04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Karate üzrə doqquzuncu şotokan dünya çempionatı keçirilib

İstanbulda karate üzrə doqquzuncu şotokan dünya çempionatı keçirilib.Azərtac xəbər verir ki, “şobu İppon”, “WKF kumite” və “sambom kumite” versiyaları üzrə keçirilən yarışda 31 ölkənin idmançıları iştirak ediblər.Məşqçilər Əli Rəcəbov və Orxan Şabanovun rəhbərliyi ilə ölkəmizi təmsil edən “Qaraqaplan” klubunun idmançıları Mədinə Kazımova (25 kq-dan yuxarı) və Yusif Cəfərov (30 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.Digər təmsilçimiz Orxan Musayev isə komanda kumite yarışlarında birinci olub.xeber100.com

Aprel 25, 2018 12:16

“La Vanguardia” nəşri yazır…

İspaniyanın "La Vanguardia" nəşrində "McLaren" komandasının ispan pilotu Fernando Alonsonun Azərbaycan Qran-Prisi haqqında fikirlərindən ibarət məqalə dərc edilib.Azərtac-ın məlumatına görə, yazıda qeyd olunur ki, dünya şöhrətli pilot komandasının bolidinin məhdudiyyətlərini etiraf edir və Azərbaycan Qran-Prisində xüsusi bir dəyişikliyin olacağını gözləmir.Fernando Alonso “Bakı Şəhər Halqası” haqqında da fikirlərini bildirib. Pilot deyib ki, bu, hazırda ən sürətli və uzun şəhər trasıdır, bolidə qarşı olduqca tələbkardır. O, həmçinin bütün pilotların Bakıdakı tras haqqında müsbət fikirdə olduqlarını qeyd edib.xeber100.com

Aprel 25, 2018 12:12

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində

Aprelin 25-də futbol üzrə UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin növbəti oyunu keçiriləcək.Azərtac xəbər verir ki, mərhələnin ikinci oyun günündə İspaniya təmsilçisi “Real Madrid” səfərdə Almaniyanın “Bavariya” klubunun qonağı olacaq. Son iki mövsümdə Çempionlar Liqasının qalibi olan “kral” klubu uğurunu daha bir rekordla bərkitmək istəyir. Bu komandalar avrokuboklarda indiyədək iyirmi dəfə üz-üzə gəliblər. Bu komandalar arasında son görüş 2017-ci ildə Çempionlar Liqasının dörddəbir final mərhələsində baş tutub. Həmən görüşdə ispanlar iki oyunun nəticəsinə əsasən, qalib tərəf olub - 6:3.“Bavariya”nın heyətində Arturo Vidal, Koman, Noyer zədələndikləri üçün matçı buraxacaqlar.xeber100.com

Aprel 25, 2018 12:08

İtaliya A Seriyasının 34-cü turunda

İtaliya A Seriyasının 34-cü turunda “Yuventus” və “Napoli” klublarının qarşılaşmasında zədələnən “Yuventus”un müdafiəçisi Corco Kyellini üçün mövsüm vaxtından əvvəl başa çata bilər.Azərtac xəbər verir ki, bu barədə klubdan verilən açıqlamada bildirilib. Müdafiəçinin “İnter” ilə oyunu buraxacağı artıq dəqiqləşib. Çox güman ki, mövsüm artıq C.Kyellini üçün yekunlaşıb.xeber100.com

Aprel 25, 2018 12:06

Güləş üzrə Avropa çempionatı keçiriləcək

Aprelin 30-dan mayın 6-dək Rusiyanın Kaspiysk şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı keçiriləcək.Azərtac xəbər verir ki, Olimpiya Güləş Mərkəzində hazırlığı davam etdirən yunan-Roma güləşi üzrə yığma komandanın mətbuat üçün açıq məşqi keçirilib.Məşqdən əvvəl Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Firdovsi Umudov, vitse-prezidentlər Elçin Cəfərov və Namiq Abdullayev, baş katib Orxan Məmmədovun iştirakı ilə Avropa çempionatına yollanacaq yığmamızın heyəti açıqlanıb.Yığmamız qitənin ən mötəbər turnirində tam heyətlə çıxış edəcək. Baş məşqçi Şaban Donatın rəhbərlik etdiyi məşqçilər korpusu Avropa çempionatında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Emin Muxtarov (67 kq), Rəsul Çunayev (72 kq), Elvin Mürsəliyev, (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abasov (87 kq), Orxan Nuriyev (97 kq) və Türmən Eyyubova (130 kq) şans verəcək.Qeyd edək ki, yunan-Roma güləşçilərinin mübarizəsi 3 gün davam edəcək. Ardınca qadın və sərbəst güləşçilər mübarizəyə qoşulacaq.xeber100.com

