Yeni Sahil İdman Kompleksində gənclər arasında cüdo üzrə açıq respublika turniri başlayıb.Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən (BŞGİBİ) Azərtac-a bildiriblər ki, 2001-2003-cü il təvəllüdlü gənclər arasında keçirilən turnirdə oğlanlar 42, 46, 50, 55, 60, 66, 73, 81 kiloqram və 81 kiloqramdan yuxarı çəki dərəcələrində çıxış edəcəklər. Qızlar arasında isə 48, 52 və 57 kiloqram çəkidə qaliblər müəyyənləşəcək.Gənclər və İdman Nazirliyi, BŞGİBİ və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən respublika turnirini beynəlxalq və respublika dərəcəli hakimlər heyəti idarə edirlər.Turnirə mayın 4-də yekun vurulacaq.xeber100.com