Atıcılıq üzrə Avropa çempionatı başa çatıb

Bakıda keçirilən atıcılıq üzrə Avropa çempionatı avqustun 3-də başa çatıb.Azərtac xəbər verir ki, çempionatın sonuncu günündə 50 metr məsafədən qarışıq hərəkətdə olan hədəfə atəşaçmada kişilər arasında fərdi yarışın qalibi İsveç təmsilçisi olub. Emil Martinsson 3955 xal toplayaraq qızıl medal qazanıb. Gümüş medala 392 xal toplayan rusiyalı Mixail Azarenko yiyələnib. Finlandiyalı Topi Hulkkonen isə 390 xalla ilk üçlüyü qapayıb.Əlli metr məsafədən qarışıq hərəkətdə olan hədəfə atəşaçmada kişilər arasında komanda yarışının qalibi Rusiya təmsilçiləri olub. Mixail Azarenko, Maksim Stepanov, Dimitri Romanov ümumilikdə 1169 xal toplayaraq rəqiblərini üstələyib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Gümüş medalı 1167 xalla İsveç atıcıları Emil Martinsson, Jasper Nyberg, Rickard Johansson qazanıb. Finlandiyalı Topi Hulkkonen, Heikki Lahdekopi, Tomi-Pekka Heikkla 1161 xalla bürünc mükafata layiq görülüb.Əlli metr məsafədən qarışıq hərəkətdə olan hədəfə atəşaçmada kişi yeniyetmələr arasında yarışın qalibi isə Ukrayna təmsilçisi olub. İqor Kizima 387 xal toplayaraq qızıl medal qazanıb. İsveçrəli atıcı Berqstroem Andreas 379 xalla gümüş medala yiyələnib. Rusiya təmsilçisi Valeri Davidov 378 xal toplayaraq bürünc medala sahib olub.Bununla da Avropa çempionatına yekun vurulub.xeber100.com

Avqust 4, 2017 12:06

“Qəbələ”-“Panatinaikos” oyununun ilk hissəsi 0:0 hesabı ilə başa çatıb

“Qəbələ” klubu UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab matçında Yunanıstanın “Panatinaikos” komandası ilə “Bakcell Arena”da qarşılaşıb.Azərtac xəbər verir ki, İngiltərədən olan hakimlər briqadasının idarə etdiyi “Qəbələ”-“Panatinaikos” oyununun ilk hissəsi hər iki komandanın cəhdlərinə baxmayaraq, 0:0 hesabı ilə başa çatıb. Birinci hissənin 18-ci dəqiqəsində “Qəbələ”nin heyətində İlqar Qurbanovun təhlükəli cərimə zərbəsini rəqib qapıçı dəf edib. Görüşün 43-cü dəqiqəsində komandamızın heyətində Deyvi Bultyuz, iki dəqiqə sonra isə Dion Malone real qol imkanları əldə etsələr də bundan yararlana bilməyiblər.İkinci hissədə daha fəal başlayan “Qəbələ” klubu “Panatinaikos” ilə oyunda hesabı açıb. Topu 53-cü dəqiqədə komandamızın üzvü Steven Jozef-Monrozun ötürməsindən sonra Yunanıstan təmsilçisinin futbolçusu Rodriqo Moledo öz qapısından keçirib - 1:0. Bundan 10 dəqiqə sonra oyunda hesab bərabərləşib. Yunanıstan komandasının heyətində yarımmüdafiəçi Robin Lod fərqlənib - 1:1. Altmış altıncı dəqiqədə “Panatinaikos” “Qəbələ” ilə oyunda hesabda irəli çıxıb - Yunanıstan klubunda sonradan meydana çıxan Braian Kabazes hesabı artırıb-1:2. Görüş bu hesabla başa çatıb.Komandalar arasında bir həftə əvvəl Afinada təşkil olunmuş ilk matç 1:0 hesabı ilə rəqibin xeyrinə yekunlaşdığından Yunanıstan təmsilçisi iki oyunun nəticəsinə görə “Qəbələ” klubundan 3:1 hesabı ilə üstün olaraq, Avroliqanın pley-off mərhələsinə yüksəlib. Beləliklə, “Qəbələ” klubu Avrokuboklarda mübarizəni dayandırıb.Xatırladaq ki, Azərbaycan çempionatının gümüş mükafatçısı ikinci təsnifat mərhələsində Polşanın “Yagelloniya” klubunu mübarizədən kənarlaşdırmışdı.xeber100.com

Avqust 4, 2017 12:04