04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Anlaşma memorandumu imzalanıb

Aprelin 19-da Bakıda Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) və İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) arasında anlaşma memorandumu imzalanıb. Mərasim İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin Gənclər və İdman Nazirləri Konfransının 4-cü sessiyası çərçivəsində keçirilib.Azərtac xəbər verir ki, memorandumu MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və İHİF-in baş katibi Məhəmməd Əl-Qarnas imzalayıblar.Memorandumun məqsədi İHİF-ə üzv ölkələrin idmançıları arasında İslam həmrəyliyini möhkəmləndirmək, ən yüksək idman dəyərləri və prinsiplərini qoruyub saxlamaq, İslam ölkələrində idman və Olimpiya hərəkatını təbliğ etmək və İHİF üzv ölkələrinin gəncləri arasında birlik və qardaşlığı təbliğ etməkdir.Əməkdaşlığı inkişaf etdirmək üçün Azərbaycan bu ilin iyulunda ikinci Beynəlxalq həmrəylik tennis çempionatına ev sahibliyi edəcək.Memorandum “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının irsi kimi dəyərləndirilib.xeber100.com

Aprel 19, 2018 2:24

İspaniya Qran Prisi cədvəl üzrə keçiriləcək

Mövsümün əvvəlində “Liberty Media”da bütün yürüş həftəsonlarının cədvəli dərc edilib.Azərtac xəbər verir ki, ötən illərlə müqayisədə bir neçə dəyişiklik baş verib: indi bütün yürüşlər saatın başlanmasından 10 dəqiqə sonra start götürür. Gözlənildiyinə görə, teleşirkətlər bu əlavə vaxt ərzində starta marağı qızışdıracaqlar.Bundan əlavə, Avropa mərhələlərinin cədvəli dəyişib. İndi Avropa traslarında bütün sessiyalar 2017-ci illə müqayisədə bir saat gec başlayacaq. Dəstək yürüşlərinin sessiyalarının vaxtı da bir saat geri çəkilib.Bir ay keçməmiş, mayın 11-13-də Barselonada Formula 1 İspaniya Qran Prisi keçiriləcək və bu yürüş yeni cədvəllə işləyən birinci Avropa mərhələsi olacaq.xeber100.com

Aprel 19, 2018 2:20

“ShamkirChess-2018” superturnirinin açılış mərasimi keçiriləcək

Aprelin 18-də məşhur şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess-2018” superturnirinin açılış mərasimi keçiriləcək.Azərtac xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov tədbirdə iştirak etmək üçün Şəmkirə gələcək.Qeyd edək ki, superturnirin təntənəli açılış mərasimi Şəmkirdəki Heydər Əliyev Mərkəzində olacaq. Tədbir saat 18:30-da başlayacaq.xeber100.com

Aprel 18, 2018 12:35

İspaniya Çempionatının 33-cü turunda

İspaniya Çempionatının 33-cü turu start götürüb. “Selta” komandası turnirın lideri “Barselona”nı qonaq edib.Azərtac xəbər verir ki, hesabı qonaqlar açıb 36-cı dəqiqədə O.Dembele fərqlənib - 0:1. Birinci hissənin əlavə olunmuş dəqiqədə meydan sahibləri hesabı bərabərləşdirməyə nayil olublar Conni adını tabloya yazdırıb - 1:1. Fasilədən sonra üstünlüyü əla alan qonaqlar hesabda yenə də irəli çıxıb Alkaser fərqlənib - 1:2.Qoldan beş dəqiqə sonra hakim "kataloniya"nın heyətində Sexio Robertoya qırmızı vərəqə göstərək meydandan kənarlaşdırıb.Hesabla razı olmayan meydan sahibləri 82-ci dəqiqədə Yaqin Aspasın sahəsində hesabı bərabərləşdiriblər - 2:2. Qalan dəqiqələrdə qarşılıqlı hücumlar şəraitində keçsə də, hesab dəyişilməyib. Beləliklə, görüş 2:2 hesabı ilə başa çatıb.Bu görüşdən sonra “Barselona” 83 xalla birinci pillədəki mövqeyini qoruyub. “Selta” isə 44 xalla doqquzuncu pillədədir.Digər oyunlarda isə "Deportivo"-"Sevilya" oyununda hesab açılmayıb, "Villyareal" isə "Leganes" klubunu 2:1 hesabı ilə məğlub edib.xeber100.com

Aprel 18, 2018 12:19

Cüdoçular arasında IBSA dünya kuboku yarışları keçiriləcək

Aprelin 19-dan 25-dək Antalyada paralimpiyaçı cüdoçular arasında IBSA dünya kuboku yarışları keçiriləcək.Azərtac xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası və “Neftçi” idman klubunun dəstəyi ilə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin cüdo üzrə millisi yarışda iştirak edəcək.Millimiz aprelin 18-də dünya kuboku yarışlarında iştirak etmək üçün Antalyaya yola düşüb.xeber100.com

