08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Peşəkar Futbol Liqasının məlumatına görə…

“Neftçi”nin futbolçusu Ruslan Abışov yubiley qoluna imza atıb.Azərtac Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, müdafiəçi Azərbaycan Premyer Liqasının XIX turunun “Keşlə” ilə görüşündə komandasına 3:2 hesablı qələbə qazandıran topun müəllifi olub. Bu qol R.Abışovun Azərbaycan çempionatlarında 20-ci qoludur. O, özünün 226-cı matçında buna nail olub.R.Abışov bu qollardan yarısını “Neftçi”nin heyətində rəqib qapısından keçirib. “Ağ-qaralar”ın kapitanı yetirməsi olduğu komandada 142-ci çempionat matçında “10”a çatıb.Müdafiəçi “Neftçi”nin tarixində 33-cü futbolçudur ki, Azərbaycan çempionatında 10 və daha çox qol vurub.Qeyd edək ki, futbolçu cari mövsümdə 3-cü qoluna imza atıb.xeber100.com

Mart 12, 2018 2:22

Şahmat tacına iddiaçıların turnirinə start verilib

Berlində şahmat tacına iddiaçıların turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov da iştirak edir.Həmyerlimiz ilk turda Sergey Karyakinlə qarşılaşıb. O, rusiyalı şahmatçıya qarşı qara fiqurlarla oynayıb.Görüş Məmmədyarovun qalibiyyəti ilə nəticələnib.İlk turda Vladimir Kramnik və Fabiano Karuana da qələbə qazanıb. Turun nəticələri: Sergey Karyakin (Rusiya) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0:1 Vladimir Kramnik (Rusiya) - Aleksandr Qrişuk (Rusiya) - 1:0 Levon Aronyan (Ermənistan) - Dinq Liren (Çin) - 0,5:0,5 Fabiano Karuana (ABŞ) - Uesli So (ABŞ) - 1:0/xeber100.com

Mart 11, 2018 12:30

Futbol üzrə dünya çempionatının rəsmi himni təqdim edilib

Amerikalı müğənni Ceycon Derulo Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının rəsmi himnini təqdim edib. Apasport.az saytının məlumatına görə, kompozisiya “Colars” adlanır.Müğənni himni bu il təşkil olunacaq mundialın açılış mərasimində ifa edəcək.Dünya çempionatının açılışı iyunun 14-də Moskvanın “Lujniki” stadionunda olacaq. Ardınca Rusiya – Səudiyyə Ərəbistanı oyunu keçiriləcək.Qeyd edək ki, Rusiyanın 11 şəhərinin 12 arenasında baş tutacaq yarışın qalibi iyulun 15-də bilinəcək.xeber100.com

Mart 10, 2018 8:54

Həndbol Federasiyasının məlumatı

Həndbol üzrə Azərbaycan kuboku turnirinə yekun vurulub.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildiriblər ki, final qarşılaşmaları komandaların gərgin və maraqlı mübarizəsi ilə yadda qalıb. Qadın həndbolçuların həlledici görüşündə “Azərsu” və “Nur” kollektivləri üz-üzə gəliblər. Rəqibindən daha üstün oyun göstərən “Nur” 30:24 hesabı ilə qalib gələrək Azərbaycan kubokuna sahib çıxıb.Kişilərin final matçında isə “Məhsul” həndbolçularını 34:28 hesabı ilə məğlubiyyətə uğradan “Bakı” turnirin əsas mükafatına layiq görülüb.xeber100.com

Mart 9, 2018 12:44

“Atletiko” doğma meydanda Moskva “Lokomotiv”ni qəbul edib

Futbol üzrə Avropa Liqasının 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.Azərtac xəbər verir ki, mərhələnin ilk oyunları çərçivəsində 8 görüş baş tutub. Cari mövsümdə “Qarabağ”ın Çempionlar Liqasında rəqibi olmuş “Atletiko” doğma meydanda Moskva "Lokomotiv"ni qəbul edib.Mərkəzi qarşılaşma San Siro stadionunda keçirilib. “Milan” London “Arsenalı”nı qəbul edib, “Salzburg” isə “Borussiya Dortmund”un qonağı olub. “Lazio” “Dinamo” ilə, “Marsel” isə “Atletik Bilbao” ilə münasibətlərinə aydınlıq gətirib.Gün ərzində keçirilən qarşılaşmalar aşağıdakı kimi yekunlaşıb: “Milan” (İtaliya) – “Arsenal” (İngiltərə) - 0:2 “Atletiko” (İspaniya) – “Lokomotiv” (Rusiya) - 3:0 “Borussiya" D. (Almaniya) – “Zalsburq” (Avstriya) - 1:2 MOİK (Rusiya) – “Lion” (Fransa) - 0:1 "Latsio” (İtaliya) – “Dinamo” (Kiyev, Ukrayna) - 2:2 “Leyptsiq” (Almaniya) – “Zenit” (Rusiya) - 2:1 “Marsel” (Fransa) – “Atletik” (İspaniya) - 3:1 “Sportinq” (Portuqaliya) – “Viktoriya” (Plzen, Çexiya) - 2:0.xeber100.com

