02 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Polşa – Azərbaycan görüşünə hakim təyinatları açıqlanıb

Futzal üzrə dünya çempionatının əsas mərhələsinin altıncı qrupunda keçiriləcək Polşa – Azərbaycan görüşünə hakim təyinatları açıqlanıb. Azərbaycan Futzal Federasiyası xəbər verir ki, martın 7-də Koszalin idman zalında keçiriləcək oyunu Estoniya və Latviyadan olan hakimlər idarə edəcəklər. Matçın əsas hakimi Yaqnar Yakobson (Estoniya) olacaq. Ona İnqus Purins (Latviya) və Qriqori Oşomkov (Estoniya) kömək edəcəklər. Matçın hakim-inspektoru Silvo Borosak (Sloveniya), UEFA nümayəndəsi Joao Roça (Portuqaliya) olacaqlar.xeber100.com

Fevral 15, 2023 3:38

“Neftçi” klubu daha bir futbolçusu ilə yollarını ayırmağa hazırlaşır

Bakının “Neftçi” klubu daha bir futbolçusu ilə yollarını ayırmağa hazırlaşır. “Marcouno Esporte” nəşri xəbər verir ki, Gilyerme Pato tezliklə komandanı tərk edəcək. Braziliya KİV-i 22 yaşlı hücumameyilli oyunçunun “Fiqueyrense” klubuna keçəcəyini iddia edib. Qeyd edək ki, Gilyermo Pato cari mövsüm Azərbaycan Premyer Liqasında 12 oyunda 1 qol vurub. Futbolçu 2023-cü ildə heç bir matçda iştirak etməyib.xeber100.com

Fevral 15, 2023 3:36

Azərbaycan çempionatında növbəti oyunların keçirilmə vaxtı dəqiqləşib

Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların keçirilmə vaxtı dəqiqləşib. Azərbaycan Voleybol Federasiyası xəbər verir ki, fevralın 16-da Yüksək Liqada üçüncü dövrə çərçivəsində iki matç keçiriləcək. Səkkizinci turun ilk qarşılaşmasında “Abşeron” klubu “Azərreyl”i sınağa çəkəcək. Matç saat 16:00-da başlayacaq. Ardınca saat 18:00-da UNEC - “Murov” oyunu baş tutacaq. Hər iki görüş Voleybol Mərkəzində oynanılacaq.xeber100.com

Fevral 15, 2023 2:54

Voleybolçular arasında üçüncü dövrənin ilk turu keçirilib

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında üçüncü dövrənin ilk turu keçirilib. Azərbaycan Voleybol Mərkəzində baş tutan çempionatın VII turuna “Murov”-“Neftçi” matçı ilə start verilib. Çempionatın lideri “Murov” komandası yenə qələbəyə sevinib. Komanda rəqibini 3:0 (25:20, 25:19, 25:22) hesabı ilə məğlub etməklə aktivinə yazıb. Qeyd edək ki, bu gün VII tur çərçivəsində keçirilməsi nəzərdə tutulan “Xarıbülbül” - MOİK qarşılaşması təxirə salınıb. Buna səbəb hakimlərin oyuna çıxmaqdan imtina etməsi olub. Turnir cədvəli: “Murov” 17 xalla turnir cədvəlində liderliyini davam etdirir. Doqquz xala malik “Xarıbülbül” ikinci, 9 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə bir xalla sonuncudur.xeber100.com

Fevral 14, 2023 2:54

Azərbaycan Basketbol Liqasında təxirə salınmış oyun keçirilib

Azərbaycan Basketbol Liqasında XV turdan təxirə salınmış oyun keçirilib. "Sərhədçi" İdman Mərkəzində "Gəncə" "Olimpik Şəki" ilə qarşılaşıb. Görüş qərb təmsilçisinin 89:76 hesablı qələbəsi ilə tamamlanıb. Ən məhsuldar basketbolçular "Gəncə"dən Amil Həmzəyev (21 xal, 12 ribaund), "Olimpik Şəki"dən isə Larri Robinson (22 xal, 8 ribaund) olublar.xeber100.com

