04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Fənərbağça” komandası İspaniya yığması ilə razılıq əldə edib

Türkiyənin “Fənərbağça” klubu İspaniyanın “Vilyarreal” komandasında çıxış edən Roberto Soldadonu heyətinə cəlb etmək üçün futbolçunun özü və onun klubu ilə razılıq əldə edib.Azərtac Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, 32 yaşlı hücumçunun bu gün gecə İstanbula gəlməsi və onunla müqavilə imzalanması gözlənilir.Məlumatda təcrübəli futbolçunun Türkiyə klubunda icarə əsasında çıxış edəcəyi və onun transferi üçün İspaniya klubuna təxminən 10 milyon avro ödənəcəyi bildirilir.Qeyd edək ki, son iki mövsüm “Vilyarreal”ın heyətində çıxış edən Roberto Soldado İspaniya yığmasının heyətində 12 oyun keçirib və 7 qol vurub.“Real Madrid”in yetirməsi olan futbolçu karyerası boyunca ölkəsində “Osasuna”, “Hetafe” və “Valensiya”nın, İngiltərədə isə “Tottenhem”ın şərəfini qoruyub. Ötən mövsüm “Vilyarreal”ın heyətində zədə səbəbindən sadəcə 11 oyunda meydana çıxıb və dörd qolun müəllifi olub. R.Soldado oynadığı bu komandalarda, ümumilikdə, 406 matçda 159 dəfə fərqlənib və 51 məhsuldar ötürmə verib.xeber100.com

Avqust 10, 2017 11:01

“Pro Beach Tour” mərhələsi keçirilib

Türkiyənin Samsun şəhərində çimərlik voleybolu üzrə “Pro Beach Tour” mərhələsi keçirilib.Azərtac xəbər verir ki, Azərbaycanı “Pro Beach Tour” mərhələsində çimərlik voleybolçularımız Viktoriya Ağakişiyeva və Zina Lyubimova cütlüyü təmsil edib. Voleybolçularımız bu mərhələnin həlledici görüşündə türkiyəli həmkarlarını 2:0 hesabı ilə (21-19/21-19) məğlub edərək yarışın qalibi olublar.Türkiyə Voleybol Federasiyası tərəfindən təşkil edilən yarışda qaliblərə medallar və qiymətli hədiyyələr təqdim olunub.xeber100.com

Avqust 10, 2017 10:42

“Qarabağ” – “Kopenhagen” qarşılaşmasının tarixi məlum olub

Futbol üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Qarabağ" - "Kopenhagen" (Danimarka) qarşılaşmasının biletlərinin satışa çıxarılacağı tarix məlum olub.Azərtac xəbər verir ki, azarkeşlər avqustun 12-dən etibarən biletləri matçın təşkil olunacağı Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından əldə edə biləcəklər.Biletlərin qiyməti sektorlara görə 1, 2, 3, 5 və 10 manat, VİP sektoruna isə 50 manat olacaq.Avqustun 15-də keçiriləcək “Qarabağ” – “Kopenhagen” görüşü saat 21:00-da başlayacaq.xeber100.com

Avqust 10, 2017 10:40

Voleybol üzrə yoxlama matçı keçirilib

Sloveniyada təlim-məşq toplanışında olan Azərbaycanın qadınlardan ibarət voleybol üzrə yığması ilk yoxlama matçını keçirib.Azərtac xəbər verir ki, Faiq Qarayevin yetirmələri Sloveniya millisi ilə qarşılaşıblar. Matç heç-heçə yekunlaşıb. İlk iki seti Sloveniya yığması qələbə qazansa da, növbəti iki hissədə komandamız üstün olub – 2:2 (23:25, 26:28, 25:20, 25:13).Yoxlama oyunundan sonra yığmamızın hücumçusu Yana Kulan bildirib ki, görüş heç də asan alınmayıb: “Sloveniyanın çox yaxşı komandası var, onlar texnikalı voleybol oynayırlar və çox güclüdülər. Bizim üçün çətin bir sınaq oldu. Artıq növbəti matçlara hazırlaşacağıq”.Qeyd edək ki, yığmamız Sloveniyada daha bir neçə sınaq matçı keçirəcək.Daha sonra İtaliyaya gedəcək millimiz qitə çempionatına hazırlığı bu ölkədə başa çatdıracaq.xeber100.com

