04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Futbol üzrə yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək

Aprelin 12-də futbol üzrə Azərbaycan kuboku yarışlarının yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.Azərtac xəbər verir ki, günün ilk qarşılaşması “İnter Arena”da keçiriləcək və “Keşlə” komandası “Sumqayıt” klubunu qəbul edəcək. Baş hakim Rəhim Həsənovun idarə etdiyi oyun saat 16:00-da başlayacaq.Növbəti matç Qəbələ şəhər stadionunda “Qəbələ” və “Neftçi” arasında oynanılacaq. Oyunu İnqilab Məmmədov idarə edəcək. Qarşılaşmanın start fiti saat 19:00-da səslənəcək.Qeyd edək ki, cavab oyunları aprelin 18-də keçiriləcək.xeber100.com

Aprel 12, 2018 2:11

UEFA-nın təşkilatçılığı ilə seminar başlayıb

Aprelin 12-də Bakı Olimpiya Stadionunda UEFA-nın və AFFA-nın təşkilatçılığı ilə stüard təlimçilərinin hazırlanması məqsədilə seminar başlayıb.Azərtac xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, futbol üzrə Azərbaycan Premyer Liqasında iştirak edən klubların, Bakı Olimpiya Stadionunun və AFFA-nın əməkdaşları iştirak edirlər.2019-cu ildə Bakıda keçiriləcək UEFA Avropa Liqası turnirinin final oyununa və “Avro-2020”nin paytaxtımızda təşkil olunacaq 4 qarşılaşmasına hazırlıq çərçivəsində təşkil olunmuş təlimin əsas məqsədi təhlükəsizlik, mühafizə və xidməti özündə birləşdirən müasir stüard sisteminin formalaşdırılması üçün təcrübəli təlimçilərin hazırlanmasıdır.Seminar aprelin 16-da başa çatacaq. Analoji tədbirlər 2020-ci ilə qədər bir neçə dəfə təşkil olunacaq.xeber100.com  

Aprel 12, 2018 2:05

Futbol üzrə növbəti reytinq cədvəli açıqlanıb

FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.Azərtac xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandası 1 pillə irəliləyərək 245 xalla 126-cı pillədə qərarlaşıb.UEFA Millətlər Liqasında Azərbaycanla eyni qrupda yer alan Farer adaları 94-cü (364 xal), Kosovo 152-ci (164 xal) və Malta isə 185-ci (62 xal) pillədə yer alıb.Reytinq cədvəlinə 1533 xalla Almaniya millisi başçılıq edir. Braziliya 1384 xalla ikinci, Belçika isə 1346 xalla üçüncü pillədə qərarlaşıb.xeber100.com

Aprel 12, 2018 1:59

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti müsabiqə keçirir

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) Formula 1 Azərbaycan Qran-Prisinə bileti olan tamaşaçılar arasında dünya ulduzları ilə şəxsən görüşmək imkanı verən müsabiqə keçirir.Azərtac xəbər verir ki, müsabiqənin qalibləri aprelin 27-də “Jamiroquai” qrupunun solisti Jay Kay, bir gün sonra isə Kristina Aqilera ilə üz-üzə görüşərək səmimi söhbət edə biləcəklər. Hər ulduz üçün 3 şanslı qalibin seçiləcəyi müsabiqədə yalnız həmin günlərə bileti olan tamaşaçılar iştirak edə bilərlər. Müsabiqəyə qatılmaq istəyən hər bir tamaşaçı sevdiyi dünya ulduzu ilə niyə məhz özünün görüşməli olduğunu şəkil və ya qısa video vasitəsilə izah edərək bu məlumatı “Instagram” və ya “Twitter”də həmin ulduza dair haştaqla paylaşmalı və @bakucitycircuit hesabını bu paylaşımda işarələməlidir.xeber100.com

Aprel 12, 2018 1:32

Beynəlxalq Futbol Federasiyası xüsusi komissiya yaradıb

Beynəlxalq Futbol Federasiyası (FIFA) klublar arasında icarə müqavilələrinin qadağan edilməsini nəzərdən keçirir.Azərtac xəbər verir ki, transfer sisteminin islahatını müzakirə etmək üçün xüsusi komissiya yaradılıb. Komissiyaya Beynəlxalq Oyunçuların Həmkarlar İttifaqı, Avropa Klubları Assosiasiyası, FIFA, həmçinin keçmiş oyunçular Cafu, Zvonimir Boban, Edvin van der Sar və Marko van Basten daxildir.İcarə gənc futbolçulara klublarda inkişafına kömək edəcək bir vasitə kimi qəbul olunsa da, lakin FIFA hesab edir ki, hazırda klublar transfer sistemini şəxsi maraqları üçün istifadə edirlər.Cari mövsümdə “Yuventus” 41, “Udineze” 27, “Çelsi” 22 və “Mançester Siti” 18 oyunçu icarəyə verib.xeber100.com

