07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Qarabağ” klubu Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində

Ağdamın “Qarabağ” klubu Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində “Şamaxı”nı qəbul edib. “Azersun Arena”da oynanılan matçda “Qarabağ” 3:1 hesablı qələbə qazanıb. Ağdam təmsilçisinin heyətində Musa Qurbanlı, Qara Qarayev və Leandro Andrade fərqləniblər. Rəqib komandanın qolunu isə Bahadur Həziyev vurub. Bu qələbədən sonra xallarının sayını 56-ya çatdıran “Qarabağ” turnir cədvəlində liderliyini möhkəmlədib. 16 xalı olan “Şamaxı” isə yeddinci sırada qərarlaşıb. Günün son oyununda “Səbail” klubu “Kəpəz”i qəbul edəcək. Qeyd edək ki, açılış oyununda "Sumqayıt" evdə "Turan Tovuz"a 2:1 hesabı ilə qalib gəlib. Tura fevralın 1-də keçiriləcək “Qəbələ” – “Sabah” və “Neftçi” – “Zirə” görüşləri ilə yekun vurulacaq.xeber100.com

Fevral 1, 2023 9:57

“Səbail” klubu Azərbaycan Premyer Liqasının XX turunda qələbə qazanıb

“Səbail” klubu Azərbaycan Premyer Liqasının XX turunda qələbə qazanıb. Bakı təmsilçisi “ASCO Arena”da Gəncənin “Kəpəz” klubunu qəbul edib. “Səbail”in minimal hesablı qələbə qazandığı matçda yeganə qolu Franko Mazurek vurub – 1:0. Bu qalibiyyətdən sonra xallarının sayını 13-ə çatdıran “Səbail” klubu turnir cədvəlində doqquzuncu yerə yüksəlib. Əvəzində eyni xala malik Gəncə təmsilçisi sonuncu – onuncu yerə geriləyib. Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" evdə "Turan Tovuz"a 2:1, "Qarabağ" isə "Şamaxı"ya 3:1 hesabı ilə qalib gəlib. Tura fevralın 1-də keçiriləcək Qəbələ" - "Sabah" və "Neftçi" - "Zirə" görüşləri ilə yekun vurulacaq.xeber100.com

Fevral 1, 2023 9:54

İngiltərənin “Nyukasl” futbol klubu heyətinə yeni oyunçu cəlb edib

İngiltərənin "Nyukasl" futbol klubu heyətinə yeni oyunçu cəlb edib. Klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda "Vest Hem"dən Harrison Eşbi transfer edib. Sözləşmənin müddəti açıqlanmasa da, uzunmüddətli olduğu bildirilib. Qeyd edək ki, İngiltərənin U-21 millisinin üzvü "Vest Hem"in öz yetirməsidir.xeber100.com

Fevral 1, 2023 9:52

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha 2 oyunu keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha 2 oyunu keçiriləcək. Günün ilk matçında 53 xalla turnir cədvəlinə başçılıq edən “Qarabağ” klubu 16 xalla yeddinci pillədə gedən “Şamaxı”nı qəbul edəcək. “Qarabağ” klubu 17 oyundur uduzmur. “Şamaxı” 5 matçdır qol vurmur. Günün son qarşılaşmasında isə “Kəpəz” “Səbail”in qonağı olacaq. Hazırda Gəncə təmsilçisi 13 xalla doqquzuncu, Bakı klubu isə 10 xalla sonuncudur. Qeyd edək ki, turun açılış oyununda “Sumqayıt” evdə “Turan Tovuz”a 2:1 hesabı ilə qalib gəlib. Tura fevralın 1-də keçiriləcək “Qəbələ” – “Sabah” və “Neftçi” – “Zirə” görüşləri ilə yekun vurulacaq.xeber100.com

Yanvar 31, 2023 10:01

Azərbaycan Stolüstü Tennis Federasiyasının məlumatına görə…

Stolüstü tennisçilərimiz Qazaxıstanın Çimkənd şəhərində təşkil olunan “Shimkent Cup” turnirində uğurla çıxış ediblər. Azərbaycan Stolüstü Tennis Federasiyası xəbər verir ki, seçmə komandanın böyük məşqçisi Fərhad İsmayılov və məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə mübarizəyə qatılan komandamızın üzvləri beynəlxalq yarışı iki medalla başa vurublar. Mərziyyə Nurmətova ilə Aylin Əsgərova qızların qoşa turnirində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün birinci pilləsinə yüksəliblər. M.Nurmətova şəxsi yarışlarda da etimadı doğruldub. Sumqayıt stolüstü tennis məktəbinin yetirməsi yarışın bürünc medalına da sahib olub. Beləliklə, stolüstü tennisçilərimiz ilə uğurlu nəticə ilə start veriblər.xeber100.com

