11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

İtaliya Futbol Federasiyasının məlumatı əsasında…

İtaliyada keçiriləcək liqa matçlarında Türkiyə və Suriyada baş vermiş dəhşətli zəlzələlər nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq. Bu barədə İtaliya Futbol Federasiyası məlumat yayıb. Bildirilib ki, Türkiyə və Suriyada baş vermiş zəlzələlərdə həlak olanların xatirəsi həftəsonu oynanılacaq futbol matçlarından əvvəl bir dəqiqəlik sükutla yad ediləcək. Federasiyasının prezidenti Qabriele Qravina bildirib ki, futbol dünyası zəlzələ qurbanlarının xatirəsini anır. Heç kəs bu faciəni görməzlikdən gələ bilməz. Qeyd edək ki, əsrin fəlakəti adlandırılan Türkiyədəki zəlzələlər nəticəsində 21 min 848 nəfər həlak olub, 80 min 104 nəfər yaralanıb.xeber100.com

Fevral 11, 2023 7:27

Meksika Futbol Federasiyası: Dieqo Kokka Meksika millisinə baş məşqçi təyin olunub

Dieqo Kokka futbol üzrə Meksika millisinə baş məşqçi təyin olunub. Bu barədə Meksika Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Mütəxəssis yanvarın 1-də Meksikanın “Tiqres” klubu ilə anlaşıb. O, daha sonra Meksika yığmasında işləmək istədiyini rəhbərliyə bildirib. Buna görə də klub bir ay sonra argentinalı mütəxəssis ilə yollarını ayırıb. Qeyd edək ki, ötən il Qətərdə keçirilən dünya çempionatından sonra Meksika millisinin baş məşqçisi Xerardo Martino istefa vermişdi.xeber100.com

Fevral 10, 2023 3:04

UEFA Konfrans Liqasının pley-off mərhələsində…

UEFA Konfrans Liqasının pley-off mərhələsində Ağdamın “Qarabağ” klubunun Belçikanın “Gent” komandası ilə Bakıda keçirəcəyi ilk oyunun biletləri satışa çıxarılıb. Ağdam təmsilçisinin saytına istinadən xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 5, 30, 40, 75 və 100 manat təşkil edir. Azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, “Iticket.az”ın satış məntəqələrindən (iticket.az-da onlayn satış), “Qarabağ”ın Park Bulvardakı “Fan şop”undan, eləcə də, “28 Mall” və “Gənclik Mall” ticarət mərkəzlərindən əldə edə bilərlər. Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Gent” görüşü saat 21:45-də başlayacaq.xeber100.com

Fevral 10, 2023 3:01

Milli Gimnastika Arenasında keçiriləcək dünya kuboku yarışları üçün heyət açıqlanıb

Misir milli komandasının fevralın 18-19-da Bakıda Milli Gimnastika Arenasında keçiriləcək batut gimnastikası üzrə dünya kuboku yarışları üçün heyəti açıqlanıb. Yarışda üç misirli batutçu – Mələk Hamza, Xaled Hussein və Omar Zayed medallar uğrunda mübarizə aparacaq. Turnirdə Azərbaycanla yanaşı, 16 ölkədən 63 gimnastın fərdi və sinxron proqramda çıxışı gözlənilir. Dünya kuboku yarışlarında ölkəmizi Selcan Mahsudova təmsil edəcək.xeber100.com  

Fevral 9, 2023 1:01

Türkiyənin “Beşiktaş” klubu növbəti transferini gerçəkləşdirib

Türkiyənin “Beşiktaş” klubu növbəti transferini gerçəkləşdirib. Klubun saytı xəbər verir ki, komanda Onur Bulutu heyətinə qatıb. İyirmi səkkiz yaşlı müdafiəçi ilə 3,5 illik müqavilə imzalanıb. O.Bulut bir müddət əvvəl “Kayserispor” klubu ilə müqaviləsini ləğv etmişdi. Qeyd edək ki, “Beşiktaş” bundan əvvəl "Əl-Nəsr"dən Vensan Abubakarı heyətinə qatmışdı.xeber100.com

