Yanvarın 16-17-də Bakı İdman Sarayında Müşviq İsayevin xatirəsinə yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə sayca XXI açıq respublika turniri keçiriləcək.Azərbaycan Güləş Federasiyasından Azərtac-a bildiriblər ki, turnir 20 Yanvar şəhidi Müşviq İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, perspektivli güləşçiləri aşkarlamaq, sərbəst və yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilir.Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən, yeniyetmə güləşçilərin Olimpiya çəki dərəcələri olan 48, 55, 65, 80 və 100 kiloqram çəkidə sərbəst, 45, 51, 60, 71 və 92 kiloqram çəkidə yunan-Roma güləşi üzrə keçiriləcək yarışlarda 2001-2002-ci il təvəllüdlü idmançılar mübarizə aparacaqlar.Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Rusiyadan olan güləşçilərin iştirak edəcəklər.İlk gün yunan-Roma, ikinci yarış günündə isə sərbəst güləşçilər mübarizə aparacaqlar.Çəki dərəcələri üzrə ilk üç yeri tutacaq idmançılar diplom və medalla mükafatlandırılacaqlar.xeber100.com