Avqust 10, 2017 10:08

Şahmat üzrə Dünya Kuboku yarışları keçiriləcək

Sentyabrın 2-dən 27-dək Tbilisidə şahmat üzrə Dünya Kuboku yarışları keçiriləcək. Yarışların qalibi və ikinci finalçı 2018-ci ildə dünya çempionu adı uğrunda iddiaçıların turnirinə vəsiqə qazanacaqlar.FIDE builki Dünya Kuboku yarışlarının 128 iştirakçısının siyahısını açıqlayıb. Azərbaycanı qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edirlər.Azərtac xəbər verir ki, turnirin mükafat fondu 600 min dollar təşkil edir. Bunun 120 min dolları qalib şahmatçı üçün nəzərdə tutulub.Şəhriyar Məmmədyarov ilk matçda Quançu Liu (Çin), Teymur Rəcəbov isə Xelgi Dam Ziska (Farer adaları) ilə qarşılaşacaqlar. Hər iki şahmatçımız ağ fiqurlarla oynayacaq.Dünya Kuboku nokaut-sistem üzrə keçiriləcək: iki klassik partiyada hesab bərabər olsa, rəqibləri tay-breq: rapid, blits, lazım gəldikdə “armageddon” gözləyir. Finalda dörd klassik partiya oynanılacaq.Turnirdə ilk dəfə dünya şahmat tacının sahibi Maqnus Karlsen iştirak edəcək.Şəhriyar turnirə vəsiqəni yüksək reytinqi sayəsində qazanıb, Teymur isə Təşkilat Komitəsinin nominantlarından biri olub.xeber100.com

Avqust 9, 2017 11:19

“Neftçi” komandası “Qarabağ” klubunu qəbul edəcək

Bu həftə Topaz Premyer Liqasında 2017/2018-ci illər mövsümü start götürəcək. Üç günü əhatə edəcək ilk turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.Azərtac xəbər verir ki, oyun cədvəlinə görə avqustun 11-də “Bakcell Arena”da paytaxtın “Neftçi” komandası Ağdamın “Qarabağ” klubunu qəbul edəcək. Matç saat 21:00-da başlayacaq.İlk tur çərçivəsində bir gün sonra Bakının “İnter” klubu “İnter Arena”da “Qəbələ” komandası ilə görüşəcək. Bu qarşılaşmaya saat 20:00-da start veriləcək.Avqustun 13-də saat 19:00-da başlayacaq matçda isə “Zirə” komandası eyni adlı idman kompleksinin stadionunda “Səbail” ilə oynayacaq.Tura “Sumqayıt”–“Kəpəz” kollektivlərinin oyunu ilə yekun vurulacaq. “Kapital Bank Arena”da keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək.xeber100.com

