04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Həndbol Federasiyasının məlumatı

Martın 6-da həndbol üzrə Azərbaycan kuboku uğrunda yarımfinal görüşləri keçirilib.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildiriblər ki, yarımfinal mərhələsinin cavab görüşləri gözlənildiyi kimi maraqlı mübarizə şəraitində keçib. Qadın həndbolçuların mübarizəsində "Azərsu" komandası "İdman Akademiyası"na 37:22, "Nur" kollektivi "Qarabağ"a 31:22 hesabı ilə qalib gəlib.Kişi həndbolçuların yarışında isə "Məhsul" "Təhsil" komandasını 33:31, "Bakı" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin (RİOEUGİM) təmsilçilərini 37:25 hesabı ilə məğlub edib. Beləliklə, yarımfinal mərhələsinin oyunlarının nəticəsinə əsasən, finalda "Azərsu" "Nur"la, "Məhsul" isə "Bakı" ilə qarşılaşacaq.Xatırladaq ki, final qarşılaşmaları martın 7-də keçiriləcək.xeber100.com

Mart 7, 2018 2:56

“PSG” futbol klubu “Real”ı qəbul edib

Futbol üzrə UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin cavab oyunlarına start verilib.Azərtac xəbər verir ki, günün əsas oyunu Parisdə keçirilib. “PSG” “Real”ı qəbul edib. Matçın 52-ci dəqiqəsində Dani Alvesin kobud səhvindən sonra Kriştiano Ronaldu hesabı açıb. Oyunun 65-ci dəqiqəsində hakimə etirazına görə Marko Veratti ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Meydan sahibləri oyunun 71-ci dəqiqəsində Edison Cavaninin vurduğu qol ilə hesabı bərabərləşdiriblər. Qonaq "kral" klubu 80-ci dəqiqədə hesabda yenə önə keçib. Kazemiro fransızları meydanın mərkəzinə dəvət edib. Komandaların cəhdlərinə baxmayaraq matçın sonunadək hesab dəyişməyib.Bu komandalar arasında ilk görüş madridlilərin 3:1 hesablı qələbəsi ilə başa çatmışdı. "Real" növbəti mərhələyə yüksəlib.Günün digər matçı İngiltərədə keçirilib. Səfərdə rəqibini 5:0 hesabı ilə darmadağın edən “Liverpul” öz meydanında “Portu”nu məğlub edə bilməyib. “Liverpul” 0:0 hesablı bərabərliklə növbəti mərhələyə yüksəlib.xeber100.com

Mart 7, 2018 2:35

UEFA Çempionlar Liqasının final mərhələsində

Martın 7-də futbol üzrə UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin növbəti iki oyunu keçiriləcək.Azərtac xəbər verir ki, Londonda “Tottenhem” komandası doğma meydanda İtaliyanın “Yuventus” klubunu qəbul edəcək. Bu komandalar arasında Turində oynanılan ilk görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.Digər oyunda isə İsveçrənin “Bazel” klubu səfərdə İngiltərənin “Mançester Siti” komandasının qonağı olacaq. İngiltərədə keçirilən görüşdə “şəhərlilər” 4:0 hesabı ilə qələbə qazanıblar.Hər iki görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.xeber100.com

Mart 7, 2018 2:14

“Bakı Marafonu-2018” keçiriləcək

Mayın 13-də “Bakı Marafonu-2018” keçiriləcək. “Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonu ardıcıl üçüncü ildir ki, təşkil olunur.Fonddan Azərtac-a bildiriblər ki, idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi daşıyan “Bakı Marafonu-2018” layihəsinin eksklüziv tərəfdaşı “Azercell Telekom” şirkətidir. Marafon Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunacaq. Layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirəcək.“Bakı Marafonu-2018” Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.xeber100.com

Mart 7, 2018 2:04

Türkiyə Super Liqasının 24-cü turuna yekun vurulub

Futbol üzrə Türkiyə Super Liqasının 24-cü turuna yekun vurulub.Azərtac xəbər verir ki, turun mərkəzi qarşılaşmasında 44 xalla çempionatda üçüncü sırada qərarlaşan "Beşiktaş" komandası yeddinci sıradakı "Trabzonspor"la səfərdə oynayıb.Son çempion "Beşiktaş" rəqibin qapısından iki cavabsız top keçirərək xallarının sayını 47-yə çatdırıb və ilk sıralarda qərarlaşan "Qalatasaray" və "Başakşehir" komandaları arasındakı xal fərqini azaldıb.Gərgin idman mübarizəsi şəraitində keçən görüşün 71-ci və 78-ci dəqiqələrində Rayan Babel dubla imza atıb.Qeyd edək ki, hazırda turnir cədvəlinə hesabında 50 xal olan "Qalatasaray" başçılıq edir. Eyni xala malik "Başakşehir" ikinci yerdə qərarlaşıb. "Beşiktaş" 47 xalla üçüncü, "Fənərbaxça" 44 xalla dördüncü yeri tutur.xeber100.com

