04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

İyirmi doqquzuncu Ümumdünya Yay Universiadasında

Taypey şəhərində keçirilən iyirmi doqquzuncu Ümumdünya Yay Universiadasında Azərbaycan taekvandoçularının rəqibləri müəyyənləşib.Azərtac xəbər verir ki, universiadanın taekvando yarışlarında avqustun 23-də kişi komandamızın üzvlərindən Əli Məmmədovun (58 kq) rəqibi San Marino təmsilçisi Luca Giottı, Milad Beigi Hərçəqaninin (80 kq) rəqibi isə rusiyalı idmançı Boqdan Greçkindir.Qadınların mübarizəsində isə dayanq üzərinə çıxacaq Safiyə Polatın rəqibi (49 kq) böyük britaniyalı Kourtney Eardley, Fəridə Əzizovanın rəqibi isə (67 kq) iordaniyalı Yulyana Al Sadeqdir.Xatırladaq ki, ötən gün döşək üzərinə çıxan Ayxan Tağızadə yalnız finalda rəqibinə məğlub olaraq yarışda gümüş medalla kifayətlənib. Yığmanın digər üzvü Qaşım Maqomedov (54 kq) ikinci rəqibinə uduzaraq mübarizəni dayandırıb.Qeyd edək ki, Azərbaycanın 12 idmançı ilə təmsil edildiyi Universiadanın taekvando yarışlarına avqustun 26-da yekun vurulacaq.xeber100.com

Avqust 23, 2017 11:20

“Qarabağ” “Kopenhagen” klubu ilə qarşılaşacaq

Futbol üzrə UEFA Çempionlar Liqasının play-off mərhələsinin cavab oyunları çərçivəsində bu gün Danimarkadakı “Parken” stadionunda təmsilçimiz “Qarabağ” “Kopenhagen” klubu ilə qarşılaşacaq.Azərtac xəbər verir ki, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq qarşılaşmanı ispaniyalı hakimlər idarə edəcək. Matçın baş hakimi Alberto Undiano Mallenco olacaq. Ona həmyerliləri Roberto Alonso və Raul Cabanero kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Diego Barbero Sevilla yerinə yetirəcək.Komandalar arasında avqustun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş ilk oyun 1:0 hesabı ilə “Qarabağ”ın xeyrinə yekunlaşmışdı.xeber100.com

Avqust 23, 2017 11:15

Güləş üzrə dünya çempionatı davam edir

Parisdə güləş üzrə dünya çempionatı davam edir.Azərtac xəbər verir ki, üçüncü yarış günündə 55, 58, 63 və 75 kiloqram çəki dərəcələrində qadın güləşçilər mübarizəyə qoşulurlar.Artıq güləşçilərimizin ilk rəqibləri müəyyənləşib. Belə ki, Nataliya Sinişin (55 kq) belaruslu İrina Kuraçkina, İrina Netreba (58 kq) Giedre Blekaityte (Litva)-Ariadne Miçelle Burxart (Avstriya) cütünün qalibi ilə, Elmira Qəmbərova (63 kq) isə Yeni Zelandiya güləşçisi Tayla Tuahine Ford ilə qarşılaşacaq.xeber100.com  

Avqust 23, 2017 10:57

Azərbaycan yığması yoldaşlıq oyunu keçirib

Minskdə təlim-məşq toplanışında olan futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.Azərtac AFFA-ya istinadla xəbər verir ki, Belarusun U-19 komandası ilə qarşılaşan yığmamız 0:2 hesabı ilə məğlub olub.xeber100.com

Avqust 23, 2017 10:54

Şahmat üzrə komanda turniri keçiriləcək

Avqustun 25-28-də Dağıstanda “Xəzər dostluq dənizidir-2017” düşərgəsində uşaqlar arasında şahmat üzrə komanda turniri keçiriləcək. Yarışlara Azərbaycan və Rusiya idmançıları qatılacaqlar.Bu barədə beynəlxalq qrossmeyster Cakay Cakayev “Dağıstan” informasiya agentliyinə məlumat verib. İyirmiyə yaxın komandanın yarışacağı turnir Dağıstanın tanınmış ictimai xadimi Maqomed Qamzatovun xatirəsinə həsr olunub. Turnirdə Bakı və Sumqayıtdan, Çeçenistan, Kabarda-Balkar, Şimali Osetiya, Kalmıkiya, Həştərxan, Volqoqraddan 80-dən çox şahmatçı iştirak edəcək.Qaliblərə Dağıstan Təhsil və Elm Nazirliyinin diplomları, M.Qamzatovun ailəsi adından kubok və medallar təqdim olunacaq.xeber100.com

