Güləş Federasiyasının məlumatına görə…

Avqustun 21-dən 26-dək Parisdə güləş üzrə dünya çempionatı keçiriləcək.Azərbaycan Güləş Federasiyasından Azərtac-a verilən xəbərə görə, mundialda iştirak edəcək sərbəst və yunan-Roma güləşi üzrə yığma komandaların heyəti ötən gün açıqlanıb.Qadın güləşi yarışlarında isə ölkəmizi Türkan Nəsirova (48 kq), Leyla Qurbanova (53 kq), Nataliya Sinişin (55 kq), İrina Netreba (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) təmsil edəcəklər. Güləşçilərimiz çempionatda böyük məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında yarışacaqlar.Məlumat üçün bildirək ki, qadın güləşçilərimiz avqustun 7-dən Ukraynanın Kiyev şəhərində Konça Zaspa təlim-məşq bazasında bu ölkənin yığma komandası ilə birgə hazırlıqları davam etdirirlər. Təlim-məşq toplanışı avqustun 21-dək davam edəcək.Çempionatın proqramına əsasən, ilk olaraq 71, 75, 85 və 98 kiloqram çəkidə yunan-Roma güləşçiləri mübarizəyə başlayacaqlar. Avqustun 22-də 59, 66, 80 və 130 kiloqram çəkidə yunan-Roma güləşçiləri, bir gün sonra isə 55, 58, 63 və 75 kiloqramda qadın güləşçilər yarışacaqlar. Yarışların dördüncü günündə 48, 53, 60 və 69 kiloqram çəkidə qadın güləşçilər mübarizə aparacaqlar. 57, 61, 86 və 125 kiloqram çəkidə sərbəst güləşçilər avqustun 25-də xalça üzərinə çıxacaqlar. Çempionatın sonuncu günündə isə sərbəst güləş üzrə 65, 70, 74 və 97 kiloqram çəki dərəcəsində pəhləvanlar yarışacaqlar.Görüşlərin idarə edilməsində ölkəmizi I-S kateqoriyalı beynəlxalq dərəcəli hakim Hicran Şərifov təmsil edəcək.xeber100.com

Avqust 16, 2017 12:34

“Qarabağ” klubu növbəti qələbəsini qazanıb

Avqustun 15-də Ağdamın “Qarabağ” klubu futbol üzrə UEFA Çempionlar Liqasında növbəti qələbəsini qazanıb.Azərtac xəbər verir ki, Ağdam təmsilçisi turnirin pley-off mərhələsinin ilk oyunları çərçivəsində Tofiq Bəhramov adına Respublika Stadionunda Danimarkanın “Kopenhagen” klubunu qəbul edib.Otuz beş minə yaxın azarkeşin izlədiyi matç Çempionlar Liqasının himninin səslənməsi ilə başlayıb.İtaliyalı baş hakim Paolo Tagliaventonun idarə etdiyi oyunun birinci hissəsinə Ağdam təmsilçisi daha fəal başlayıb. Qarşılaşmanın 13-cü dəqiqəsində “Qarabağ”ın oyunçusu Miçel hesabı açmağa yaxın olsa da, zərbəsi dəqiq olmayıb. Futbolçularımızın əzmkar çıxışı oyunun 25-ci dəqiqəsində “Qarabağ”ın hesabda önə çıxması ilə nəticələnib. Belə ki, Dino Ndlovunun “Kopenhagen”in qapısına vurduğu top tirə dəyib qayıtsa da, Mahir Mədətov hücumu qolla tamamlamağı bacarıb. Bu, Mahir Mədətovun avrokuboklarda ilk qoludur. Çempionlar Liqasının pley-off mərhələsinin “Kopenhagen”lə görüşündə hesabı açan futbolçu indiyədək qitə miqyaslı turnirlərdə fərqlənməmişdi. Bu görüş futbolçunun 11-ci avrokubok matçı olub. İlk qolunu 11-ci oyununda vuran M.Mədətov Azərbaycan klublarının heyətində avrokuboklarda qol vuran 128-ci oyunçu olub.Komandaların cəhdlərinə baxmayaraq matçın birinci hissəsi “Qarabağ”ın üstünlüyü ilə yekunlaşıb – 1:0.Görüşün ikinci hissəsi də futbolçularımızın üstünlüyü şəraitində keçib. Matçın 52-ci dəqiqəsində Ansi Aqoli, bir dəqiqə sonra isə Donald Gerrye Danimarka təmsilçisinin qapısına zərbələr endirsələr də, top qapı tirinə dəyib. Komandaların cəhdlərinə baxmayaraq oyunun sonunadək hesab dəyişməyib.Beləliklə, görüş 1:0 hesabı ilə “Qarabağ”ın xeyrinə başa çatıb. Komandalar arasında cavab oyunu bir həftə sonra Danimarkada keçiriləcək.Xatırladaq ki, pley-off mərhələsinədək “Qarabağ” klubu Gürcüstanın “Samtredia” və Moldovanın “Şerif” komandalarını mübarizədən kənarlaşdırıb.xeber100.com

Avqust 16, 2017 12:11