30 İyul 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

Beynəlxalq tennis çempionatının ikinci günündə…

Bakıda keçirilən ikinci beynəlxalq həmrəylik tennis çempionatının ikinci günündə iki tennisçimiz növbəti mərhələyə adlayıb.Azərtac xəbər verir ki, qızların şəxsi yarışlarında Alina Qavriş Belarus təmsilçisi Veranka Novikə 6:0, 6:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb. Digər təmsilçimiz Umayra Həşimova isə belaruslu Aleksandrina Mamihadan üstün olub – 6:0, 6:0.Millimizin üzvləri Ülviyyə Süleymanova Mozambik təmsilçisi Marieta Nhamitambaya, Samir Qafarov isə Yaraslav Şila məğlub olaraq fərdi yarışlarda mübarizəni dayandırıblar.İyulun 27-dək davam edəcək yarışda Azərbaycan tennisçiləri ilə yanaşı, Albaniya, Bəhreyn, Belarus, İraq, Qırğızıstan, Maldiv adaları, Mozambik, Rusiya, Səudiyyə Ərəbistanı, Liviya, Seneqal, Tacikistan, Türkiyə və Uqanda idmançıları birincilik uğrunda mübarizə aparırlar.xeber100.com

İyul 24, 2018 1:03

Yunan-Roma güləşi üzrə reytinq xarakterli beynəlxalq turnir keçirilib

İstanbulda Vehbi Emrenin xatirəsinə həsr olunan yunan-Roma güləşi üzrə reytinq xarakterli beynəlxalq turnir keçirilib. Yığmamızın üzvləri turniri 1 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurublar.Azərbaycan Güləş Federasiyasından Azərtac-a bildiriblər ki, turnirdə keçirdiyi bütün görüşləri qələbə ilə başa vuran Taleh Məmmədov (63 kq) qızıl medal qazanıb. Yalnız final görüşündə uduzan İslam Abbasov (87 kq) gümüş medalla kifayətlənməli olub. Bürünc medalları isə yığmamızın aktivinə Sakit Quliyev (60 kq), Kamran Məmmədov (67 kq) və Elvin Mürsəliyev (82 kq) yazdırıblar.Yığma komandamız bu nəticə ilə Türkiyə və Belarusdan sonra üçüncü yerdə qərarlaşıb.Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Asif Şirəliyev təmsil edib.xeber100.com

İyul 23, 2018 11:13

Çimərlik futbolu üzrə sonuncu oyun keçirilib

Moskvada təşkil edilən Avropa Liqası (Euro Beach Soccer League) turnirində çimərlik futbolu üzrə Azərbaycan milli komandası sonuncu oyununu keçirib.Azərtac xəbər verir ki, Polşa yığması ilə qarşılaşan komandamız 9:6 hesabı ilə qələbə qazanıb.Millimizin heyətində Rüfət Məmmədov 4, İlkin Hacıyev 3, Sabir Allahquliyev 2 qol vurub.xeber100.com

İyul 23, 2018 11:10

“Qarabağ” futbol klubu transfer üçün təzminat ödəyib

“Bursaspor”un hücumçusu Dzon Delarqe karyerasını Azərbaycanda davam etdirəcək. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.Superliqa klubu meydandakı oyunundan çox, şəxsi həyatı ilə gündəmə gəlməsindən narahat olduğu üçün onu yola salmaq qərarına gəlib. Delarqenin türklərlə müqavilə müddəti gələn yaya qədər olduğundan, “Qarabağ” transfer üçün qarşı tərəfə təzminat ödəyib. Həmkarlarımız “Bursaspor”un bu keçiddən 200 min dollar qazandığını bildiriblər.Qeyd edək ki, Dzon Delarqe “Bursaspor”a ötən il Avstriya klubu “Admira”dan keçmişdi.Bildirilir ki, Konqo millisinin forvardı bundan sonra “Qarabağ”ın formasını geyinəcək. Bursa klubunun transferə çıxardığı 28 yaşlı oyunçu Azərbaycan çempionu ilə hərtərəfli anlaşma əldə edib.xeber100.com

İyul 22, 2018 2:31

“Liverpul” komandası “Roma” klubunun qapıçısını transfer edib

İngiltərənin “Liverpul” komandası İtaliyanın “Roma” klubunun qapıçısı Alison Beykeri 72 milyon avroya transfer edib.Azərtac xəbər verir ki, 25 yaşlı braziliyalının əsas transfer məbləğı 62,5 milyon avro olub. Digər 10 milyon avronu isə “Roma” klubu bonus olaraq alıb. Müqavilənin müddəti məlum olmasa da, Britaniyanın “The Times” qəzetinin məlumatına görə, futbolçu altıillik müqavilə imzalayıb.Qeyd edək ki, bu transfer qapıçılar üçün rekord göstərici olub. Qapıçıların əvvəlki ən böyük transfer məbləğı 2017-ci ildə baş verib. Belə ki, “Mançester Siti” Portuqaliyanın “Benfika” klubundan 40 milyon müqabilində braziliyalı Edersonu heyətinə qatıb.Alison Beyker 2016-cı ildən “Roma” klubunun şərəfini qoruyub. Keçən mövsümdə 49 oyuna çıxan braziliyalı 22 matçda qapısını toxunulmaz saxlayıb. Həmçinin qapıçı Rusiyada keçirilən dünya çempionatında Braziliya milli komandasının heyətində bütün oyunlarda start heyətdə yer alıb. Mundialda braziliyalılar dörddəbir finalda Belçika millisinə 1:2 hesabı ilə məğlub olublar.xeber100.com