Mart 9, 2018 12:42

“Napoli” klubu yarımmüdafiəçisi ilə müqaviləni yeniləyib

İtaliyanın “Napoli” futbol klubu yarımmüdafiəçisi Allan ilə müqaviləni yeniləyib.Azərtac xəbər verir ki, braziliyalı futbolçu klubla 2023-cü ilin yayınadək müqavilə imzalayıb. Allanın hazırkı müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaqdı.Qeyd edək ki, Allan 2015-ci ildən “Napoli”nin heyətində çıxış edir.xeber100.com

Mart 9, 2018 12:38

PSJ futbol klubu kadr dəyişiklikləri edəcək

PSJ futbol klubu yayda ciddi kadr dəyişiklikləri edəcək.Azərtac “Le Parisien” qəzetinə istinadla xəbər verir ki, Paris təmsilçisi yayda futbolçulardan - Dani Alves, Leven Kurzava, Yuri Berçiçe, Adrien Rabo, Marko Verratti, Xavyer Pastore, Anhel Di Mariya və Edinson Kavani ilə yollarını ayıracaq.Heyətdən göndəriləcək futbolçuların çıxışı klub rəhbərliyini qane etmir. PSJ Neymar və Kiliana Mbappe ətrafında yeni komanda formalaşdırmağı düşünür.Qeyd edək ki, klubun baş məşqçisi Unai Emeri də istefaya göndəriləcək. Həmçinin idman direktoru Anteru Enrike klubdan kənarlaşdırılacaq.xeber100.com

Mart 9, 2018 12:34

UEFA “PSJ” və “Bazel” Çempionlar Liqasının 1/8 finalında

UEFA “PSJ” və “Bazel” azarkeşlərinin Çempionlar Liqasının 1/8 finalında müvafiq olaraq “Real” və “Mançester Siti” komandaları ilə matçlarda nümayiş etdirdikləri davranışa görə onlar barədə intizam işi açıb.Azərtac xəbər verir ki, Paris futbol klubunun fanatları pirotexnika və lazer fənərlərindən istifadə etməkdə ittiham olunur. Xatırladaq ki, “PSJ” azarkeşlərinin piroşousuna görə oyun iki dəqiqə dayandırılıb.“Bazel”ə gəldikdə isə UEFA bu komandanın “Mançester Siti”nin qonağı olarkən onların azarkeşlərinin də pirotexnikadan istifadə etdiyini bildirir.xeber100.com

Mart 9, 2018 12:32

Futbol üzrə Azərbaycan millisinin yoldaşlıq oyununda

Futbol üzrə Azərbaycan millisinin yoldaşlıq oyunundakı rəqibi Belarus yığmasının heyəti açıqlanıb.Azərtac xəbər verir ki, Belarus millisi martın 23-də Azərbaycan, dörd gün sonra isə Sloveniya ilə qarşılaşacaq.Belarus millisinin baş məşqçisi İqor Kriuşenko Azərbaycanla oyuna 23 futbolçu dəvət edib. Heyətdə qapıçılar – Andrey Qorbunov, Aleksandr Qutor, Pavel Pavlyuçenko, müdafiəçilər – Aleksandr Martınoviç, İqor Şitov, Denis Polyakov, Sergey Politeviç, Mixail Sivakov, Maksim Volodko, Oleq Veretilo, Sergey Matveyçik, yarımmüdafiəçilər – Sergey Kislyak, Stanislav Draqun, İqor Staseviç, Renan Bressan, Pavel Nexayçik, Pavel Savitskiy, İvan Maevskiy, Yuriy Kendış, Yuriy Kovalyev, hücumçular – Maksim Skavış, Denis Laptev, və Anton Saroka yer alıblar.Qeyd edək ki, Azərbaycan-Belarus oyunu martın 23-də saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.xeber100.com

Mart 9, 2018 12:09

“Shamkir Chess” turnirinin iştirakçıları və keçiriləcəyi vaxt müəyyənləşib

Azərbaycanın məhrum şahmatçısı, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan ənənəvi “Shamkir Chess” super turnirinin iştirakçıları və keçiriləcəyi vaxt müəyyənləşib.Azərtac xəbər verir ki, turnir aprelin 18-dən 28-dək Şəmkirdə keçiriləcək. Ümumilikdə 10 şahmatçının qatılacağı yarış dairəvi sistem üzrə 9 turdan ibarət olacaq. “Shamkir Chess-2018”də hazırkı dünya çempionu norveçli Maqnus Karlsen, eks-dünya çempionu rusiyalı Vladimir Kramnik, güclü hollandiyalı şahmatçı Aniş Giri, çinli Dinq Liren, bolqarıstanlı Veselin Topalov, daha bir rusiyalı Sergey Karyakin mübarizə aparacaqlar. Yarışda Azərbaycanı hazırda dünya reytinqində ikinci olan Şəhriyar Məmmədyarov, beynəlxalq qrossmeysterlər Teymur Rəcəbov və Rauf Məmmədov təmsil edəcəklər.Xatırladaq ki, sonuncu iki “Shamkir Chess” turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.xeber100.com

Mart 9, 2018 12:06
    Page 551 of 831« First«...102030...549550551552553...560570580...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az