Fevral 9, 2023 12:58

“Neftçi” futbol klubu zəlzələdən əziyyət çəkən insanlara yardım göndərib

Bakının “Neftçi” klubu Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlara yardım göndərib. “Neftçi”nin bazasında yardım üçün hazırlanmış qutuların daşınmasında futbolçular da iştirak ediblər. Kapitan Emin Mahmudov, həmçinin digər oyunçular Azər Salahlı, Höccət Haqverdi, Kilan Lebon və Mərt Çelik işçilərə kömək ediblər. Qeyd edək ki, son məlumata əsasən, fevralın 6-da baş verən zəlzələdə 12 min 873 nəfər həlak olub, 62 min 937 insan isə yaralanıb.xeber100.com

Fevral 9, 2023 12:56

Azərbaycan Boks Federasiyası: Boks üzrə beynəlxalq turnirə start verilib

Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnirə start verilib. Azərbaycan milli komandasının iki üzvü yarışa qələbə ilə başlayıb. Azərbaycan Boks Federasiyası xəbər verir ki, turnirdə 54 kiloqram çəki dərəcəsində mübarizə aparan Nicat Hüseynov səkkizdəbir final mərhələsi çərçivəsində slovakiyalı Tibor Katona ilə üz-üzə gəlib. Gərgin keçən döyüş Avropa çempionumuzun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. O, dörddəbir finalda Qabor Virbanla (Macarıstan) gücünü sınayacaq. Millimizin digər boksçusu Rəşid Həsənov (71 kq) isə qırğızıstanlı Sirqak Uulu Abdijaparı yarışdan kənarlaşdırıb. O, rəqibini 5:0 hesabı ilə məğlub edərək dörddəbir finala yüksəlib. R.Həsənov ikinci döyüşündə Yermanxan Jakpekovla (Qazaxıstan) münasibətinə aydınlıq gətirəcək. Qeyd edək ki, 26 ölkədən 294 boksçunun qatıldığı turnirin üçüncü günündə - fevralın 9-da Azərbaycan yığmasının 3 idmançısı rinqə çıxacaq.xeber100.com

Fevral 9, 2023 12:51

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start verilib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start verilib. Günün yeganə oyununda “Kəpəz” komandası “Qarabağ”ı qəbul edib. Gəncə şəhər stadionundakı qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Hesabı 24-cü dəqiqədə Ağdam təmsilçisinin hücumçusu Musa Qurbanlı açıb. Görüşün 49-cu dəqiqəsində meydan sahiblərindən Ahmed Ayzaya bərabərlik qolunun müəllifi olub. Bu qarşılaşmadan sonra xallarının sayını 57-yə çatdıran Ağdam komandası liderliyini möhkəmləndirib. 14 xala malik Gəncə klubu doqquzuncu pilləyə yüksəlib. Qeyd edək ki, turun “Neftçi” – “Sumqayıt” və “Zirə” – “Qəbələ” matçları fevralın 5-də, “Şamaxı” – “Turan Tovuz” və “Sabah” – “Səbail” oyunları isə fevralın 6-da təşkil olunacaq.xeber100.com

Fevral 4, 2023 2:40

Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri sona yaxınlaşır

Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri sona yaxınlaşır. Yarışın 4-cü günündə - fevralın 4-də 3 güləşçimiz mübarizə aparıb. Yunan-Roma güləşçimiz Taleh Məmmədov (63 kq) ümidləri doğruldaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Təcrübəli güləşçimiz keçirdiyi hər 3 görüşdə qalib gələrək qızıl medal qazanıb. Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) qızıl, Hacı Əliyev (70 kq) və Georgi Meşvildişvili (125 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq), Əli Rəhimzadə (65 kq), Xadjimurad Qadjiyev (70 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) bürünc medal əldə ediblər. Qadınlardan isə Alyona Kolesnik (59 kq) bürünc medala sahib çıxıb.xeber100.com

Fevral 4, 2023 2:38

“Sevilya”nın futbolçusu karyerasını “Başakşehir”də davam etdirəcək

“Sevilya”nın futbolçusu Adnan Yanuzay karyerasını “Başakşehir”də davam etdirəcək. Belçikalı yarımmüdafiəçi cari mövsümün sonunadək icarə əsasında İstanbul təmsilçisində oynayacaq. Qeyd edək ki, Yanuzay 2022-ci ilin avqustunda İspaniya klubuna transfer olunub. O, bu komandada 6 matçda meydana çıxıb.xeber100.com

Fevral 3, 2023 2:44
    Page 52 of 831« First«...102030...5051525354...607080...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az