Bakıda keçirilən ikinci beynəlxalq həmrəylik tennis çempionatının ikinci günündə iki tennisçimiz növbəti mərhələyə adlayıb.Azərtac xəbər verir ki, qızların şəxsi yarışlarında Alina Qavriş Belarus təmsilçisi Veranka Novikə 6:0, 6:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb. Digər təmsilçimiz Umayra Həşimova isə belaruslu Aleksandrina Mamihadan üstün olub – 6:0, 6:0.Millimizin üzvləri Ülviyyə Süleymanova Mozambik təmsilçisi Marieta Nhamitambaya, Samir Qafarov isə Yaraslav Şila məğlub olaraq fərdi yarışlarda mübarizəni dayandırıblar.İyulun 27-dək davam edəcək yarışda Azərbaycan tennisçiləri ilə yanaşı, Albaniya, Bəhreyn, Belarus, İraq, Qırğızıstan, Maldiv adaları, Mozambik, Rusiya, Səudiyyə Ərəbistanı, Liviya, Seneqal, Tacikistan, Türkiyə və Uqanda idmançıları birincilik uğrunda mübarizə aparırlar.xeber100.com