08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Dünya Boks Şurasının super ağır çəki dərəcəsində

Dünya Boks Şurasının (WBC) super ağır çəki dərəcəsində dünya çempionu amerikalı Deontey Uaylder Nyu-Yorkda keçirilən qarşılaşmada rəqibi Luis Ortisi məğlub edib.TASS agentliyi xəbər verir ki, D. Uaylder 10-cu raundunda texniki nokautla qalib gəlib.Bu qələbə ilə 32 yaşlı D. Uaylder peşəkar rinqdə məğlubedilməzlik seriyasını qoruyub. Keçirdiyi 40 döyüşün hamısında qələbə qazanan amerikalı boksçu 39 görüşdə nokautla qalib gəlib və yeddinci dəfə titulunu qoruyub. 38 yaşlı L. Ortis isə 28 qələbəlik məğlubedilməzlik seriyasını qoruya bilməyib. Bu görüşün nəticəsində D. Uaylder 2,1 milyon, L. Ortis isə 500 dollar qonorar alıb.Qeyd edək ki, bu boksçular arasında döyüş keçən ilin noyabrında planlaşdırılsa da, L. Ortis dopinq testindən keçə bilmədiyi üçün diskvalifikasiya edilib. D. Uaylder isə kanadalı Bermeyn Stivern ilə rinqə çıxıb və ilk raundda da nokautla qələbə qazanıb.Super ağır çəki dərəcədə Dünya Boks Federasiyası (WBA) və Dünya Boks Federasiyasının (İBF) versiyaları üzrə dünya çempionu britaniyalı Antoni Coşua ilə Dünya Boks Təşkilatının (WBO) versiyası üzrə dünya çempionu Yeni Zelandiyalı Cozef Parker arasında qarşılaşma isə martın 31-də Kardifdə keçiriləcək.xeber100.com

Mart 4, 2018 5:19

Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında

Beynəlxalq Futbol Federasiyası (FİFA) bu il Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında oyunları idarə edəcək hakimlərin siyahısını martın sonlarında müəyyənləşdirməyi planlaşdırır.TASS agentliyinin verdiyi məlumata görə, bunu bu gün FİFA Hakimlər departamentinin rəhbəri Massimo Buzakka bildirib.FİFA martın 25-də Dubayda keçirilən iki günlük seminardan sonra dünya çempionatı üçün hakimlərin yekun siyahısını müəyyənləşdirəcək. Braziliyada keçirilən dünya çempionatında olduğu kimi Rusiyada da 25 hakim briqadasının oyunları idarə edəcəyi gözlənilir. M. Buzakka qeyd edib ki, Braziliyadan fərqli olaraq hakimlərin siyahısının yanvarda deyil, martda müəyyənləşdirilməsinin səbəbi isə Rusiyada keçiriləcək dünya çempionatında hakimlərə kömək məqsədi ilə video sisteminin tətbiq olunacağı ilə bağlıdır.Qeyd edək ki, Rusiyada futbol üzrə dünya çempionatı 14 iyun-15 iyul tarixlərində keçirəcək.xeber100.com

Mart 4, 2018 5:09

UEFA Qlobal Beynəlxalq Liqa adı altında yarış keçirəcək

Azərbaycan millisi yeni turnirdə iştirak edə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, UEFA yığma komandalar arasında Qlobal Beynəlxalq Liqa adı altında yarış keçirmək niyyətindədi. Çempionlar Liqası və Avropa Liqasının formatını dəyişən, Millətlər Liqasını yaradan qitə futbol qurumu daha bir turnirin startına hazırlaşır. Qlobal Beynəlxalq Liqada təkcə Avropadan yox, dünyanın bir çox yerlərindən yığmalar qatıla biləcək. Plana əsasən, yarış 2 ildən bir keçiriləcək. Məlumatı UEFA nümayəndələri də Almaniya mətbuatına açıqlama zamanı təsdiqləyiblər.Kiçik dünya çempionatı hesab edilən yarışın seçmə mərhələsi 2020-ci ildə baş tutacaq. İlk final mərhələsinin isə 2021-ci ildə keçirilməsi nəzərdə tutulub. Əksər mütəxəssislərin fikrincə, UEFA-nın turnirə fərqli qitələrdən komandaları cəlb etməkdə məqsədi FİFA-ya meydan oxumaqdı.Hətta FİFA rəsmiləri də bütün Konfederasiyaların bununla bağlı UEFA ilə danışıq apardığını təsdiqləyiblər.xeber100.com

Mart 3, 2018 7:38

Futzal üzrə yeni reytinq siyahı açıqlanıb

Futzal üzrə milli komandaların yeni reytinq siyahısı açıqlanıb.Azərtac xəbər verir ki, Azərbaycan yığması 1440 xalla reytinq cədvəlində onuncu pillədə qərarlaşıb. Millimiz Avropa komandaları arasında yeddinci yerdədir.Reytinq cədvəlinə 1935 xalla Braziliya millisi başçılıq edir. İspaniya 1807 xalla ikinci, Rusiya isə 1700 xalla üçüncü pillədə yer alıb.xeber100.com

