Beynəlxalq tennis çempionatının qalibləri müəyyənləşəcək

İyulun 27-də Bakıda keçirilən ikinci beynəlxalq həmrəylik tennis çempionatının qalibləri müəyyənləşəcək.Azərtac xəbər verir ki, qızların şəxsi yarışlarının finalında rusiyalı tennisçi Anjelika İsayeva və Qırğızıstan təmsilçisi Kseniya Palkina üzə-üzə gələcəklər. Oğlanların şəxsi mübarizəsində isə finalda belaruslu idmançılar Yaroslav Şila və Maksim Dubarenko qarşılaşacaqlar.Qız cütlüklərin yarışında qızıl medal uğrunda görüşdə Züleyxa Səfərova (Azərbaycan) - Anjelika İsayeva (Rusiya) tandemi qırğızıstanlı Kseniya Palkina-Sara Kunakunova dueti ilə qızıl medal uğrunda görüşəcəklər. Tennisçilərimiz Alina Qavriş-Umayra Həşimova isə bürünc medal uğrunda görüşdə türkiyəli Selin Lidya Sepkin-Lara Biter dueti ilə üz-üzə gələcəklər.Oğlan cütlüklərin yarışında finalda türkiyəli tennisçilər Bora Başlar və Burakcan Yılmaz Belarus tandemi Yaroslav Şila və Maksim Dubarenko ilə qarşılaşacaqlar. Üçüncü yer uğrunda isə iraqlı raketka ustaları Ali Casim Davud Suad və Adil Mustafa Abdulkarim Al-Saedi seneqallı Yannik Lanquina və İraq təmsilçisi Mustafa Faysal Mahmud Al-Saedi ilə görüşəcəklər.Yarışda Azərbaycan tennisçiləri ilə yanaşı, Albaniya, Bəhreyn, Belarus, İraq, Qırğızıstan, Maldiv adaları, Mozambik, Rusiya, Səudiyyə Ərəbistanı, Liviya, Seneqal, Tacikistan, Türkiyə və Uqanda idmançıları birincilik uğrunda mübarizə aparırlar.Çempionat Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) ilə İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) arasında imzalanan memorandum əsasında təşkil olunub. Memorandum "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının irsini davam etdirmək, İslam mədəniyyətini və idmanı gənclərə aşılamaq məqsədilə imzalanıb. Hədəf İHİF-ə üzv ölkələrin idmançıları arasında İslam həmrəyliyini möhkəmləndirmək, ən yüksək idman dəyərlərini və prinsiplərini qoruyub saxlamaq, müsəlman ölkələrində idman və Olimpiya hərəkatını, gənclər arasında birlik və qardaşlığı təbliğ etməkdir.Bakı Tennis Akademiyasında təşkil olunan çempionatda 14 və daha yuxarı yaş kateqoriyasına aid idmançılar iştirak edirlər. Tennisçilər 4 qrup üzrə yarışırlar.xeber100.com

İyul 27, 2018 11:20

İkinci beynəlxalq həmrəylik tennis çempionatı davam edir

Bakıda keçirilən ikinci beynəlxalq həmrəylik tennis çempionatı davam edir.Azərtac xəbər verir ki, iyulun 26-da - çempionatın dördüncü günündə Azərbaycanın tennisçiləri qoşa yarışlarda mübarizə aparacaqlar.Qız cütlüklərin yarışında tennisçilərimiz Alina Qavriş-Umayra Həşimova qırğızıstanlı Kseniya Palkina-Sara Kunakunova, Züleyxa Səfərova-Anjelika İsayeva (Rusiya) tandemi isə türkiyəli Selin Lidya SepkinLara Biter dueti ilə üz-üzə gələcəklər.İyulun 27-dək davam edəcək yarışda Azərbaycan tennisçiləri ilə yanaşı, Albaniya, Bəhreyn, Belarus, İraq, Qırğızıstan, Maldiv adaları, Mozambik, Rusiya, Səudiyyə Ərəbistanı, Liviya, Seneqal, Tacikistan, Türkiyə və Uqanda idmançıları birincilik uğrunda mübarizə aparırlar.Çempionat Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) ilə İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) arasında imzalanan memorandum əsasında təşkil olunub. Memorandum "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının irsini davam etdirmək, İslam mədəniyyətini və idmanı gənclərə aşılamaq məqsədilə imzalanıb. Hədəf İHİF-ə üzv ölkələrin idmançıları arasında İslam həmrəyliyini möhkəmləndirmək, ən yüksək idman dəyərlərini və prinsiplərini qoruyub saxlamaq, müsəlman ölkələrində idman və Olimpiya hərəkatını, gənclər arasında birlik və qardaşlığı təbliğ etməkdir.Bakı Tennis Akademiyasında təşkil olunan çempionatda 14 və daha yuxarı yaş kateqoriyasına aid idmançılar iştirak edirlər. Tennisçilər 4 qrup üzrə yarışırlar.xeber100.com  

İyul 26, 2018 12:23

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində

İyulun 25-də “Qarabağ” UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində ilk oyununu keçirəcək.Azərtac xəbər verir ki, Azərbaycan çempionu səfərdə Albaniyanın “Kukesi” komandası ilə üz-üzə gələcək. Ağdam təmsilçisi birinci təsnifat mərhələsində Sloveniya “Olimpiya”sını mübarizədən kənarlaşdırıb. Səfərdə rəqibini 1:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun rəhbərlik etdiyi komanda evdə 0:0 hesabı ilə heç-heçə edərək, növbəti mərhələyə yüksəlib. Albaniya klubu isə iki oyunun nəticəsinə görə Malta “Valletta”sını mübarizədən kənarlaşdırıb (0:0, 1:1).Ağdam təmsilçisi bu matça itki ilə çıxacaq. Komandanın aparıcı futbolçularından Dani Kintana zədə səbəbindən qarşılaşmada iştirak edə bilməyəcək.Bu duelin qalibi növbəti mərhələdə BATE (Belarus) – HİK (Finlandiya) cütünün güclüsü ilə qarşılaşacaq. Mübarizəni dayandıran klub isə Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Torpedo” (Kutaisi, Gürcüstan) – “Vikinqur” (Farer adaları) cütünün qalibi ilə üz-üzə gələcək.Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Oyunu norveçli Ola Hobber Nilsen idarə edəcək. Tom Harald Qronevik, Qeyr Oskar İsaksen baş hakimin köməkçiləri Kay Erik Stin isə dördüncü hakim funksiyasını yerinə yetirəcəklər.xeber100.com

İyul 25, 2018 11:34