Ağır atletika üzrə Avropa birinciliyi keçiriləcək

İyulun 22-29-da İtaliyanın Milan şəhərində 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi keçiriləcək. Qırxa yaxın ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak edəcəyi turnir, həmçinin Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutacaq Yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.Azərtac xəbər verir ki, Milandakı birincilikdə Azərbaycan yığma komandası da geniş heyətlə iştirak edəcək.On beş yaşadək oğlanların yarışında Elvin Şükürzadə (50 kq), Elşən Məmmədov, Fuad Həsənov (hər ikisi 56 kq), Murad Əliyev, Kamil Nəbiyev (hər ikisi 62 kq), Yaşar Mamayev (77 kq), Əli Şükürlü (85 kq), Əli Quliyev (94 kq), 17 yaşadək oğlanların mübarizəsində Ömər Cavadov (50 kq), Sale Alxasov (56 kq), Rüstəm Qasımov, Elməddin Hüseynov (hər ikisi 62 kq), Füqan Əliyev (69 kq), Əlimərdan Alxasov, İsmayıl Baxışov (hər ikisi 77 kq) və Tarmenxan Babayev (85 kq) körpücük üzərinə çıxacaqlar.On beş yaşadək qızların yarışında Günel Muxtarlı (44 kq), Selcan Qarayeva (48 kq), Fazilə İmanova (53 kq), Səma Mayılov, Anna Opanasyuk (hər ikisi 58 kq), Fidan Mirzəzadə (63 kq), Rəhilə Hüseynova (69 kq), U-17 yaş kateqoriyasında qızların mübarizəsində Lalə Rzazadə (58 kq) və Fidan Hüseynzadə (69 kq) ölkəmizi təmsil edəcəklər.xeber100.com

İyul 17, 2018 12:30

Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində

İyulun 12-də Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Dalğa Arena”da "Neftçi” – "Uypeşt” oyunu keçiriləcək.Azərtac xəbər verir ki, oyun öncəsi komandamızın baş məşqçisi Roberto Bordin və kapitan Ruslan Abışovun iştirakı ilə mətbuat konfransı təşkil olunub. "Dalğa Arena”da baş tutan tədbirdə əvvəlcə oyun haqqında fikirlərini bildirən italiyalı mütəxəssis sonra jurnalistlərin suallarını cavablandırıb. O deyib: "Yeni mövsümün başlanması ilə əlaqədar çox xoşbəxtik. Şadıq ki, ilk matçı Azərbaycanda – azarkeşlərimizin qarşısında keçirəcəyik. Çünki birinci oyun həmişə çox vacibdir. Bilirik ki, rəqib güclü komandadır. Onlar yaxşı hazırlıq keçiblər. Biz də son bir ayı boş keçirməmişik, yaxşı hazırlaşmışıq. Futbolçular da ilk oyuna hazırdır. Ona görə, mövsümə çox yaxşı başlamaq istəyirik. Hazırda "Sevilya” haqda düşünmürük. Fikrimizi "Uypeşt”lə oyunlara yönəltmişik”.Sonra Ruslan Abışov fikirlərini açıqlayıb: "Müəyyən aradan sonra ilk oyuna çıxacağıq. Yeni baş məşqçimiz var, yeni oyunçular gəlib. Yaxşı hazırlıq keçmişik. Var gücümüzlə oynayacağıq. Rəqibimiz Macarıstanın ən köklü klublarından biridir. Buna baxmayaraq, yaxşı nəticə qazanmaq istəyirik. Hər bir futbolçu mərhələni adlayıb, "Sevilya” kimi məşhur komandaya qarşı oynamaq istəyər”.Mətbuat konfransından sonra komandamızın ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olan məşqi baş tutub.xeber100.com

İyul 12, 2018 11:13