04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Beşiktaş” ilə “Konyaspor” qarşılaşıb

Türkiyədə Türkcell Superkuboku uğrunda liqa çempionu “Beşiktaş” ilə Türkiyə Kuboku çempionu “Konyaspor” qarşılaşıb.Azərtac xəbər verir ki, 33-cü dəqiqədə “Konyaspor” Traorenin qolu ilə 1:0 önə keçib. İlk yarı bu hesabla başa çatıb.Oyunun 78-ci dəqiqəsində Cenk Tosun hesabı bərabərləşdirib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın 90-cı dəqiqəsində Skubic penalti zərbəsi ilə “Konyaspor”a superkuboku qazandırıb.xeber100.com

Avqust 7, 2017 11:07

Beynəlxalq boks turnirinə yekun vurulub

Sovet İttifaqı Qəhrəmanı Viktor Liventsevin xatirəsinə həsr olunan beynəlxalq boks turnirinə yekun vurulub. Belarusun paytaxtı Minskdə keçirilən yarışda 15 ölkədən 100-dən artıq kişi və qadın boksçu qüvvəsini sınayıb.Azərtac xəbər verir ki, turnirdə mübarizə aparan Azərbaycan yığması Vətənə beş medalla dönüb. Millimizin heyətində Pərviz Bağırov (69 kq) finaladək irəliləyib və gümüş medalla kifayətlənib. Onun komanda yoldaşı Umud Rustəmov (56 kq) yarışı üçüncü pillədə başa vurub.Digər üç medalı isə qadın boksçularımız qazanıblar. Həmyerlilərimizdən Anaxanım Ağayeva (51 kq), Məhsəti Həmzəyeva (57 kq) və Şəhla Allahverdiyeva (75 kq) bürünc medala sahib olublar.Qeyd edək ki, Fuad Aslanov turnirdə ölkəmizi hakim kimi təmsil edib.xeber100.com

Avqust 7, 2017 11:05

“Baku World Open” turnirində qaliblər müəyyənləşib

Azərbaycan Futnet Assosiasiyasının (AFNA) təşkilatçılığı ilə keçirilən beynəlxalq futvole yarışları sırasına daxil olan "Baku World Open" turnirində qaliblər müəyyənləşib.Azərtac xəbər verir ki, iki gün davam edən turnirdə yarış kişilərdən ibarət komandaların oyunları ilə davam edib. Qrup mərhələsi çərçivəsində keçirilən matçların sonunda Azərbaycan, Rusiya, Hollandiya və İran yarımfinala vəsiqə qazanıb.Turnirin bu mərhələsində Hollandiya Azərbaycan yığmasını məğlub edərək finala adını yazdırıb. İkinci finalçı isə Rusiya komandasına qalib gələn İran yığması olub. Hollandiya və İran arasında baş tutan final qarşılaşmasında avropalılar Asiya təmsilçisini 2:1 hesabı ilə məğlub edərək ilk dəfə keçirilən "Baku World Open” turnirinin qalibi adını qazanıb.Qadınların yarışında isə Ukrayna yığması bütün rəqiblərini arxada qoyub. Qaliblərə kubok, medal və qiymətli hədiyyələr verilib.xeber100.com

Avqust 7, 2017 11:02

Avropa çempionatının birinci seçmə mərhələsində

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası avqustun 9-14 tarixlərində Macarıstanın Siofok şəhərində Avropa çempionatının birinci seçmə mərhələsində, avqustun 23-28-dək isə Almaniyanın Varnemunde şəhərində Avropa çempionatının ikinci seçmə mərhələsində iştirak edəcək.AFFA-dan Azərtac bildirilib ki, Azərbaycan milli komandası Portuqaliya, Belarus, Polşa, Almaniya, İtaliya, Ukrayna yığmaları ilə qarşılaşacaq.xeber100.com

Avqust 7, 2017 10:48

Milli Paralimpiya Komitəsinin məlumatı

Azərbaycan Milli Paralimpiya Komitəsinin cüdo üzrə komandasının üzvləri İngiltərənin Valsall şəhərində keçirilən Avropa çempionatında iştirak ediblər.Komitədən Azərtac-a bildiriblər ki, Azərbaycan cüdoçularından İlham Zəkiyev, Rövşən Səfərov, Sevda Vəliyeva və Xanım Hüseynova qızıl, Bayram Mustafayev gümüş, Ramil Qasımov və Hüseyn Rəhimli isə bürünc medal qazanıblar.Beləliklə, yarışda iştirak edən bütün idmançılarımız görüşlərini uğurla yekunlaşdıraraq millimizin aktivinə, ümumilikdə, dörd qızıl, bir gümüş və iki bürünc medal yazdırıblar.xeber100.com

Avqust 6, 2017 11:10

UEFA Çempionlar Liqası matçlarının saatları məlum olub

Ağdamın “Qarabağ” və Danimarkanın “Kopenhagen” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off matçlarının başlama saatları məlum olub.Azərtac UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, avqustun 15-də Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq ilk qarşılaşma saat 20:00-da başlayacaq. Bu, həm də günün ilk oyunu olacaq.Cavab görüşü isə avqustun 23-də Danimarkada Bakı vaxtı ilə saat 22:45-ə təyin olunub. Görüş Kopenhagendəki “Telia Parken” stadionunda keçiriləcək.Xatırladaq ki, Azərbaycanın çempionu Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Gürcüstanın “Samtredia”, üçüncü təsnifat raundunda isə Moldovanın “Şerif” klublarını mübarizədən kənarlaşdıraraq turnirin pley-off mərhələsinə yüksəlib.xeber100.com

