06 Dekabr 2025 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Topaz Premyer Liqasının XXV turuna start veriləcək

Aprelin 27-də futbol üzrə Topaz Premyer Liqasının XXV turuna start veriləcək.Azərtac xəbər verir ki, turun açılış matçında son altı ev oyununda xal qazana bilməyən “Zirə” çempionluğu təmin etmiş “Qarabağ”ı qəbul edəcək. “Zirə” idman kompleksinin stadionunda təşkil ediləcək qarşılaşmanın baş hakimi Rauf Cabbarov olacaq. Oyun saat 19:00-da başlayacaq.Turun digər matçları aprelin 28-də və 29-da oynanılacaq. “Qəbələ” klubu öz meydanında Gəncənin “Kəpəz” kollektivini qəbul edəcək. Digər oyunda paytaxt təmsilçiləri “Keşlə” və “Neftçi üz-üzə gələcəklər. Tura aprelin 29-da “Sumqayıt”-“Səbail” oyunları ilə yekun vurulacaq.xeber100.com

Aprel 27, 2018 12:24

Formula 1 Azərbaycan Qran-Prisinin yürüşü başlayıb

Aprelin 27-də saat 13:00-da Formula 1 Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşü başlayıb.Azərtac xəbər verir ki, yürüşə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb.“Mercedes” komandasının heyətində Luis Hamilton və Valtteri Bottas, “Ferrari”də Sebastian Fettel, Kimi Raykonnen, “Williams”ın heyətində Sergey Sirotkin və Lans Stroll yarışırlar. “Red Bull Racing” komandasında Daniel Rikkardo, Maks Ferstappen, “Force India”da Eseteban Okon və Serxio Peres, “Renault”da isə Niko Hulkenberq ilə Karlos Sainz mübarizə aparırlar. Bundan başqa, “Toro Rosso”nun heyətində Brendon Hartli və Pyer Qasli, “Sauber”də Markus Eriksson, Çarles Lekler, “McLaren”də Fernando Alonso və Stoffel Vandurn yürüşdə iştirak edirlər. Pilotlar Roman Qrojan və Kevin Maqnussen isə “Haas” komandalarının idman şərəfini qoruyurlar.Yürüş iştirakçıları 1,5 saat ərzində 6 kilometrlik Bakı trekində yarışacaqlar. İkinci sərbəst yürüşə saat 17:00-da start veriləcək.Aprelin 28-də pilotların düzülüşünü müəyyən edəcək yarış keçiriləcək. Aprelin 29-da isə Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisində qalib adı uğrunda mübarizənin şahidi olacaqlar.xeber100.com

Aprel 27, 2018 12:22

“Shamkir Chess 2018” də altıncı turun görüşləri keçirilib

Aprelin 25-də Şəmkirdə V Vüqar Həşimov Memorialında altıncı turun görüşləri keçirilib.Azərtac xəbər verir ki, bu turda Hollandiya təmsilçisi Aniş Giri çexiyalı David Navaraya qalib gəlib.Turun digər partiyalarında Şəhriyar Məmmədyarov çinli Dinq Lirenlə, Teymur Rəcəbov Polşa idmançısı Radoslav Voytaşeklə, Rauf Məmmədov bolqarıstanlı Veselin Topalovla, rusiyalı Sergey Karyakin isə norveçli Maqnus Karlsenlə heç-heçə edib.Hesabında 4 xal olan V.Topalov liderliyini davam etdirir. M.Karlsen və A.Giri 3,5 xalla 2-3-cü yerdə qərarlaşıblar. T.Rəcəbov, R.Məmmədov, D.Liren, S.Karyakin 3 xalla 4-7-ci, Ş.Məmmədyarov və R.Voytaşek 2,5 xalla 8-9-cu pilləni bölüşürlər. D.Navara isə 2 xalla sonuncudur.xeber100.com