Aprel 11, 2018 2:04

UEFA Çempionlar Liqası iki cavab qarşılaşması keçirib

Aprelin 10-da UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində daha iki cavab qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, turun sensasiyası Romada qeydə alınıb. Səfərdə “Barselona”ya 1:4 hesabı ilə məğlub olan “Roma” öz meydanında bu məğlubiyyətin əvəzini çıxıb. Di Françeskonun yetirmələri turnirin favoritlərindən hesab edilən “Barselona”nın qapısında 3 cavabsız top keçirərək adlarını yarımfinala yazdırıblar.Günün digər matçında isə “Mançester Siti” ilə “Liverpul” üz-üzə gəlib. Öz meydanında rəqibinə 3:0 hesabı ilə qalib gələn mersisaydlılar cavab qarşılaşmasında da “Mançester Siti”yə heç bir şans verməyiblər. Yürgen Klopun yetirmələri bu dəfə 2:1 hesablı qələbəyə seviniblər.Beləliklə, “Liverpul” və “Roma” klubları yarımfinala adlayıblar.xeber100.com

Aprel 11, 2018 1:56

“Real” klubu İtaliyanın “Yuventus” kollektivini qəbul edəcək

Bu gün UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsində növbəti cavab oyunları keçiriləcək.Azərtac xəbər verir ki, İspaniyanın “Real” (Madrid) klubu doğma meydanda İtaliyanın “Yuventus” kollektivini qəbul edəcək. Bu komandalar arasında ötən həftə Turində oynanılan ilk görüş 3:0 hesabı ilə “Kral klubu”nun xeyrinə başa çatıb.Digər oyunda isə İspaniyanın digər təmsilçisi “Sevilya” səfərdə “Bavariya”nın qonağı olacaq. İlk görüş Münxen təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.Hər iki matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.xeber100.com

Aprel 11, 2018 1:53

Sambo üzrə Avropa birinciliyi keçiriləcək

Aprelin 12-dən 16-dək Çexiyanın paytaxtı Praqada yeniyetmələr və gənclər arasında sambo üzrə Avropa birinciliyi keçiriləcək.Azərtac xəbər verir ki, yeniyetmələrin yarışında ölkəmizi Nurlan İsmayılov (48 kq), Mehman Mehdizadə (52 kq), Vilayət Bayramov (60 kq), Abdulla Abdullayev (70 kq), Vüqar Ağcayev (75 kq) və Ramil Abbasov (81 kq) təmsil edəcəklər.Gənclərin mübarizəsində isə Eyvaz Baxşıyev (57 kq) və Bahadur Əsgərov (68 kq) birincilik uğrunda mübarizə aparacaqlar.Millimiz turnirdə baş məşqçi Yaqub Abdullayevin rəhbərliyi altında yarışacaq.xeber100.com

Aprel 11, 2018 1:49

UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsində

Aprelin 10-da UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin cavab oyunları keçiriləcək.Azərtac xəbər verir ki, İspaniyanın “Barselona” komandası doğma meydanda İtaliyanin “Roma” klubunu qəbul edəcək. Bu komandalar arasında Romada oynanılan ilk görüş 4:1 hesabı ilə qonaqların xeyrinə başa çatmışdı.Digər oyunda isə ingilis klubu “Liverpul” səfərdə “Mançester Siti”nin qonağı olacaq.Hər iki görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.xeber100.com

Aprel 10, 2018 2:10

Klassik şahmat üzrə Avropa çempionatına start verilib

Slovakiyanın Vısokiye Tatrı şəhərində qadınlar arasında klassik şahmat üzrə Avropa çempionatına start verilib.Azərtac xəbər verir ki, yarışlar İsveçrə sistemi üzrə 11 turda keçirilir. XIX turnirin oyun günləri 8-14, 16-19 aprel tarixləridir.Turnirdə dünyanın 30 ölkəsindən 144 şahmatçı qadın iştirak edir. Onlardan 129-u FIDE-nin beynəlxalq titullarının sahibi, 77-si isə qrossmeysterdir. Azərbaycanı bu yarışmada 6 qadın şahmatçımız – Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva, Zeynəb və Türkan Məmmədyarovalar təmsil edir.Avropa çempionatının iki turundan sonra beynəlxalq dərəcəli usta Günay Məmmədzadə də daxil olmaqla, 13 şahmatçı hərəyə 2 xalla irəlidədirlər. Gülnar Məmmədova 1,5 xal, Ülviyyə Fətəliyeva, Zeynəb və Türkan Məmmədyarova bacıları isə hərəyə 1 xal toplayıblar. Xanım Balacayevanın aktivində yarım xal var.Avropa birinciliyində əsas mükafatlardan əlavə, qadınlar arasında nokaut sistemi üzrə dünya çempionatına 14 vəsiqə uğrunda mübarizə də aparılacaq. Turnirin qalibi aprelin 19-da bəlli olacaq.xeber100.com

Aprel 10, 2018 2:07
    Page 537 of 830« First«...102030...535536537538539...550560570...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az