Avqust 6, 2017 10:56

MDB ölkələri milli idman növlərinin festivalı keçiriləcək

Müstəqil Dövlətlər Birliyi ölkələrinin ən iri idman tədbiri təşkil olunur.Azərtac xəbər verir ki, avqustun 12-15-də Rusiyanın Ulyanovsk vilayətində MDB ölkələrinin milli idman növlərinin və oyunlarının birinci festivalı keçiriləcək. Bu festivala 1000-dən çox idmançı və 70 mindən çox azarkeş qatılacaq. Azərbaycanın da iştirak edəcəyi bu mötəbər tədbirin proqramına Olimpiya və qeyri-Olimpiya idman növləri daxil edilib.Təntənəli paradla başlayacaq festivalda MDB xalqlarının milli idman ənənələri ilə bağlı sərgi, Birliyə üzv ölkələrin idman kinosu festivalı keçiriləcək. Həmçinin MDB ölkələri və xalqlarının dostluğu parkının təməli qoyulacaq. Bundan başqa, idman və estrada ulduzları ilə gündəlik təlimlər, beynəlxalq etno-mədəni forum təşkil ediləcək.Festivalda 70 dəst medal uğrunda mübarizə aparılacaq.xeber100.com

Avqust 6, 2017 10:07

Beynəlxalq turnirə start verilib

Avqustun 5-də Bakı Su İdmanı Sarayında futvole (çimərlik voleybolu və futbolun sintezi) üzrə beynəlxalq turnirə start verilib.Azərtac xəbər verir ki, Azərbaycan Futnet Assosiasiyasının (AFNA) təşkilatçılığı ilə keçirilən turnir iki gün davam edəcək.“Baku World Open” adlanan turnirdə kişilərdən ibarət 8, qadınlardan ibarət 4 komanda yarışır.Qadınların yarışında Azərbaycan, Rusiya (iki komanda) və Ukrayna iştirak edir. Kişilərin yarışda Azərbaycan yığması ilə yanaşı, Rusiya (iki komanda), Finlandiya, Pakistan, Hollandiya, İran və Ukrayna komandaları mübarizə aparır.“Baku World Open” turniri beynəlxalq futvoley yarışları sırasına daxildir.Əvvəlcə Azərbaycanın qadınlardan ibarət yığması Rusiyanın birinci komandası ilə qarşılaşıb. Təmsilçilərimiz ilk görüşdə qalib gəliblər - 2:0.Turnirin açılış mərasimimdə AFNA-nın prezidenti Vüqar Xəlilov yarış iştirakçılarını və idmançıları salamlayaraq onlara uğurlar arzulayıb.Daha sonra “Baku World Open” turniri rəsmi olaraq açıq elan edilib.Yarış kişilərdən ibarət komandaların oyunları ilə davam edib.xeber100.com

Avqust 6, 2017 9:57

“Qalatasaray” daha bir futbolçu ilə müqavilə imzalayıb

Türkiyənin “Qalatasaray” komandası daha bir futbolçu ilə müqavilə imzalayıb.Azərtac klubun saytına istinadla xəbər verir ki, “Qalatasaray” İngiltərənin “Mançester Siti” komandasının yarımmüdafiəçisi Fernandonu heyətinə cəlb edib. Otuz yaşlı təcrübəli futbolçunun transferi üçün İngiltərə klubuna 5 milyon 250 min avro ödənib.Braziliyalı futbolçu ilə üçillik müqavilə imzalanıb. O, “sarı-qırmızılılar”ın heyətində ildə 3,3 milyon avro məvacib alacaq.Qeyd edək ki, karyerası boyunca Braziliyanın “Vila Nova”, Portuqaliyanın “Porto” və “Estrela Amadora” komandalarında forma geyən Fernando 2014-cü ildən “Mançester Siti”nin heyətində çıxış edirdi. O, son mövsümdə İngiltərə klubunun heyətində 64 oyunda 4 qol vurub.Xatırladaq ki, “Qalatasaray” bir müddət əvvəl 7 milyon 500 min avro ödəyərək seneqallı yarımmüdafiəçi Badu Ndiayeni digər Türkiyə klubu “Osmanlıspor”dan transfer edib. Bu futbolçu son mövsüm Türkiyə Superliqa təmsilçisinin heyətində meydana çıxdığı 42 matçda 7 dəfə fərqlənib.xeber100.com

Avqust 5, 2017 11:35

Güləş üzrə dünya çempionatı davam edir

Finlandiyanın Tampere şəhərində güləş üzrə gənclər arasında dünya çempionatı davam edir.Dördüncü yarış günündə 48, 55, 63 və 72 kq çəki dərəcələrində gənc qızlar mübarizə aparır. Yığma komandamızın 2 üzvü yarışda iştirak edir.Azərtac xəbər verir ki, 48 kq-da mübarizə aparan Türkan Nəsirova bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Güləşçimiz ardıcıl olaraq Avstriya və Türkiyə təmsilçilərini vaxtından əvvəl, Qazaxıstan və Tunis idmançılarını isə böyük xal fərqi ilə mübarizədən kənarlaşdırıb. Final görüşündə onun rəqibi Yaponiya idmançısı olacaq.55 kq çəkidə yarışan Leyla Qurbanova ilk görüşündə Koreya idmançısına vaxtından əvvəl qalib gəlib. Ardınca Yaponiya təmsilçisinə uduzan güləşçimiz rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılıb. Macarıstan təmsilçisi ilə gərgin keçən görüşü qalib başa vuran Leyla bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə onun rəqibi Ukrayna idmançısı olacaq.xeber100.com

Avqust 5, 2017 11:29
    Page 659 of 830« First«...102030...657658659660661...670680690...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az