Fevral 14, 2023 2:51

Basketbolçuları arasında 17-ci turun növbəti oyunu keçirilib

Fevralın 12-də Şəki Olimpiya İdman Kompleksində "Olimpik Şəki BK" və "Sərhədçi PİK" basketbolçuları arasında 17-ci turun növbəti oyunu keçirilib. Görüşə üstünlüklə başlayan "Sərhədçi PİK" 106-83 hesablı qələbə qazanaraq, turnir cədvəlinin ikinci pilləsindəki mövqeyini qoruyub saxlayır. Ən məhsuldar basketbolçular "Olimpik Şəki BK"dən Larri Robinson (27 xal, 6 asist), "Sərhədçi PİK"dən Endar Poladxanlıdır (41 xal, 13 ribaund). Qeyd edək ki, 17-ci turun son oyunu ("Sabah BK" - "Neftçi İK") fevralın 13-də keçiriləcək.xeber100.com

Fevral 13, 2023 1:01

Azərbaycan Triatlon Federasiyasının növbəti yarışı keçirilib

Fevralın 11-i və 12-sində Bakı Su İdmanı Sarayında “Triterra Triathlon Club”-ın təşkilatçılığı ilə Azərbaycan Triatlon Federasiyasının növbəti “Aquathlon” yarışı keçirilib. Federasiyadan bildirilib ki, 45 idmançının iştirak etdiyi yarış “Absolute” və müxtəlif yaş kateqoriyalarından ibarət idi. Yarışın ilk günündə 1500 metr məsafədə üzgüçülük mərhələsi yer aldı. İkinci gün isə 10 km məsafə üzrə qaçış yarışına həsr olundu. “Absolute” kateqoriyasının kişilər arası qalibləri ardıcıl olaraq Togrul Məmmədli, Kam Bular və Vitaliy Yakovlev oldular. Qadınlardan birinci yerə Fatimə Əlkərəmova, ikinci yerə Nataliya Mordasova, üçüncü yerə Adilə Süleymanova yiyələndi. Komandalar arası gərgin rəqabətdə 3 qalib təyin olundu: birinci yer “Triterra” idman klubu, ikinci yer “Alphatriclub” idman klubu, üçüncü yer isə “TriStar” idman klubu.xeber100.com

Fevral 13, 2023 12:59

“Real” Mərakeşdə keçirilən klublararası dünya çempionatının qalibi olub

Madrid klubu "Real" Mərakeşdə keçirilən klublararası dünya çempionatının qalibi olub. interfax.ru xəbər verir ki, Mərakeşin paytaxtı Rabatda keçirilən final görüşündə "Real" Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasını 5:3 hesabı ilə məğlub edib. 3-cü yeri isə Braziliyanın "Flamenqu" komandası tutub. Onlar Misirin "Əl-Əhli" komandasına 4:2 hesabı ilə qalib gəlib.xeber100.com

Fevral 13, 2023 12:49

Azərbaycan çempionatında növbəti oyunların vaxtı dəqiqləşib

Voleybol üzrə qadınlar arasında Azərbaycan çempionatında növbəti oyunların vaxtı dəqiqləşib. Qadın voleybolçuların Yüksək Liqasında III dövrənin oyunlarına fevralın 13-də start veriləcək. Voleybol Mərkəzində təşkil olunacaq VII turun ilk matçı saat 16:00-da “Azərreyl” və “Murov” komandaları arasında baş tutacaq. Bu qarşılaşmadan 2 saat sonra “Abşeron” - UNEC dueli start götürəcək.xeber100.com

Fevral 13, 2023 12:47

Futbol üzrə İtaliya çempionatında növbəti tura start verilib

Fevralın 10-da futbol üzrə İtaliya çempionatında növbəti tura start verilib. Turun ilk matçında son çempion “Milan” “Torino” ilə qarşılaşıb. Oyun 1:0 hesabı ilə “Rossonyerlər”in xeyrinə başa çatıb. Oyunda yeganə qolu Olivye Jiru vurub. Beləliklə, “Milan” yeddi oyunluq qələbəsizlik seriyasına son qoyub. Qeyd edək ki, hesabında 41 xal olan Piolinin yetirmələri turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.xeber100.com

Fevral 11, 2023 7:32
    Page 50 of 830« First«...102030...4849505152...607080...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az