Peşəkar Tennisçilər Assosiasiyasının reytinqində

İsveçrəli Rocer Federer idmanın tennis növü tarixində reytinq cədvəlinin ən yaşlı lideri kimi Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) reytinqinə başçılıq edir. Federer 36 yaşında dünyanın birinci raketkası adını qazanıb.Bu vaxtadək ən yaşlı tennisçi kimi reytinqə amerikalı Andre Aqassi başçılıq edirdi. O, 2003-cü ildə 33 yaşında ikən bu zirvəni fəth etmişdi.Federer ötən həftə Rotterdamda keçirilən turnirin qalibi olub və mövsüm ərzində toplanan xalların sayına görə ispaniyalı Rafael Nadalı qabaqlayıb. Lakin o, bu yarışların yarımfinalına çıxmaqla, artıq özünə reytinqdə birinci yeri təmin edib.Hazırda isveçrəlinin hesabında 20-si “Böyük dəbilqə” seriyası yarışlarında qazanılmaqla, ATP-nin 97 tutulu var.Federer ilk dəfə reytinqə 2004-cü ildə başçılıq edib və ümumilikdə, birinci yerdə mövqeyini 302 həftə (237 həftə ardıcıl olmaqla) qoruyub. Sonuncu dəfə o, bu zirvədə 2012-ci ildə olub.Əlavə edək ki, Rocer hələ ən azı 4 həftə, yəni İndian-Uels turniri başa çatanadək (martın 18-dək) birinci raketka mövqeyində qalmasını təmin edib. Həmin turnirdə o öz titulunu qoruyub saxlamaq uğrunda mübarizə aparacaq.Beləliklə, o, reytinq zirvəsində olması müddətini rekord səviyyəyə - 306 həftəyə çatdıracaq. Bu göstərici üzrə ikinci yerdə Pit Sampras (286), hazırkı tennisçilərdən isə Novak Cokoviçdir (223).xeber100.com

Fevral 19, 2018 2:47

“Pxençan-2018” Qış Olimpiya Oyunlarının yeddinci günündə

“Pxençan-2018” Qış Olimpiya Oyunlarının yeddinci günündə - fevralın 15-də atletlər 9 dəst medal uğrunda yarışıblar. Almaniya millisi öz hesabına əlavə iki qızıl və bir bürünc medal yazdıraraq liderliyini möhkəmləndirib. İspaniya snoubord, Sloveniya isə biatlon yarışlarında ilk medalını qazanıb.Azərtac xəbər verir ki, sərbəst xizək üzrə qadınlar arasında 10 kilometr məsafəyə mübarizədə məsafəni 25 dəqiqəyə qət edən norveçli Ragnhild Haqa “Pxençan-2018”in çempionu olub. İsveç təmsilçisi Şarlotte Kallanın gümüş medal qazanıb. Yarışda eyni nəticə göstərdikləri üçün Norveç xizəkçisi Marit Byoergen və finlandiyalı Krista Parmakoski bürünc medala layiq görülüblər.Kişilərin 10 min metr məsafəyə konkisürmə yarışlarında kanadalı Ted-Yan Bloemen 12 dəqiqə 39 saniyə nəticə ilə Olimpiya rekorduna imza ataraq qızıl medal qazanıb. Digər iki pillədə isə niderlandlı Yorrit Berqsmay və İtaliya atleti Nikola Tumolerom yer alıblar.Kişilər arasında snoubord yarışlarının kross növündə qalib adına Fransa təmsilçisi Piyer Vaultier sahib olub. Avstraliya təmsilçisi Jerrid Huqes gümüş, İspaniya idmançısı Regino Hernandez isə bürünc medal əldə ediblər.Oyunların yeddinci günündə biatlon yarışlarında iki dəst medal sahibini tapıb. Qadınlar arasında 15 kilometr məsafəyə fərdi yarışlarında İsveç idmançısı Anna Oeberq marşrutu 47 dəqiqə 7 saniyəyə qət edərək bütün rəqiblərini qabaqlayıb. Slovakiyalı Anastasiya Kuzmina yarışı ikinci, Almaniya atleti Laura Dahlmeyer isə üçüncü pillədə başa vurublar.Kişilər arasında 20 kilometr məsafəyə fərdi yarışlarda isə norveçli Yohannes Tingnes Boe 48 dəqiqə 3 saniyə nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sloveniya idmançısı Yakov Fak gümüş, Avstriya təmsilçisi Dominik Landertinger bürünc medala sahib olublar.Fiqurlu konkisürmə yarışlarının sərbəst proqramında 235,90 xalla Almaniya təmsilçiləri Alyona Savçenko və Bruno Massot Olimpiya çempionu adını qazanıblar. Çinli cütlük Vencinq Sui və Conq Han gümüş, Kanada atletləri Meqan Dunamel və Erik Radford bürünc medal qazanıblar.Olimpiadada atletlər dağ xizəkçiliyi yarışlarında da iki dəst medal uğrunda mübarizə aparıblar. Kişilər arasında sürətli eniş yarışlarında ilk iki pillədə norveçli xizəkçilər Aksel Lund Svindal və Kyetil Cansurd qərarlaşıblar. İsveçrəli atlet Bit Feuz isə yarışı üçüncü pillədə tamamlayıb.Qadınların böyük slalom yarışlarında isə ABŞ təmsilçisi Mikaela Şiffrin bütün rəqiblərindən üstün olub. Norveçli Ragnhild Movinkel gümüş, italiyalı Federika Brinyone bürünc medala layiq görülüblər.Kirşəsürmə idmanı üzrə kişilərin komanda yarışında Almaniya birinci, Kanada ikinci, Avstriya isə üçüncü pillədə yer alıblar.“Ağ Olimpiada”da yeddinci günün yekunlarına görə, Almaniya millisi “Pxençan-2018” Qış Olimpiya Oyunlarının medal sıralamasında liderliyini davam etdirir. Bu ölkənin hesabında 9 qızıl, 2 gümüş və 4 bürünc medal var. Ümumilikdə 21 ölkədən idmançılar medalçılar arasında yer alıblar.Norveç (6-7-4) ikinci, Niderland (5-5-2) üçüncü, ABŞ (5-1-2) dördüncü, Kanada (4-5-4) isə beşinci pillədə qərarlaşıb.xeber100.com