Avqust 23, 2017 10:41

“Peterburq yayı” adlı şahmat festivalı açılıb

Rusiyanın Şimal paytaxtında “Peterburq yayı” adlanan böyük şahmat festivalı açılıb. Festivalın proqramına “Rusiya Kuboku-2017”nin mərhələ yarışı - Viktor Korçnoyun xatirəsinə həsr olunmuş turnir (16-24 avqust), Rusiya Uşaq Kuboku turnirinin mərhələləri (16-24 avqust), məsələlərin həlli müsabiqəsi, blits və Fişer şahmatı üzrə turnirlər (25 avqust), Rusiya Rapid Qran-Prisinin mərhələ yarışı (26-27 avqust) daxildir.Rusiya Kuboku mərhələsinin reytinq favoriti amerikalı qrossmeyster Qata Kamskidir. Turnirdə 259 şahmatçı, o cümlədən 21 ölkədən 34 qrossmeyster iştirak edir.Rusiya Uşaq Kuboku turnirinin mərhələ yarışları 4 yaş qrupunda (9, 11, 13 və 15 yaşınadək) keçiriləcək. 11 yaşınadək şahmatçılar arasında turnirin iştirakçıları arasında Azərbaycan nümayəndəsi Aqil İsrailov da var.Sürətli şahmat üzrə turnir ən güclü heyət toplayıb.Əlavə edək ki, festivalın ümumi mükafat fondu 1 200 000 rubldur.Sankt-Peterburqda kişi şahmatçılar arasında Viktor Korçnoyun xatirəsinə həsr olunmuş ilk turnir İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir. Yarışın qalibləri avqustun 27-də müəyyənləşəcək.xeber100.com

Avqust 22, 2017 11:37

“Qəbələ” klubu “Dinamo” komandasını məğlub edib

“Qəbələ” və “Dinamo” (Tbilisi) klublarının aşağı yaş qruplarından olan komandalar arasında ilk matçlar keçirilib.Azərtac xəbər verir ki, “Qırmızı-qaralar”ın U-13 və U-15 komandaları Qəbələdə səfərdə olan qonşu ölkədən gələn həmyaşıdları ilə görüşüb. On üç yaşadək futbolçuların oyununda məhsuldar nəticə qeydə alınıb. 3:2 hesabı ilə qalib gələn “Qəbələ”nin heyətində Elmir Hüseynli, Murad Ələkbərov və Eşqin Əhmədov fərqləniblər. U-15 komandalarının matçında isə bir qol vurulub. Bu qarşılaşmada qonaqlar üstün olublar. İki gündən sonra U-13 və U-15 komandaları yenidən üz-üzə gələcəklər.Xatırladaq ki, iki klub arasında razılığa əsasən, “Dinamo”nun iki yaş qrupu üzrə təmsilçiləri Qəbələdə hazırlıq keçib, yoxlama oyunlarında qüvvələrini sınayacaqlar. Bir neçə aydan sonra isə “qırmızı-qaralar”ın digər iki yaş qrupu üzrə komandaları Tbilisiyə səfər edəcək.xeber100.com

Avqust 22, 2017 11:34

“Səbail” ev oyunlarını AFFA Futbol Mərkəzində keçirəcək

“Səbail” futbol klubunun Azərbaycan Premyer Liqasında ev oyunlarını keçirməli olduğu Bayıl stadionunda hazırda təmir-bərpa işləri aparılır.Azərtac kluba istinadla xəbər verir ki, təmir prosesi yekunlaşana və Bayıl stadionu Premyer Liqa oyunlarının keçirilməsinə hazır olanadək “Səbail” ev oyunlarını Mərdəkan qəsəbəsində, AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da keçirəcək.xeber100.com

Avqust 22, 2017 11:31

“The Guardian” qəzeti ən yaxşı futbolçuların adlarını açıqlayıb

İngiltərənin “The Guardian” qəzeti ötən ilin 100 ən yaxşı futbolçusunun adlarını açıqlayıb.Azərtac xəbər verir ki, siyahının ilk beşliyində ardıcıl olaraq Kriştianu Ronaldo (“Real Madrid”), Lionel Messi (“Barselona”), Luis Suarez (“Barselona”) , Antuan Qrizman (“Atletiko Madrid”) və Neymar (“Barselona”) qərarlaşıblar. Türk əsilli futbolçulardan ikisi siyahıda yer ala bilib. Onlar Məsud Özil (“Arsenal”, 23-cü yer) və İlkay Gündoğandır (“Mançester Siti”, 85-ci yer). Siyahıda sonuncu yerdə Almaniyanın “Borussiya Dortmund” komandasının fransalı hücumçusu Usman Dembeledir.Xatırladaq ki, siyahıda futbolçular ötən il çıxış etdikləri klubların oyunçusu kimi göstərilib.xeber100.com

Avqust 22, 2017 11:22

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında

Ağdamın “Qarabağ” futbol klubu Bakı-Kopenhagen reysi ilə Danimarkaya yollanıb.Azərtac xəbər verir ki, Komandamız 5 saatlıq uçuşdan sonra Kopenhagenə çatıb.“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında avqustun 23-də səfərdə “Kopenhagen”in qonağı olacaq.Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.xeber100.com

Avqust 22, 2017 11:18
    Page 650 of 830« First«...102030...648649650651652...660670680...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az