Mart 2, 2018 1:42

Taekvondo üzrə növbəti beynəlxalq turnir keçiriləcək

Bolqarıstanın paytaxtı Sofiyada taekvondo üzrə növbəti beynəlxalq turnir keçiriləcək.Azərtac Azərbaycan Taekvondo Federasiyasının saytına istinadən xəbər verir ki, “G-1” kateqoriyalı turnirdə iştirak etmək məqsədi ilə Bolqarıstana yollanan gənclərdən ibarət milli komandamız altı idmançı ilə təmsil olunacaq.Baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov “Sofia Open” turnirində gənc idmançılardan Bəhruz Quluzadə (48 kq), Xanoğlan Kərimov (51 kq), Ayaz Qənbərli (55 kq) və Cavad Ağayevi (63 kq) sınaqdan keçirəcək. Qızlardan isə Minayə Əkbərova (44 kq) və Sevda Pirseyidova (49 kq) medallar uğrunda mübarizə aparacaqlar.Qeyd edək ki, yarış martın 3-4-də baş tutacaq və qalib olan idmançı reytinqinə 10 xal əlavə edəcək.xeber100.com

Mart 2, 2018 1:28

“Borussiya” futbol klubu yeni müqavilə ilə bağlı danışıqlar aparıb

Dortmundun “Borussiya” futbol klubu yarımmüdafiəçisi Marko Roysu komandada saxlamaq fikrindədir.Azərtac xəbər verir ki, ötən həftə tərəflər arasında müqavilənin uzadılması barədə aparılan danışıqlarda “Borussiya”nın rəhbərliyi qəti niyyətdə olduğunu bildirib.Roys isə özünün gələcəyinə əmin deyil. Onun müqaviləsi 2019-cu ildə bitir və 28 yaşlı almaniyalı başa düşür ki, növbəti müqavilə onun karyerasında sonuncu böyük müqavilə ola bilər.Roys “Borussiya”da qalmağa razıdır, lakin mükafatlar uğrunda mübarizə də aparmaq fikrindədir. O, bunun zəmanətini hələ ki, klubdan görmür. Ehtimal var ki, Roysun gələcəyi yalnız dünya çempionatından sonra həll olunacaq.xeber100.com

Mart 2, 2018 1:25

“Beşiktaş” öz meydanında “Fənərbaxça”nı qəbul edib

Türkiyə kubokunda yarımfinal mərhələsində növbəti oyun keçirilib. İstanbul derbisində “Beşiktaş” öz meydanında “Fənərbaxça”nı qəbul edib.Azərtac xəbər verir ki, gərgin keçən oyunda hakim 3 qırmızı vərəqə göstərib. 101 dəqiqə davam edən matçda “Fənərbaxça”dan Alper və Volkan (qapıcı), “Beşiktaş”dan isə Quarejma qırmızı vərəqə alıb.Hərəyə iki qol vuran tərəflər meydandan 2:2 hesablı bərabərliklə ayrılıb. Beşiktaş”dan qolları Neqredo (14 dəq.) və Talişka (82-ci dəq.), “Fənəbaxça”dan isə Soldado (17-ci dəq.) və Şənər (45+2-ci dəq.) vurublar.Qeyd edək ki, bu komandalar bir neçə gün öncə Türkiyə Super Liqası çərçivəsində qarşılaşmış və “Beşiktaş” 3:1 hesablı qələbə qazanmışdı.xeber100.com

Mart 2, 2018 1:22

U-17 millisi Ukrayna yığması ilə qarşılaşacaq

Futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının martın 3-dən 9-dək Bakıda təlim-məşq toplanışı olacaq.Azərtac AFFA-ya istinadla xəbər verir ki, hazırlıq prosesi çərçivəsində yığmamız Ukraynanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.Komandalar martın 6-da “Dalğa Arena”da, martın 8-də isə Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında qarşılaşacaqlar.xeber100.com

Mart 2, 2018 1:20

“Mançester Siti” 1954/1955-ci illər mövsümündən sonra…

“Mançester Siti” futbol klubu İngiltərə premyer-liqasının 28-ci turunda “Arsenal”ı darmadağın edib – 3:0.Beləliklə, “Mançester Siti” 1954/1955-ci illər mövsümündən sonra tarixdə ikinci dəfə ali divizion çərçivəsində bir mövsümdə “Arsenal”, “Çelsi” və “Mançester Yunayted” komandalarına onların meydanlarında qalib gəlib.Azərtac xəbər verir ki, Mançester klubu bu mövsümdə artıq 82 qol vurub və 55 il bundan əvvəl “Tottenhem” komandasının qazandığı nailiyyəti təkrarlayıb. Xatırladaq ki, 1962/1963-cü illər mövsümündə londonlular da 28 turda 82 qol vurmuşdular.Hazırda Pep Qvardiolanın komandası “Mançester Yunayted” klubunu 16 xal qabaqlayaraq liqada liderlik edir.xeber100.com

Mart 2, 2018 1:13

İtaliyanın “Atalanta” futbol klubu ilə bağlı araşdırma başlayıb

UEFA İtaliyanın “Atalanta” futbol klubu ilə bağlı araşdırmaya başlayıb.Azərtac xəbər verir ki, buna Avropa Liqası yarışlarının onaltıdabir final mərhələsi çərçivəsində “Borussiya” ilə oyunda Dortmund təmsilçisinin hücumçusu Mişi Batşuayinin italiyalı azarkeşlər tərəfindən irqçi şüarlarla qarşılanması səbəb olub.Bundan başqa, “Atalanta” komandasının fanatları oyun ərzində meymun səsləri çıxarıblar.Klubun UEFA tərəfindən cəzalandırılacağı gözlənilir.xeber100.com

Mart 1, 2018 10:54
    Page 554 of 831« First«...102030...552553554555556...560570580...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az