Aprel 18, 2018 12:00

Futbol üzrə yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək

Aprelin 18-də futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.Azərtac xəbər verir ki, günün ilk qarşılaşmasında “Sumqayıt” doğma meydanda “Keşlə”ni qəbul edəcək. İlk oyunda 1:0 hesabı ilə qalib gələn “Keşlə” cavab oyununda üstünlüyünü qoruyub saxlamağa çalışacaq.Günün digər matçında isə “Qəbələ” səfərdə “Neftçi” ilə üz-üzə gələcək. Qəbələdə keçirilən oyunda 2:1 hesabı ilə qalib gələn “ağ-qaralar”a finala adlamaları üçün doğma meydanda heç-heçə də kifayət edir.xeber100.com

Aprel 18, 2018 11:53

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin məlumatı

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən “Sərhədçi” İdman Olimpiya Mərkəzində çerlidinq üzrə paytaxt birinciliyi keçirilib.BŞGİBİ-dən Azərtac-a bildiriblər ki, uşaqlar və yeniyetmələr arasında keçirilən yarış çir fristayl, çir caz, çir hip hop stillərində olub.Yarışın qalibləri hər intizam və yaş qruplarında idmançıların yığdığı balla müəyyənləşib.İlk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom, medal və hədiyyələrlə təltif olunublar.xeber100.com

Aprel 17, 2018 12:44

Şahmatçılar arasında Avropa çempionatı davam edir

Slovakiyanın Vısokiye Tatrı şəhərində qadın şahmatçılar arasında Avropa çempionatı davam edir. Yeddinci turda rusiyalı Valentina Qunina öz həmvətəni Mariya Muzıçuka qalib gəlib. Onun aktivində 6 xal var. Altı şahmatçı liderdən yarım xal geridə qalır. Beş xal toplayan şahmatçılar, o cümlədən azərbaycanlı Günay Məmmədzadə 8-17-ci yerləri bölüşürlər. Azərbaycanın iki təmsilçisi – Ülviyyə Fətəliyeva və Xanım Balacayevanın aktivində 4 xal var. Gülnar Məmmədova və Türkan Məmmədyarova hərəyə 3,5 xal, Zeynəb Məmmədyarova isə 3 xal toplayıb.Azərtac xəbər verir ki, bu gün yarışların 8-ci turunda Azərbaycan şahmatçıları ağ fiqurlarla Rusiyadan olan rəqibləri ilə qarşılaşacaqlar. Günay Məmmədzadə-Aleksandra Qoryaçkina, Ülviyyə Fətəliyeva-Aleksandra Moltsevskaya, Xanım Balacayeva-Yelizaveta Solojenkina mübarizə aparacaqlar.Slovakiya yarışları İsveçrə sistemi üzrə 11 turda keçirilir.Avropa birinciliyində əsas mükafatlardan əlavə, qadınlar arasında nokaut sistemi üzrə dünya çempionatına 14 vəsiqə uğrunda mübarizə də aparılacaq. Turnirin qalibi aprelin 19-da bəlli olacaq.xeber100.com

Aprel 17, 2018 12:41

Azərbaycan Premyer Liqasının XXIV turu çərçivəsində

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXIV turu çərçivəsində keçiriləcək oyunların vaxtları müəyyənləşib.Azərtac xəbər verir ki, iki günü əhatə edəcək tura aprelin 21-də start veriləcək. İlk oyun günündə “Zirə” səfərdə “Keşlə”nin qonağı olacaq. Günün digər qarşılaşmasında isə “Sumqayıt” və “Qarabağ” klubları üz-üzə gələcəklər.Turun ikinci gününün ilk qarşılaşmasında “Səbail” doğma meydanda “Kəpəz” klubunu qəbul edəcək. Turun sonuncu matçında isə “Neftçi” və “Qəbələ” klubları qarşılaşacaqlar.Qeyd edək ki, hazırda turnir cədvəlinə 56 xalla “Qarabağ” komandası başçılıq edir. “Qəbələ” 42 xalla ikinci, “Sumqayıt” 39 xalla üçüncü, “Zirə” 35 xalla dördüncü, “Neftçi” 34 xalla beşinci yeri tutur. Sonrakı yerlərdə “Səbail” (19 xal), “Keşlə” (18 xal) və “Kəpəz” (12 xal) qərarlaşıb.xeber100.com

Aprel 17, 2018 12:40

Futbol üzrə daha bir yoldaşlıq oyunu keçiriləcək

Futbol üzrə Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi müəyyənləşib.Azərtac xəbər verir ki, AFFA ilə Qazaxıstan Futbol Federasiyası arasında əldə olunmuş razılığa əsasən, iyunun 5-də Astanada Qazaxıstan və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.Bu razılaşma çərçivəsində milli komandaların oyunundan 1 gün əvvəl – iyunun 4-də Astanada Qazaxıstan və Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmaları yoldaşlıq oyununda üz-üzə gələcəklər.U-21-lərin oyunu Bakı vaxtı ilə saat 13:00-da, milli komandaların qarşılaşması isə saat 18:00-da başlayacaq.xeber100.com

Aprel 17, 2018 12:37
    Page 534 of 830« First«...102030...532533534535536...540550560...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az