Aprel 25, 2018 11:46

Boksçular arasında Avropa birinciliyinin finalçıları müəyyənləşib

İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında Avropa birinciliyinin finalçıları müəyyənləşib. Azərbaycan millisinin yarımfinala yüksələn 2 boksçusu bu mərhələni də qələbə ilə başa vurub.Azərtac xəbər verir ki, Vaqif Şirinovun yetirmələrindən Nurlan Səfərov (60 kq) finala gedən yolda hollandiyalı Peer van Casla üz-üzə gəlib. Boksçumuz rəqibinə heç bir şans verməyib və 5:0 hesabı ilə qələbə qazanıb. O, həlledici qarşılaşmada ukraynalı Taras Bondarçukla qüvvəsini sınayacaq.Yığmamızın 69 kiloqram çəki dərəcəsindəki təmsilçisi Nicat Həsənov da adını finala yazdırıb. Həmyerlimiz yarımfinalda şotlandiyalı Samuel Hikkini mübarizədən kənarlaşdırıb. O, gərgin keçən döyüşdə 3:2 hesabı ilə qalib gəlib. N.Həsənov çempionluq uğrunda rusiyalı Cambulat Bijamovla qarşılaşacaq.Qeyd edək ki, final döyüşləri aprelin 25-də keçiriləcək.xeber100.com

Aprel 25, 2018 11:43

Beynəlxalq Aeroportun məlumatı əsasında…

2018 Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Bakı Heydər Əliyev Beynəlxalq Aeroportuna yüklərin gətirilməsinə başlanılıb.Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Azərtac-a bildirilib ki, yarış bolidləri, onlara xidmət üçün və yarışların təşkili üçün lazım olan avadanlıq da daxil olmaqla 780 tondan çox yük Şanxay, Sinqapur və Bəhreyndən səkkiz reyslə gətirilib. Daha bir reys bu həftə yerinə yetiriləcək.Yüklərin böyük hissəsi Azərbaycanın “Silk Way West Airlines” aviaşirkəti tərəfindən daşınıb.2018 Formula 1 Azərbaycan Qran Prisinin başlamasına kimi ümumilikdə 800 tondan çox yükün gətirilməsi planlaşdırılır.Qeyd edək ki, bolidlərin təkərləri daimi +20 dərəcə temperaturun saxlanıldığı xüsusi konteynerlərdə daşınır.Azərbaycan Qran-Prisi 2018-ci il aprelin 27-dən 29-dək keçiriləcək. Yarışlar qədim İçərişəhər, şəhərin müasir hissəsinin siluetləri və Xəzər dənizinin sahili mənzərəsi fonunda keçiriləcək.xeber100.com

Aprel 24, 2018 1:06

“Shamkir Chess 2018” də beşinci turun görüşləri keçirilib

Aprelin 23-də Şəmkirdə V Vüqar Həşimov Memorialında beşinci turun görüşləri keçirilib.Azərtac xəbər verir ki, bu turda norveçli dünya çempionu Maqnus Karlsen Polşa təmsilçisi Radoslav Voytaşekə, Bolqarıstan şahmatçısı Veselin Topalov isə çexiyalı David Navaraya qalib gəlib.Turun digər partiyalarında Şəhriyar Məmmədyarov hollandiyalı Aniş Giri ilə, Teymur Rəcəbov Çin idmançısı Dinq Lirenlə, Rauf Məmmədov isə rusiyalı Sergey Karyakinlə heç-heçə edib.Hesabında 3,5 xal olan V.Topalov liderliyini davam etdirir. M.Karlsen 3 xalla ikinci yerdə qərarlaşıb. T.Rəcəbov, R.Məmmədov, A.Giri, D.Liren, S.Karyakin 2,5 xalla 3-7-ci, Ş.Məmmədyarov, D.Navara və R.Voytaşek isə 2 xalla 8-10-cu pilləni bölüşürlər.xeber100.com

Aprel 24, 2018 1:01

UEFA Çempionlar Liqasında oyunlara start veriləcək

Aprelin 24-də futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin oyunlarına start veriləcək.Azərtac xəbər verir ki, mərhələnin ilk oyun günündə İtaliya təmsilçisi “Roma” səfərdə İngiltərənin “Liverpul” klubunun qonağı olacaq. Bu komandalar indiyədək cəmi beş dəfə üz-üzə gəliblər. Bu komandalar arasında son görüş 2002-ci ildə baş tutub. Qarşılaşmada “Liverpul” öz meydanında 2:0 hesabı ilə qələbə qazandığı halda, səfərdə heç-heçə (0:0) edən ingilislər növbəti mərhələyə vəsiqə qazanmışdılar.“Liverpul”un heyətində J.Matip, Emre Can, Adam Lallana, N.Klayn zədələndikləri üçün matçı buraxacaqlar.Mərhələnin digər qarşılaşması aprelin 25-də keçiriləcək “Allianz Arena”da baş tutacaq oyunda “Bavariya” doğma meydanda “Real Madrid” klubunu qəbul edəcək.Hər iki görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.xeber100.com

Aprel 24, 2018 12:50

Futbolçulardan ibarət yığma komandamız ilk oyununu keçirib

Antalyada keçirilən beynəlxalq turnirdə iştirak edən 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığma komandamız ilk oyununu keçirib.Azərtac xəbər verir ki, Azər Məmmədovun rəhbərlik etdiyi komanda Türkiyənin 2004-cü il təvəllüdlü futbolçulardan ibarət yığması ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. Komandamızın qoluna Mehrac Baxşəliyev imza atıb.Aprelin 25-də keçiriləcək növbəti oyunda millimiz Gürcüstanın 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığma komandası ilə qarşılaşacaq.xeber100.com

Aprel 24, 2018 12:47
    Page 531 of 830« First«...102030...529530531532533...540550560...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az