaları (17 noyabr) oyunlarının biletinə 50 faiz endirim əldə edə bilər. Endirim yalnız eyni dəyərli biletə ilk biletin alışı vaxtı tətbiq edilir (endirimlər “Sky Box” biletlərinə şamil olunmur).Azərbaycan – Kosovo oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.xeber100.com

Avqust 21, 2018 10:38

UEFA Avropa Liqasının cavab oyunları çərçivəsində

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti beynəlxalq oyuna təyinat alıb.Azərtac AFFA-nın saytına istinadla məlumat verir ki, o, avqustun 30-da UEFA Avropa Liqasının play-off mərhələsinin cavab oyunları çərçivəsində Qazaxıstanda keçiriləcək “Astana” (Qazaxıstan)–APOEL (Kipr) oyununun hakim-inspektoru olacaq.xeber100.com

Avqust 21, 2018 10:35

İspaniya çempionatının ilk turunu 48466 nəfər izləyib

“Real Madrid” klubunun avqustun 19-da keçirdiyi İspaniya çempionatının ilk turunu 48466 nəfər tribunadan izləyib. Bu, son 10 mövsümün ən aşağı göstəricisidir və klubun tarixində antirekorda səbəb olub.Azərtac xəbər verir ki, sonuncu dəfə bu cür aşağı göstərici 2009-cu ilin mayında qeydə alınıb. “Real Madrid”in “Santyaqo Bernabeu”da “Malyorka”ya 1:3 hesabı ilə uduzduğu matça 45 min azarkeş gəlmişdi.Qeyd edək ki, “Santyaqo Bernabeu”nun azarkeş tutumu 81044 nəfərdir. 2009-cu ilin yayında İngiltərənin “Mançester Yunayted” klubundan “Real Madrid” klubuna keçən Kriştianu Ronaldu ötən ay Turin şəhərinin təmsilçisi “Yuventus”a transfer olunub.xeber100.com

Avqust 20, 2018 2:33

Boksçular arasında keçirilən beynəlxalq turnir başa çatıb

Serbiyanın Vrbas şəhərində yeniyetmə boksçular arasında keçirilən beynəlxalq turnir başa çatıb.Azərtac xəbər verir ki, 24 ölkənin qatıldığı yarışda Azərbaycan millisi 1 qızıl və 2 bürünc medal qazanıb.Vaqif Kazımovun rəhbərlik etdiyi yığmamızın heyətində Murad Allahverdiyev (80 kq) bütün rəqiblərinə qalib gələrək çempion adını qazanıb. O, finalda hindistanlı Abhimanyu Louranı 5:0 (30:27, 30:27, 30:27, 29:28, 29:28) hesabı ilə məğlub edib.Komandamızın digər boksçularından Əli Zamanovla (48 kq) Əzrak Bəbirov (54 kq) 3-cü yerlə kifayətləniblər. Onlar yarımfinalda müvafiq olaraq, Bişvamitra Çinqhtam və Laxmani Thanqjamçaya (hər ikisi Hindistan) uduzublar.Qeyd edək ki, millimiz turnirə 8 boksçu ilə qatılmışdı.xeber100.com

Avqust 20, 2018 2:25

Cüdo Federasiyasının təşkilatçılığı ilə…

Azərbaycan Cüdo Federasiyası tərəfindən mütəmadi olaraq məşqçi-müəllimlər və hakimlər üçün seminarlar təşkil olunur. Növbəti belə bir tədbir Qəbələdə baş tutub.Azərtac xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə ölkə birinciklərini idarə edən hakimlər, eləcə də “Şimal bölgəsi” regionunun məşqçi və müəllimləri üçün seminar keçirilib. Seminarda Hakimlər Komitəsinin üzvləri Tərlan Həsənov, Telman Əhmədli, beynəlxalq dərəcəli hakimlər Mətin Rəhimli, Arzu Acalova iştirak ediblər.Seminarda gün ərzində həm nəzəri, həm də tatamidə praktiki məşğələlər keçirilib.xeber100.com

Avqust 20, 2018 1:49

“Grand Chess Tour”un dördüncü mərhələsində

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində keçirilən “Grand Chess Tour”un dördüncü mərhələsində - “Sinkfild” kubokunda rusiyalı Aleksandr Qrişşukla sülh bağlayıb. Rəqiblər arasında heç-heçə ikinci turda 24-cü gedişdən sonra müəyyən edilib.Azərtac xəbər verir ki, ikinci turda hazırkı dünya çempionu Maqnus Karlsen ilk qələbəsini qazanıb. O, şahmat tacına eks-iddiaçı rusiyalı Sergey Karyakini məğlub edib. Ümumilikdə 88 gediş davam edən qarşılaşma bu turda yeganə nəticəli oyun olub.Fabiano Karuana (ABŞ) - Levon Aronyan (Ermənistan), Uesli So - Hikaru Nakamura (hər ikisi ABŞ), Vişvanatan Anand (Hindistan) - Maksim Vaşye-Laqrav (Frana) da sülhlə ayrılıblar.İki turdan sonra iştirakçıların mövqeyi belədir: Şəhriyar Məmmədyarov, Levon Aronyan, Maqnus Karlsen – hərəyə 1,5 xal, Hikaru Nakamura, Aleksandr Qrişşuk, Maksim Vaşye-Laqrav, Vişvanatan Anand, Fabiano Karuana – hərəyə 1 xal, Uesli So – 0,5 xal, Sergey Karyakin – 0.Bu gün keçiriləcək üçüncü turda Levon Aronyan-Maqnus Karlsen, Şəhriyar Məmmədyarov-Fabiano Karuana, Sergey Karyakin-Vişvanatan Anand, Maksim Vaşye-Laqrav-Uesli So, Hikaru Nakamura-Aleksandr Qrişşuk qarşılaşacaqlar.xeber100.com

Avqust 20, 2018 1:46
    Page 489 of 831« First«...102030...487488489490491...500510520...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az