Aprel 26, 2018 2:05

Sərbəst güləş üzrə respublika birinciliyi keçirilib

“Təhsil” Respublika İdman Mərkəzi sərbəst güləş üzrə respublika birinciliyi keçirib.Təhsil Nazirliyindən Azərtac-a bildiriblər ki, birinciliyin keçirilməsində məqsəd uşaqlar arasında sərbəst güləş idman növünü təbliğ etmək, perspektivli güləşçiləri üzə çıxarıb yaş qrupları üzrə yığma komandalara cəlb etmək və idmançılar arasında dostluq əlaqələrini yaratmaqdan ibarət olub.Qusar Olimpiya İdman Kompleksində təşkil edilən birinciliyə Təhsil Nazirliyinin tabeliyində olan idman məktəblərindən 40 komanda, 480 idmançı qatılıb.Gərgin mübarizə şəraitində keçən yarışda 9-11 yaşlı güləşçilər arasında birinci yeri “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM), ikinci yeri “Təhsil” RİM-in Lənkəran Uşaq-Gənclər İdman Məktəbinin, üçüncü yeri “Təhsil” RİM-in 5 nömrəli RİOEUGİM-in komandaları tutub. 12-14 yaşlı idmançılar arasında isə birinci yerə “Təhsil” RİM-in Gəncə şəhər 1 nömrəli UGİM-in, ikinci yerə “Təhsil” RİM-in 5 nömrəli RİOEUGİM-in, üçüncü yerə isə “Təhsil” RİM-in 1 nömrəli RİOEUGİM-in komandaları layiq görülüb.Qaliblər kubok və diplomlarla təltif ediliblər.xeber100.com

Aprel 26, 2018 2:01

“Bavariya” klubu “Real Madrid” klubunu qəbul edib

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ikinci oyunu keçirilib.Azərtac xəbər verir ki, Almaniyada “Bavariya” klubu İspaniyanın “Real Madrid” klubunu qəbul edib. Münxendəki “Alyans Arena”da təşkil olunmuş qarşılaşmada qonaqlar 2:1 hesabı ilə qalib gəliblər. Oyunun ilk yarım saatında “Bavariya” klubunun heyətində iki aparıcı oyunçu zədələnərək meydanı tərk edib (Robben, Boateng).Hesabı meydan sahibləri 28-ci dəqiqədə Josua Kimmikın sayəsində açıb - 1:0. Birinci hissənin bitməsinə bir dəqiqə qalmış qonaqlar hesabı bərabərləşdirib. Marselo baxımlı qola imza atıb - 1:1.Fasilədən sonra “Münxen”lilərin müdafiədə buraxdığı kobud səhv Marko Asensionun qolu ilə nəticələnib. Beləliklə, oyun 2:1 hesabı ilə “Real Madrid”in qələbəsi ilə başa çatıb.Xatırladaq ki, yarımfinal mərhələsinin ilk oyununda “Liverpul” klubu “Roma”nı 5:2 hesabı ilə məğlub edib. Cavab oyunları mayın 1-də və 2-də baş tutacaq.xeber100.com

Aprel 26, 2018 1:59

“Brembo” şirkəti F 1 Azərbaycan Qran-Prisi trasında

“Brembo” şirkəti F 1 Azərbaycan Qran-Prisi trasında ən ciddi tormozlama nöqtəsinin videoçarxını hazırlayıb.“F1News.ru” saytı xəbər verir ki, Bakı trasında üçüncü döngədən əvvəl 56 metrlik hissədə sürəti saatda 216 kilometrədək azaltmaq lazımdır. Bu zaman əyləcin pedalındakı güc 139 kiloqram təşkil edəcək, pilotlar 4,8 qram artıq yük hiss edəcək, tormozlama zamanı isə 1901 kVt-a ekvivalent olan enerji sərf olunacaq.xeber100.com