Mart 6, 2018 12:41

UEFA Çempionlar Liqasının final mərhələsi çərçivəsində

Martın 6-da UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsi çərçivəsində iki cavab oyunu keçiriləcək.Azərtac xəbər verir ki, günün mərkəzi görüşündə Fransa təmsilçisi “PSJ” doğma meydanda Madridin “Real” klubunu qəbul edəcək. Bu komandalar arasında ilk görüş madridlilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.Digər qarşılaşmada isə İngiltərənin “Liverpul” klubu Portuqaliyanın “Portu” komandası ilə üz-üzə gələcək. İlk görüşdə səfərdə 5:0 hesabı ilə qalib gələn “Liverpul”un dörddəbir finala adlamaq şansı olduqca yüksəkdir.Hər iki görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.xeber100.com

Mart 6, 2018 12:38

Basketbol birinciliyinin final oyunları keçirilib

244 nömrəli tam orta məktəbdə Binəqədi rayon orta ümumtəhsil məktəbləri arasında oğlanların basketbol birinciliyinin final oyunları keçirilib.Azərtac xəbər verir ki, 115 nömrəli tam orta məktəbin komandası yarışı birinci pillədə başa vurub. 244 nömrəli tam orta məktəbin komandası ikinci, 314 nömrəli tam orta məktəbin kollektivi isə üçüncü olublar.Yarış Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilib.Mükafatçılar idarə tərəfindən diplom və medallarla təltif olunublar.xeber100.com

Mart 6, 2018 12:34

Bədii gimnastika üzrə “Baltik halqası” yarışları keçirilib

Riqadakı Olimpiya İdman Mərkəzində bədii gimnastika üzrə ənənəvi “Baltik halqası” yarışları keçirilib. 19-cu dəfə keçirilən builki turnirdə 18 ölkənin idmançıları iştirak edirdi.Azərtac xəbər verir ki, Azərbaycan gimnastı Zöhrə Ağamirova gürzlə hərəkətlərdə ikinci yeri tutub. Qızıl medal ukraynalı Vlada Nikolçenkoya qismət olub.“Baltik halqası” yarışlarının yekunlarına görə iştirakçılara mükafatlar və medallar təqdim olunmaqla bərabər, həm də Latviyanın tanınmış rəssamlarının əsərləri hədiyyə edilir.xeber100.com

Mart 6, 2018 12:31

Beynəlxalq şahmat turnirinin rapid yarışlarına yekun vurulub

Moskvada Mixail Talın xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turnirinin rapid yarışlarına yekun vurulub.Azərtac xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 5 xalla turniri ikinci pillədə başa vurub. Hesabında 6 xal olan hindistanlı zəka sahibi Vişvanatan Anand turnirin qalibi olub. Rusiyalı şahmatçı Sergey Karyakin (5 xal) yarışı üçüncü yerdə tamamlayıb.Turnirə martın 5-də keçiriləcək blits yarışları ilə yekun vurulacaq.xeber100.com

Mart 5, 2018 3:24

İspaniya çempionatının 27-ci turu çərçivəsində

Futbol üzrə İspaniya çempionatının 27-ci turu çərçivəsində növbəti oyun Kataloniyada keçirilib.Azərtac xəbər verir ki, turun mərkəzi matçında “Barselona” öz meydanında Madridin “Atletiko” klubunu sınağa çəkib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunun 26-cı dəqiqəsində Lionel Messi cərimə zərbəsindən baxımlı qola imza atıb. Bundan sonra qarşılaşmada qol olmayıb - 1:0.Bu qələbədən sonra kataloniyalılar xallarının sayını 69-a çatdırıblar. İkinci pillədəki “Atletiko”nun isə 61 xalı var.Tura “Valensiya” – “Real Betis” oyunu ilə yekun vurulacaq.xeber100.com

Mart 5, 2018 3:20
    Page 552 of 830« First«...102030...550551552553554...560570580...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az