Fevral 16, 2018 2:48

UEFA Avropa Liqası final mərhələsi çərçivəsində

Bu gün UEFA Avropa Liqasında onaltıdabir final mərhələsi çərçivəsində növbəti görüşlər keçirilib.Azərtac xəbər verir ki, bu mərhələnin ilk oyunları çərçivəsində daha 15 görüş baş tutub.Cari mövsümdə “Qarabağ”ın Çempionlar Liqasında rəqibləri olmuş Danimarkanın “Kopenhagen” klubu ilə Madridin “Atletiko” komandasının dueli qarşılıqlı idman mübarizəsi şəraitində keçib. Matçın sonunda sevinən tərəf Madrid təmsilçiləri olublar - 4:1.Londonun “Arsenal” klubu səfərdə İsveçin “Ostersund” kollektivinə qalib gəlib - 3:0. “Ludoqorets”in qonağı olan “Milan” da rəqibin qapısından üç cavabsız top keçirib. Dortmund “Borussiya”sı isə öz meydanında “Atalanta”nı son dəqiqələrdə vurulan qolla məğlub edə bilib - 3:2 . Günün mərkəzi görüşlərindən sayılan “Lion” və “Vilyarreal” klublarının qarşılaşmasında qalib tərəf meydan sahibləri olublar - 3:1.Günün digər oyunlarında isə aşağıdakı nəticələr qeydə alınıb: “Astana” (Qazaxıstan) – “Sportinq” (Portuqaliya) - 1:3 “Marsel” (Fransa) – “Braqa” (Portuqaliya) - 3:0 “Nitsa” (Fransa) – “Lokomotiv” (Rusiya) - 2:3 “Real Sosyedad” (İspaniya) – “Zalsburq” (Avstriya) - 2:2 “Spartak” (Moskva, Rusiya) – “Atletik” (İspaniya) - 1:3 AEK (Yunanıstan) – “Dinamo”(Ukrayna) - 1:1 “Seltik” (Şotlandiya) – “Zenit” (Rusiya) - 1:0 “Styaua” (Rumıniya) – “Latsio” (İtaliya) - 1:0 “Napoli” (İtaliya) – “Leypsiq” (Almaniya) - 1:3 “Partizan" (Serbiya) – “Viktoriya” (Çexiya) - 1:1.xeber100.com

Fevral 16, 2018 2:33