Aprel 26, 2018 12:44

UEFA Avropa Liqasının oyunlarına start veriləcək

Aprelin 26-da futbol üzrə UEFA Avropa Liqasının yarımfinal mərhələsinin oyunlarına start veriləcək.Azərtac xəbər verir ki, bu mərhələdə iki oyun oynanılacaq. İspaniya təmsilçisi “Atletiko Madrid” səfərdə İngiltərənin “Arsenal” klubunun qonağı olacaq. Bu komandalar indiyədək heç vaxt qarşılaşmayıblar. “Atletiko” çempionatın son iki matçında “Real Sociedad” klubuna 0:3 hesabı ilə məğlub olub, “Betis” ilə isə doğma meydanda heç-heçə edib (0:0). “Emirates” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:05 başlayacaq. Qarşılaşmanı Kleman Türpen idarə edəcək.Digər görüşdə Fransanın “Marsel” komandası doğma meydanda Avstriyanın “Zalsburq” komandasını qəbul edəcək. Bu komandalar arasında yeganə oyun 2017-ci ildə Avropa Liqasının qrup mərhələsində baş tutub. Həmin görüşdə avstriyalılar öz meydanında 1:0 hesabı ilə qalib gəlib, səfərdə isə 0:0 hesabı ilə heç-heçə edib. “Velodrom” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:05-də başlayacaq.xeber100.com

Aprel 26, 2018 12:25

Karate üzrə doqquzuncu şotokan dünya çempionatı keçirilib

İstanbulda karate üzrə doqquzuncu şotokan dünya çempionatı keçirilib.Azərtac xəbər verir ki, “şobu İppon”, “WKF kumite” və “sambom kumite” versiyaları üzrə keçirilən yarışda 31 ölkənin idmançıları iştirak ediblər.Məşqçilər Əli Rəcəbov və Orxan Şabanovun rəhbərliyi ilə ölkəmizi təmsil edən “Qaraqaplan” klubunun idmançıları Mədinə Kazımova (25 kq-dan yuxarı) və Yusif Cəfərov (30 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.Digər təmsilçimiz Orxan Musayev isə komanda kumite yarışlarında birinci olub.xeber100.com

Aprel 25, 2018 12:16

“La Vanguardia” nəşri yazır…

İspaniyanın "La Vanguardia" nəşrində "McLaren" komandasının ispan pilotu Fernando Alonsonun Azərbaycan Qran-Prisi haqqında fikirlərindən ibarət məqalə dərc edilib.Azərtac-ın məlumatına görə, yazıda qeyd olunur ki, dünya şöhrətli pilot komandasının bolidinin məhdudiyyətlərini etiraf edir və Azərbaycan Qran-Prisində xüsusi bir dəyişikliyin olacağını gözləmir.Fernando Alonso “Bakı Şəhər Halqası” haqqında da fikirlərini bildirib. Pilot deyib ki, bu, hazırda ən sürətli və uzun şəhər trasıdır, bolidə qarşı olduqca tələbkardır. O, həmçinin bütün pilotların Bakıdakı tras haqqında müsbət fikirdə olduqlarını qeyd edib.xeber100.com

Aprel 25, 2018 12:12

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində

Aprelin 25-də futbol üzrə UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin növbəti oyunu keçiriləcək.Azərtac xəbər verir ki, mərhələnin ikinci oyun günündə İspaniya təmsilçisi “Real Madrid” səfərdə Almaniyanın “Bavariya” klubunun qonağı olacaq. Son iki mövsümdə Çempionlar Liqasının qalibi olan “kral” klubu uğurunu daha bir rekordla bərkitmək istəyir. Bu komandalar avrokuboklarda indiyədək iyirmi dəfə üz-üzə gəliblər. Bu komandalar arasında son görüş 2017-ci ildə Çempionlar Liqasının dörddəbir final mərhələsində baş tutub. Həmən görüşdə ispanlar iki oyunun nəticəsinə əsasən, qalib tərəf olub - 6:3.“Bavariya”nın heyətində Arturo Vidal, Koman, Noyer zədələndikləri üçün matçı buraxacaqlar.xeber100.com

Aprel 25, 2018 12:08
    Page 530 of 830« First«...102030...528529530531532...540550560...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az