Ağır atletika üzrə Avropa birinciliyi keçirilib

İyulun 22-29-da İtaliyanın Milan şəhərində keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi keçirilib.Azərtac xəbər verir ki, 40-dək ölkədən 300-dən çox atletin iştirak etdiyi turnirdə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxıblar. Onlar tarixi uğura imza ataraq komanda hesabında Avropa birinciliyinin qalibi adına layiq görülüblər.Yeniyetmələrdən ibarət yığma komandamız toplamda 4 qızıl, 1 gümüş və 2 bürünc, ümumilikdə isə ayrı-ayrılıqda birdən və təkanla qaldırma hərəkətləri, həmçinin toplamdakı medallar nəzərə alınmaqla 22 medal qazanıb. Bu göstəricidə Azərbaycan 25 medal qazanan Türkiyə yığmasından sonra ikinci olub.17 yaşadək olan qız ağır atletlərimiz 115 xalla 12-ci, oğlan ağır atletlərimiz isə 471 xalla (4 qızıl, 3 gümüş və 3 bürünc medal) dördüncü yerə çıxıblar. 15 yaşadək olan qız ağır atletlərimiz Avropa birinciliyinə 44, 48, 53, 58, 63, 69 kiloqramda cəmi yeddi nəfərlə qatılıblar. Toplam 409 xal toplayan qızlardan ibarət yığmamız komanda hesabında Avropada üçüncü yeri tutmağı bacarıb. Millimiz yalnız İtaliya və Türkiyədən geri qalıb.15 yaşadək olan yeniyetmə oğlan ağır atletlərdə isə yığmamız 50, 56, 62, 77 və 94 kiloqram çəki dərəcələrində cəmi səkkiz nəfərlə təmsil olunub. 6 qızıl, 4 gümüş və 3 bürünc medal qazanan yığmamız bu nəticə ilə medal hesabında Avropanın ikinci ən güclü komandası olub. Medallarla yanaşı, atletlərimiz milli komandanın aktivinə xallar da yazdırıblar. Nəticədə yığmamızın üzvləri cəmi 550 xal toplayıblar. Bunun sayəsində Azərbaycan yığması Bolqarıstan və Türkiyə millilərini arxada qoyaraq komanda hesabında Avropa birinciliyinin qalibi adına layiq görülüb.xeber100.com

İyul 30, 2018 12:50

Beynəlxalq tennis çempionatının qalibləri müəyyənləşəcək

İyulun 27-də Bakıda keçirilən ikinci beynəlxalq həmrəylik tennis çempionatının qalibləri müəyyənləşəcək.Azərtac xəbər verir ki, qızların şəxsi yarışlarının finalında rusiyalı tennisçi Anjelika İsayeva və Qırğızıstan təmsilçisi Kseniya Palkina üzə-üzə gələcəklər. Oğlanların şəxsi mübarizəsində isə finalda belaruslu idmançılar Yaroslav Şila və Maksim Dubarenko qarşılaşacaqlar.Qız cütlüklərin yarışında qızıl medal uğrunda görüşdə Züleyxa Səfərova (Azərbaycan) - Anjelika İsayeva (Rusiya) tandemi qırğızıstanlı Kseniya Palkina-Sara Kunakunova dueti ilə qızıl medal uğrunda görüşəcəklər. Tennisçilərimiz Alina Qavriş-Umayra Həşimova isə bürünc medal uğrunda görüşdə türkiyəli Selin Lidya Sepkin-Lara Biter dueti ilə üz-üzə gələcəklər.Oğlan cütlüklərin yarışında finalda türkiyəli tennisçilər Bora Başlar və Burakcan Yılmaz Belarus tandemi Yaroslav Şila və Maksim Dubarenko ilə qarşılaşacaqlar. Üçüncü yer uğrunda isə iraqlı raketka ustaları Ali Casim Davud Suad və Adil Mustafa Abdulkarim Al-Saedi seneqallı Yannik Lanquina və İraq təmsilçisi Mustafa Faysal Mahmud Al-Saedi ilə görüşəcəklər.Yarışda Azərbaycan tennisçiləri ilə yanaşı, Albaniya, Bəhreyn, Belarus, İraq, Qırğızıstan, Maldiv adaları, Mozambik, Rusiya, Səudiyyə Ərəbistanı, Liviya, Seneqal, Tacikistan, Türkiyə və Uqanda idmançıları birincilik uğrunda mübarizə aparırlar.Çempionat Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) ilə İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) arasında imzalanan memorandum əsasında təşkil olunub. Memorandum "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının irsini davam etdirmək, İslam mədəniyyətini və idmanı gənclərə aşılamaq məqsədilə imzalanıb. Hədəf İHİF-ə üzv ölkələrin idmançıları arasında İslam həmrəyliyini möhkəmləndirmək, ən yüksək idman dəyərlərini və prinsiplərini qoruyub saxlamaq, müsəlman ölkələrində idman və Olimpiya hərəkatını, gənclər arasında birlik və qardaşlığı təbliğ etməkdir.Bakı Tennis Akademiyasında təşkil olunan çempionatda 14 və daha yuxarı yaş kateqoriyasına aid idmançılar iştirak edirlər. Tennisçilər 4 qrup üzrə yarışırlar.xeber100.com

İyul 27, 2018 11:20