Güləşçilərin Avropa çempionatı keçiriləcək

Aprelin 23-29-da Kiyevdə yeniyetmə güləşçilərin Avropa çempionatı keçiriləcək.Azərtac xəbər verir ki, çempionata yüksək səviyyədə hazırlıq keçmək məqsədilə yeniyetmələrdən ibarət sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalarımızın üzvləri Xaçmaz Olimpiya İdman Kompleksində toplanışdadır. Martın 11-dən 24-dək keçirilən təlim-məşq toplanışında, ümumilikdə 42 idmançı iştirak edir.Yeniyetmə, gənc və böyüklərdən ibarət qadın güləşi üzrə yığma komandalarımızın üzvləri isə təlim-məşq toplanışlarını Astara Olimpiya İdman Kompleksində davam etdirirlər. Toplanışda yığma komandamızın 17 üzvü ilə yanaşı, Özbəkistan millisinin 9 güləşçisi də iştirak edir. Martın 12-dən başlayan təlim-məşq toplanışı ayın 25-dək davam edəcək.Qeyd edək ki, bu ilin oktyabrında Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək yeniyetmələrin 3-cü Olimpiya Oyunlarına lisenziyalar da Avropa çempionatında qazanılacaq. Belə ki, yunan-Roma güləşi üzrə 45, 51, 60, 71, 92, sərbəst güləş üzrə 48, 55, 65, 80, 110, qadın güləşi üzrə isə 43, 49, 57, 65 və 73 kiloqram çəki dərəcələrində çempion olacaq güləşçilər Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanacaqlar. Reqlamentə əsasən isə, qazanılmış lisenziyaların sayından asılı olmayaraq, hər bir ölkə hər bir güləş növü üzrə maksimum 2 idmançı ilə təmsil oluna bilər.xeber100.com

Mart 15, 2018 12:55

Cüdo Federasiyasının iclası keçirilib

Martın 15-də Bakı Olimpiya Stadionunda Azərbaycan Cüdo Federasiyasının (ACF) konfransı və İcraiyyə Komitəsinin iclası keçirilib.Azərtac xəbər verir ki, tədbirdə iştirak edən ACF-in prezidenti Rövnəq Abdullayev ölkədə idmanın bütün növlərində inkişafın pik nöqtəyə çatdığını bildirib. O, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarındakı nailiyyəti buna bariz nümunə göstərib.Mandat Komissiyasının tərkibi müəyyənləşdikdən sonra konfransda yetərsay elan olunub.ACF-in baş katibi Elmar Babanlı bildirib ki, 2015-ci il sentyabrın 10-da keçirilmiş konfransdan sonra cüdonun inkişafında yeni mərhələ başlayıb. Onun sözlərinə görə, yeniyetmə, gənc, böyüklər və paralimpiya komandaları yüksək nailiyyətlər göstərib. O, medalların illər üzrə artdığını (2015-ci ilin son 3 ayında 25, 2016-cı ildə 140, 2017-ci ildə 191 medal), “Rio-2016”da 2 gümüş medal, paracüdoçuların isə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazandıqlarını söyləyib.Baş katib cüdoçularımız “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında, Avropa və dünya çempionatlarında da tarixi nailiyyətlərə imza atdıqlarını vurğulayıb. O, ACF prezidentinin Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinə üzv seçildiyini və 2018-ci il dünya çempionatının Bakıya həvalə olunduğunu xatırladıb. E.Babanlı respublika üzrə seleksiya xarakterli yarışlara 2000-dək cüdoçunun qatıldığını və kütləviliyin yüksəldiyini diqqətə çatdırıb.Sonra maliyyə hesabatı dinlənilib.Hesabatlar səsverməyə qoyularaq qəbul edilib.Daha sonra Azər Əsgərov ACF İcraiyyə Komitəsinə, DİN İC, MOİK, “Sərhədçi”, FHN, “Judo Club”, “Qəbələ”, “Turan”, 1 nömrəli RİOEUGİM ACF üzlüyünə qəbul olunub.Sonda çıxış edən R.Abdullayev əldə olunan uğurlara görə federasiya üzvlərinə minnətdarlığını bildirib. O, qarşıda ACF-i vacib yarışların gözlədiyini deyib: "Bakıdakı dünya çempionatı pik yarışımız olacaq. Biz bu yarışa saatbasaat yaxşı hazırlaşmalıyıq. Cüdoictimaiyyətini prosesə cəlb etməli, ilk dəfə Bakıda keçiriləcək mundialda yüksək nəticə göstərməliyik. Bu, bizim vicdan borcumuz olmalıdır”.xeber100.com

Mart 15, 2018 12:06