05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Neftçi” klubu Antalyadakı təlim-məşq toplanışı çərçivəsində

Bakının “Neftçi” klubu Antalyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununa çıxacaq. Komanda “Srvena Zvezda” (Serbiya) ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. “Neftçi” bundan əvvəlki yoxlama matçlarında Macarıstanın “Vaşaş” (1:1) və Polşanın “Medz Leqnisa” (1:2) klubları ilə qarşılaşıb. Komanda yanvarın 2-də Vətənə qayıdacaq.xeber100.com

Yanvar 19, 2023 3:04

Azərbaycan Basketbol Federasiyasının məlumatına görə…

Azərbaycan Basketbol Federasiyasının (ABF) dəstəyi ilə məşqçilərimiz Litvada seminarda iştirak edirlər. Federasiya xəbər verir ki, U-18 oğlanlardan ibarət komandanın və NTD klubunun baş və köməkçi məşqçiləri Tahir Baxşıyev, Polad Həsənov, U-20 oğlanlardan ibarət millinin və “Sərhədçi” klubun baş məşqçisi Anar Sarıyev səfərin ilk günündə Vilnüsdə yerləşən NBA basketbol məktəbində olublar. Onlar həmin məktəbdə litvalı mütəxəssislər tərəfindən keçirilmiş seminarda iştirak edərək, daha sonra Azərbaycan basketbolunun gələcək ümidi sayılan Hüseyn Qaflanovun təlim-məşq prosesini izləyiblər. Sonra Kaunasa gedən məşqçilər yerli “Jalgiris” klubunun bütün yaş qruplarının təlim-məşq prosesini izləyib, peşəkar mütəxəssislərin məşqçilik seminarlarında iştirak ediblər. Qeyd edək ki, azərbaycanlı məşqçilərin Litvada keçirilən seminarı yanvarın 21-dək davam edəcək.xeber100.com

Yanvar 19, 2023 3:02

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının açıqlaması

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası Afrikada 2022-ci ilin rəmzi komandasını açıqlayıb. Federasiyanın saytı  xəbər verir ki, rəmzi komanda 4-3-3 sisteminə uyğun olaraq aşağıdakı kimi tərtib olunub: Qapıçı - Yassin Bunu (Mərakeş), Müdafiəçilər - Əşrəf Hakimi, Romain Saiss (hər ikisi Mərakeş), Xalidu Kulibali (Seneqal), Ali Malul (Tunis), Yarımmüdafiəçilər - Sofyan Amrabat, Azzedin Unahi (hər ikisi Mərakeş), Məhəmməd Kudus (Qana), Hücumçular - Məhəmməd Salah (Misir), Vensan Abubakar (Kamerun), Sadio Mane (Seneqal).xeber100.com

Yanvar 17, 2023 2:16

“Qarabağ” klubu UEFA Konfrans Liqasının pley-off mərhələsində

Ağdamın “Qarabağ” klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi Belçikanın “Gent” komandası heyətinə yeni futbolçu cəlb edib. Klubun rəsmi saytı xəbər verir ki, 23 yaşlı müdafiəçi Kamil Pyatkovski Avstriya təmsilçisi “Zalsburq”dan icarəyə götürülüb. 2021-ci ildən Polşa millisinə çağırılan mərkəz müdafiəçisi mövsümün sonunadək icarə əsasında “Gent”in formasını geyinəcək. Qeyd edək ki, “Qarabağ”la “Gent” komandaları fevralın 16-da və 23-də qarşılaşacaqlar. İlk oyun Bakıda, cavab matçı isə Gentdə baş tutacaq.xeber100.com

Yanvar 17, 2023 2:13

“Zirə” futbol klubu bu gün növbəti yoxlama oyununu keçirib

Antalyada təlim-məşq toplanışını davam etdirən Bakının “Zirə” klubu bu gün növbəti yoxlama oyununu keçirib. Paytaxt təmsilçisi Macarıstanın İkinci Liqasında mübarizə aparan “Szeged-Csanad” kollektivi ilə qarşılaşıb. Oyun rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Zirə”nin matçda yeganə qolunu 34-cü dəqiqədə Toni Qomes vurub. Baş məşqçi Rəşad Sadıqovun komandası bu gün daha 1 yoxlama oyununa çıxacaq. Komandanın ikinci matçda rəqibi Serbiya Super Liqa təmsilçisi “Radniçki" olacaq. Oyun saat 16:30-da start götürəcək. Qeyd edək ki, “Zirə” Antalyadakı ilk yoxlama görüşündə Rumıniyanın “Çindia” komandasına qalib gəlib - 3:2.xeber100.com