Yanvar 30, 2023 2:32

Azərbaycan Premyer Liqasında XX tura start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start veriləcək. ilk oyun günündə bir qarşılaşma keçiriləcək. On iki xalla turnir cədvəlində doqquzuncu pillədə qərarlaşan “Sumqayıt” klubu “Kapital Bank Arena”da 17 xalla altıncı olan “Turan Tovuz”u qəbul edəcək. Qeyd edək ki, turun “Qarabağ” – “Şamaxı” və “Səbail” – “Kəpəz” matçları yanvarın 31-də, “Qəbələ” – “Sabah” və “Neftçi” – “Zirə” görüşləri isə fevralın 1-də oynanılacaq.xeber100.com

Yanvar 30, 2023 2:30

“Yuventus” doğma meydanda “Montsa”ya 0:2 hesabı ilə məğlub olub

İtaliya A Seriyasının XX turunda “Yuventus” doğma meydanda “Montsa”ya 0:2 hesabı ilə məğlub olub. A Seriyasında cari mövsümdən mübarizə aparan “Montsa” bu qələbə ilə 93 il sonra ilkə imza atıb. Belə ki, komanda son 93 ildə Turin təmsilçisinə qarşı keçirdiyi ilk iki matçdan qələbə ilə ayrılan yeganə kollektivdir. Bunu sonuncu dəfə 1930-cu ildə “İnter” bacarmışdı. Xatırladaq ki, “Yuventus” ilk dövrədə “Montsa”ya səfərdə də 0:1 hesabı ilə uduzmuşdu.xeber100.com

Yanvar 30, 2023 2:28

“Sivasspor” klubu Ekvador yığmasının hücumçusu Xordi Kaysedonu heyətinə qatıb

Türkiyənin “Sivasspor” klubu Ekvador yığmasının hücumçusu Xordi Kaysedonu heyətinə qatıb. Bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb. İyirmi beş yaşlı forvard Meksikanın “Tiqres UANL” klubundan mövsümün sonunadək icarəyə götürülüb. Kaysedo Meksika təmsilçisində 16 oyuna 1 qol vurub. Daha əvvəl “Universidad Katolika”, “El Nasional” və “Vitoriya” kimi klublarda da forma geyinmiş futbolçu Ekvador millisində 10 oyun keçirib, 2 qola imza atıb.xeber100.com

Yanvar 30, 2023 2:26

Şahmatçıların Azərbaycan çempionatında ilk final gününün oyunları keçirilib

Kişi şahmatçıların Azərbaycan çempionatında ilk final gününün oyunları keçirilib. Çempionluq mübarizəsində Vüqar Əsədli Vasif Durarbəylini məğlub edərək üstünlük qazanıb. Üçüncü yer uğrunda görüşdə Eltac Səfərli Məhəmməd Muradlı ilə heç-heçə oynayıb. Bu gün şahmatçılar arasında cavab oyunları keçiriləcək. Qeyd edək ki, iki oyundan sonra hesab bərabər olarsa tay-brek oynanılacaq.xeber100.com

Yanvar 27, 2023 3:05

Niderlandın “Ayaks” futbol klubu baş məşqçisini istefaya göndərib

Niderlandın “Ayaks” futbol klubu baş məşqçisi Alfred Şroyderi istefaya göndərib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.Məşqçi ilə müqavilə 2024-cü il iyunun 30-dək olsa da, rəhbərlik komandanın nəticələrinə əsasən baş məşqçi barədə bu qərarı verib. Qeyd edək ki, A.Şroyder ötən ilin yayında “Brügge” komandasından ayrılaraq “Ayaks”a gətirilmişdi. Son 5 oyunda heç-heçə edən “Ayaks” ölkə çempionatında 34 xalla 5-ci pillədə qərarlaşıb.xeber100.com

Yanvar 27, 2023 3:01
    Page 53 of 831« First«...102030...5152535455...607080...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az