Beynəlxalq sosial proqramının püşkatma mərasimi olub

Moskvada “Dostluq üçün futbol” uşaqlar arasında beynəlxalq sosial proqramının altıncı mövsümünün püşkatma mərasimi olub.Azərtac xəbər verir ki, proqramın məqsədi gənc nəsil arasında dostluq, bərabərlik, sülh və digər xalqların mədəniyyətlərinə hörmət dəyərlərinin inkişaf etdirilməsidir.Bu il təşkil olunacaq proqram 211 ölkə və regionu əhatə edir. Tədbirin final mövsümü iyunun 8-15-də Moskvada keçiriləcək.Püşkatma zamanı futbol üzrə 32 beynəlxalq dostluq yığması, eləcə də hər ölkədən gənc futbolçu üçün oyun ampluası (qapıçı, müdafiəçi, yarımmüdafiəçi və ya hücumçu) təyin edilib. Yığmalar “Dostluq üçün futbol”un prinsipi əsasında təşkil edilib. Yəni, hər bir komandanın heyətində müxtəlif xalqların qadın və kişi təmsilçiləri, fiziki imkanlara sahib idmançılar mübarizə aparacaqlar. Oyunçuların yaş həddi 12-dir. Məşqçi vəzifələri isə müxtəlif ölkələrdən 14-16 yaşlı futbolçulara həvalə olunub. Mərasimi dünyanın 5 mindən çox KİV-i, eləcə də 211 ölkə və regiondan olan 12 yaşlı gənc jurnalistlərdən ibarət “Dostluq üçün futbol” Uşaq Mətbuat Mərkəzi işıqlandıracaq. Bütün dünya üzrə öz ölkələrində sülh, dostluq və bərabərliyi təmsil edən gənc səfirlərin milli seçimləri başlayıb.“Dostluq üçün futbol” proqramının əsas hissəsi ekoloji missiyaya həsr olunub. Belə ki, 2018-ci ildə dostluq üçün beynəlxalq futbol yığması planetin ən nadir və nəsli kəsilməkdə olan heyvanlarının şərəfinə adlandırılıb.Proqramı FIFA, UEFA, Beynəlxalq Olimpiya Komitəsi, müxtəlif ölkələrin futbol federasiyaları, beynəlxalq uşaq xeyriyyəçilik fondları, məşhur futbolçular və dünyanın aparıcı futbol klubları dəstəkləyirlər.Püşkatmanın nəticələrinə əsasən, Azərbaycan nümayəndəsi turnirdə qapıçı kimi çıxış edəcək. Onunla komanda yoldaşları Kosta-Rika, Qırğızıstan, Sent-Lüsiya və Laosdan olan futbolçular olacaq. Ölkəmizi təmsil edəcək gənc futbolçunun adı hələ müəyyənləşməyib.xeber100.com

Mart 12, 2018 2:27