İyul 20, 2018 1:32

Stolüstü tennis üzrə Avropa çempionatı keçirilir

Rumıniyanın Kluj-Napoka şəhərində gənclər arasında stolüstü tennis üzrə Avropa çempionatı keçirilir.Azərtac xəbər verir ki, 44 ölkədən 42 kişi və 39 qadın komandasının iştirak etdiyi çempionatda qızlardan ibarət Azərbaycan millisi finalda Rusiya komandasına qalib gələrək qızıl medal qazanıb. Bu, Azərbaycan stolüstü tennis tarixində ən yüksək nəticədir.Xatırladaq ki, 2017-ci il gənclərin Avropa çempionatında qızlardan ibarət yığmamız bürünc medal qazanmışdı.Çempionatda şəxsi yarışlar davam edir.xeber100.com

İyul 20, 2018 11:57

“Sabah” futbol klubu yeni müqavilə imzalayıb

“Sabah” klubu daha 3 futbolçu ilə münasibətlərini rəsmiləşdirib.Azərtac kluba istinadla xəbər verir ki, müdafiəçilər - Elvin Bədəlov, Eltun Turabov və Məqsəd İsayevlə ikiillik müqavilə bağlanıb.Hər 3 futbolçunun forma nömrələri də müəyyənləşib. E.Bədəlov 3, E.Turabov 33 və M.İsayev isə 19 nömrəli formada çıxış edəcəklər.xeber100.com

İyul 20, 2018 11:54

XX San-Marti Beynəlxalq Şahmat Turniri davam edir

Barselonada XX San-Marti Beynəlxalq Şahmat Turniri davam edir.Azərtac xəbər verir ki, turnirin “A” qrupunda 24 ölkədən 120 şahmatçı, o cümlədən 12 qrossmeyster iştirak edir. Azərbaycan şahmatının şərəfini Qədir Hüseynov qoruyur.“A” qrupunda yeddi turdan sonra 6 xal toplayan Q.Hüseynov turnirin tək lideridir. Hayme Aleksandr Kuartas (Kolumbiya), Luis Lazaro Cimenes Aquero, Yasser Perez Kesada (Kuba), Manuel Qomez Pena (İspaniya) və Xose Eduardo Alkantara Martines (Peru) ondan yarım xal geri qalırlar.Püşkatmanın nəticələrinə görə, səkkizinci turda azərbaycanlı qrossmeysterin rəqibi Y.P.Kesada olacaq. Q.Hüseynov ağ fiqurlarla oynayacaq.Kataloniya turniri İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.xeber100.com

İyul 20, 2018 11:50

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində

Azərbaycan çempionu “Qarabağ” klubu futbol üzrə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə yüksəlib.Azərtac xəbər verir ki, iyulun 18-də turnirin birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Qarabağ” komandası Tofiq Bəhramov adına Respublika stadionunda Sloveniyanın “Olimpiya” komandasını qəbul edib.İsrailli baş hakim Erez Papirin idarə etdiyi oyunun ilk hissəsində komandalar təhlükəli vəziyyətlər yaratsalar da, top qapıdan keçməyib. Matçın ilk hissəsində hesab açılmayıb.İkinci hissəyə komandalar daha fəal başlayıblar. Ancaq baxımlı oyun nümayiş etdirən futbolçular ikinci hissədə də fərqlənə bilməyiblər.Beləliklə, “Qarabağ”-“Olimpiya” matçında hesab açılmayıb.Komandalar arasında Sloveniyada keçirilmiş ilk oyunda “Qarabağ” 1:0 hesabı ilə qələbə qazanıb. İki oyunun nəticəsinə görə, Azərbaycan çempionu turnirin ikinci təsnifat mərhələsinə adlayıb. Bu mərhələdə komandamızın rəqibi Albaniyanın “Kukesi” klubu olacaq.“Qarabağ” – “Olimpiya” qarşılaşması Ağdam təmsilçisinin iki futbolçusu üçün əlamətdar olub. Belə ki, Dani Kintana “Qarabağ”ın heyətində 30-cu avrokubok görüşünü keçirib. Ansi Aqolli isə “Qarabağ”da ümumilikdə 300-cü matçına çıxıb.xeber100.com

İyul 19, 2018 11:09

“Qarabağ” futbol klubu cavab oyunu keçirəcək

Futbol üzrə UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində mübarizə aparan “Qarabağ” bu gün cavab oyununu keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmada Azərbaycan çempionu Sloveniyanın “Olimpiya” komandasını qəbul edəcək.Azərtac xəbər verir ki, saat 21:00-da başlayacaq matçı İsraildən olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Erez Papir olacaq. Ona həmyerliləri David Elias Biton və Eliyahu Casapu kömək edəcəklər. Dördüncü hakim funksiyasını David Fuxman yerinə yetirəcək.Matçın UEFA nümayəndəsi Robert Kispal (Macarıstan), hakim-inspektoru isə Sokol Jareci (Albaniya) olacaq.Komandalar arasında keçirilmiş ilk oyunda “Qarabağ” 1:0 hesabı ilə qələbə qazanıb.“Qarabağ” mərhələ adlayacağı təqdirdə növbəti turda Albaniya çempionu “Kukesi” ilə qarşılaşacaq. “Kukesi” iki oyunun nəticəsinə görə, Maltanın “Valetta” komandasından üstün olub.xeber100.com

İyul 18, 2018 1:35
    Page 496 of 831« First«...102030...494495496497498...510520530...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az