Avqust 9, 2017 11:16

UEFA Superkubokunun qalibi müəyyən olunub

Makedoniyanın paytaxtı Skopyedə İspaniyanın “Real Madrid” və İngiltərənin “Mançester United” komandaları arasında keçirilən oyunda UEFA Superkubokunun qalibi müəyyən olunub.Azərtac xəbər verir ki, Çempionlar Liqasının son qalibi "Real Madrid" Avroliqanı qazanan "Mançester"i 2:1 hesabı ilə məğlub edərək superkubokun sahibi olub.Bakı vaxtı ilə saat 23:45-də qarşılıqlı hücumlarla başlayan matçın 24-cü dəqiqəsində "Real Madrid"in futbolçusu Kasemiro hesabı açıb. Fasiləyə 1:0 hesabı ilə üstün yollanan madridlilər ikinci hissənin əvvəlində daha bir dəfə fərqləniblər. İsko matçın 52-ci dəqiqəsində hesabı iki topa çatdırıb. Oyunun 62-ci dəqiqəsində Lukaku hesab arasındakı fərqi minumuma endirib - 2:1. Oyunda başqa qol vurulmayıb.Bununla da "Real Madrid" tarixində dördüncü dəfə superkuboka sahib çıxıb.Qeyd edək ki, 1972-ci ildən keçirilən Avropa superkubokunu ən çox hərəsi beş dəfə olmaqla “Barselona” və "Milan" komandaları qazanıblar.xeber100.com

Avqust 9, 2017 11:12

“İnter” futbol klubu 2017-2018-ci il mövsümündə

Bakının “İnter” futbol klubu 2017-2018-ci il mövsümündə ev oyunlarını keçirəcəyi stadionu müəyyənləşdirib.“İnter” Bakı Peşəkar İdman klubundan Azərtac-a bildirilib ki, məsələ ilə bağlı “AFFA” və “Aqrarkredit” SKT arasında aparılan danışıqlar başa çatıb. Qərara alınıb ki, “İnter” PİK-in əsas və uşaq futbol komandaları 2017-2018-ci il mövsümü ərzində “İnter Arena” stadionunda fəaliyyət göstərəcək.xeber100.com

Avqust 9, 2017 11:08

Güləş Federasiyasının məlumatına görə…

Güləş üzrə ölkə yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn dünya çempionatına hazırlıqlarını davam etdirirlər.Bu barədə Azərtac-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.Yunan-Roma və sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandalar məşqlərini Olimpiya Güləş Mərkəzində, qadın güləşçilər isə Kiyev şəhərində Konça Zaspa təlim-məşq bazasında davam etdirirlər.Yunan-Roma güləşi yığmasının təlim-məşq toplanışı avqustun 3-dən başlayıb və çempionata yola düşənə qədər davam edəcək.Avqustun 7-də Ukraynaya yollanan qadın güləşçilərimiz isə ayın 21-dək bu ölkənin yığma komandası ilə birgə hazırlıqları davam etdirəcəklər.Sərbəst güləşçilərin təlim-məşq toplanışı avqustun 6-dan başlayıb, 20-dək davam edəcək.Məlumat üçün bildirək ki, dünya çempionatı avqustun 21-dən 26-dək Parisdə baş tutacaq. Proqrama əsasən, 21-22 avqustda yunan-Roma, 23-24 avqustda qadın güləşçilər arasında qaliblər müəyyənləşəcək. Sərbəst güləşçilər isə avqustun 25-26-da xalça üzərinə çıxacaqlar.xeber100.com

Avqust 9, 2017 11:05

“Qəbələ” 2017/18 mövsümünün hazırlığını davam etdirir

“Qəbələ” komandası Topaz Premyer Liqasının 2017/18 mövsümünün hazırlığını davam etdirir.Azərtac xəbər verir ki, “Qırmızı-qaralar” bu həftə start götürəcək Premyer Liqaya Bakıda hazırlaşır.Roman Qriqorçukun yetirmələri avqustun 7-dən paytaxtdakı Bakı Olimpiya Stadionunda hazırlıq keçir. Məşqlərini ölkənin ən böyük arenasında keçirən “Qəbələ” klubu “İnter”lə ilk turun səfər matçını avqustun 12-də keçirəcək.Xatırladaq ki, birinci turun “İnter” – “Qəbələ” oyunu avqustun 12-də “İnter Arena”da olacaq. Görüş saat 20:00-da başlayacaq.xeber100.com

Avqust 9, 2017 11:03
    Page 657 of 830« First«...102030...655656657658659...670680690...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az