Yanvar 17, 2023 2:11

Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakimə təyinat göndərib

Avropa Voleybol Konfederasiyası (CEV) azərbaycanlı hakimə təyinat göndərib. Azərbaycan Voleybol Federasiyası xəbər verir ki, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov yanvarın 18-də Türkiyənin İstanbul şəhərində keçiriləcək qadın voleybolçular arasında Çempionlar Liqasının D qrupunun matçını idarə edəcək. E.Zülfüqarov “Burhan Felek” voleybol salonunda baş tutacaq “Fənərbağça Opet” (Türkiyə) - “Allianz MTV Ştutqart” (Almaniya) klublarının qarşılaşmasında baş hakim olacaq. Oyunda ikinci hakim funksiyasını rumıniyalı Pol Katalin Şabo-Aleksi yerinə yetirəcək.xeber100.com

Yanvar 16, 2023 2:20

Avropa Futbol Assosiasiyaları İttifaqının İcraiyyə Komitəsinin iclası keçiriləcək

Yanvarın 25-də Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İcraiyyə Komitəsinin iclası keçiriləcək. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. Komitənin iclasının gündəliyi gələn həftə açıqlanacaq. Gündəlikdə Rusiya futbol komandalarının Avropa turnirlərinə qayıtması məsələsi ilə bağlı işçi qrupunun yaradılmasının müzakirə olunacağı da gözlənilir. Qeyd edək ki, 2022-ci il fevralın 28-də UEFA və Beynəlxalq Futbol Federasiyası (FIFA) Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya klublarının və milli komandalarının beynəlxalq yarışlarda iştirakını dayandırıb.xeber100.com

Yanvar 16, 2023 2:16

Beynəlxalq Futbol Federasiyası müvəqqəti transfer qadağası qoyub

Beynəlxalq Futbol Federasiyası (FIFA) Türkiyənin "Qalatasaray" klubuna müvəqqəti transfer qadağası qoyub. Türkiyə KİV-ləri xəbər verir ki, buna səbəb İstanbul təmsilçisinin yarımmüdafiəçi Lukas Torreyranın transferi zamanı onun menecerinə ödəniş etməməsidir. Bundan sonra ali futbol qurumuna müraciət edən menecer istəyinə çatıb. Yarımmüdafiəçi 18 min 500 dollarlıq ödənişi etdikdən sonra qadağa aradan qalxacaq. Qeyd edək ki, Lukas Torreyra cari mövsümün əvvəlindən "Qalatasaray"da çıxış edir.xeber100.com

Yanvar 15, 2023 1:25

Yanvarın 17-22-də boksçular arasında Millətlər kuboku yarışı keçiriləcək

Yanvarın 17-22-də Serbiyanın Sombor şəhərində qız və qadın boksçular arasında Millətlər kuboku yarışı keçiriləcək. İlin ilk yarışında Azərbaycan millisi baş məşqçi Yadigar Məmmədov və İlkin Ağayevin rəhbərliyi altında 4 yaş kateqoriyasında mübarizə aparacaq. Azərbaycan Boks Federasiyası xəbər verir ki, 14 ölkənin qatılacağı turnirdə Səma Hüseynova (54 kq) məktəblilərin, Banuçiçək Nəsirli (46 kq) yeniyetmələrin, Aysu İsmayılova, Lalə Mədətova (hər ikisi 48 kq), Nərmin Əlizadə (50 kq), Aynur Mikayılova (52 kq) və Emili Rzayeva (66 kq) gənclərin yarışında güclərini sınayacaqlar. Böyüklərin mübarizəsində isə rinqə Günel Rəhimova (48 kq), Anaxanım İsmayılova (50 kq), Məhsəti Həmzəyeva (57 kq), Esmira Məmmədova (63 kq) və Şəhla Allahverdiyeva (66 kq) çıxacaqlar.xeber100.com  

Yanvar 15, 2023 1:22

Həndbolçulardan ibarət Böyük Britaniya millisi növbəti qələbəsini qazanıb

Kişi həndbolçulardan ibarət Böyük Britaniya millisi Bakıda növbəti qələbəsini qazanıb. Komanda 2026-cı ildə keçiriləcək Avropa çempionatının təsnifat turnirində Malta millisi ilə qarşılaşıb. Bakı İdman Sarayında təşkil olunan matçda Böyük Britaniya millisi rəqibini 44:14 hesabı ilə məğlub edib. Qeyd edək ki, britaniyalılar ilk oyunda Kipr seçməsi ilə heç-heçə ediblər - 25:25. İkinci turda komanda Azərbaycan millisini 39:22 hesabı ilə məğlub edib. Təsnifat turnirinə saat 15:00-da start götürəcək Azərbaycan–Kipr oyunu ilə yekun vurulacaq.xeber100.com

Yanvar 15, 2023 1:18
    Page 55 of 830« First«...102030...5354555657...607080...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az