06 Dekabr 2025 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Beynəlxalq Çempionlar Kuboku turnirində növbəti oyun keçirilib

Futbol üzrə Beynəlxalq Çempionlar Kuboku turnirində növbəti oyun keçirilib.Azərtac xəbər verir ki, ABŞ-ın Hyuston şəhərində Mançester derbisi baş tutub.Altımış yeddi mindən çox azarkeşin izlədiyi matçda əzəli rəqiblər - “Mançester Yunayted” və “Mançester Siti” qarşılaşıblar.“NRG Stadum”da keçirilən görüşdə “Mançester Yunayted” üç dəqiqə ərzində vurduğu 2 qol sayəsində qələbə qazanıb. “Qırmızı şeytanların” futbolçusu Lukaku 37-ci dəqiqədə hesabı açıb. Bu qoldan iki dəqiqə sonra Reşford hesab arasındakı fərqi iki topa çatdırıb.xeber100.com

İyul 21, 2017 10:18

“Sumqayıt” futbol klubu növbəti yoxlama matçını keçirib

2017/2018-ci il futbol mövsümünə hazırlaşan “Sumqayıt” futbol klubu hazırlığın ikinci mərhələsi üçün yollandığı Boluda növbəti yoxlama matçını keçirib.Azərtac xəbər verir ki, komandamız Səudiyyə Ərəbistanı təmsilçisi “Al-Fateh” klubu ilə üz-üzə gəlib.Qarşılaşma “Sumqayıt” klubunun hücumları ilə başlayıb. Oyunun əvvəlindən hücuma atılan komandamız hesabı 14-cü dəqiqədə açıb. Sumqayıt təmsilçisinin yeni transferi Rəşad Eyyubov cərimə zərbəsindən topu qapının “uzaq doqquzluğ”una göndərməklə baxımlı qola imza atıb.Oyunun 37-ci dəqiqəsində Rəşad Eyyubov daha bir gözəl qolla yadda qalıb. Fasilədən sonra heyətdə bir neçə dəyişiklik oldu. Ümumiyyətlə, baş məşqçi Samir Abasov bu oyunda bütün futbolçuları sınaqdan keçirib.İkinci hissə də “Sumqayıt”ın üstünlüyü ilə keçib. Qarşılaşmanın 88-ci dəqiqəsində Tural Bayramlının cinah ötürməsindən sonra Ramil Həsənov başla vurduğu qolla oyunun hesabını rəsmiləşdirib.Beləliklə, görüş “Sumqayıt”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.xeber100.com

İyul 21, 2017 10:10

“Qarabağ” futbol klubunun rəqibi müəyyənləşib

"Qarabağ" futbol klubunun Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.Azərtac xəbər verir ki, Azərbaycan klubu Moldovanın "Şerif" komandası ilə oynayacaq. "Şerif" II təsnifat mərhələsində Albaniyanın "Kukesi" komandasına qalib gəlib. İki komanda arasındakı cavab görüşündə "Kukesi" 2:1 hesabı ilə qalib gəlib. Lakin ilk görüşdə 1:0 hesabı ilə qalib gələn "Şerif" Albaniyadakı qələbəsi sayəsində irəli çıxıb."Qarabağ" ilə "Şerif" arasındakı ilk oyun iyulun 25-26-da Bakıda, cavab görüşü isə 1-2 avqustda Tiraspolda keçiriləcək.xeber100.com

İyul 20, 2017 2:03

“Zirə” futbol klubu UEFA Avropa Liqası yarışlarında

Bu gün Bakının “Zirə” futbol klubu UEFA Avropa Liqası yarışlarında növbəti oyununu keçirəcək.Azərtac xəbər verir ki, Bakı təmsilçisi turnirin ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Astra” (Rumıniya) ilə qarşılaşacaq.“Dalğa Arena”da keçiriləcək matçı gürcüstanlı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Georgi Vadaçkoria olacaq. Ona həmyerliləri Zaza Menteşaşvili və Giorgi Elikaşvili kömək edəcəklər. Dördüncü hakim funksiyasını Georgi Kikaçeişvili yerinə yetirəcək.Qarşılaşmanın UEFA nümayəndəsi estoniyalı Tarqo Kaldoya, hakim-inspektoru isə rusiyalı Sergey Zuyev olacaq.“Zirə”-“Astra” oyunu saat 21:00-da başlayacaq.Komandalar arasında bir həftə əvvəl Rumıniyada təşkil olunan birinci matçda “Astra” 3:1 hesabı ilə qalib gəlib.xeber100.com

İyul 20, 2017 1:52

Futzal üzrə yoldaşlıq görüşü keçirilib

Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı ilə idman jurnalistləri və güləş üzrə ölkə yığma komandalarının idmançı və məşqçi heyəti arasında futzal üzrə yoldaşlıq görüşü keçirilib.Azərtac xəbər verir ki, Olimpiya Güləş Mərkəzinin oyun zalında baş tutan görüş dostluq şəraitində keçib.Yekunda güləş yığmamızın üzvləri və məşqçiləri jurnalistlər yığmasına 6:2 hesabı ilə qalib gəliblər.Oyun başa çatdıqdan sonra jurnalistlər üçün ziyafət verilib. Sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov çıxış edərək mətbuat nümayəndələrini peşə bayramı münasibətilə təbrik edib.xeber100.com

İyul 20, 2017 1:29

“Kəpəz” futbol klubu “Samsunspor” ilə qarşılaşacaq

Türkiyədə təlim-məşq toplanışında olan “Kəpəz” futbol klubu bu gün ilk yoxlama oyununu keçirəcək.Azərtac xəbər verir ki, “sarı-göylər” Ərzurumda “Samsunspor” ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.“Kəpəz”in ölkə xaricindəki hazırlıq dövründə daha iki yoxlama görüşü keçirməsi nəzərdə tutulub.xeber100.com

İyul 20, 2017 1:26

“İnter” futbol klubu növbəti oyununu keçirəcək

Bu gün Bakının “İnter” futbol klubu UEFA Avropa Liqası yarışlarında növbəti oyununu keçirəcək.Azərtac xəbər verir ki, Bakı təmsilçisi turnirin ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Fola” (Lüksenburq) ilə qarşılaşacaq.“Emil Mayriş” stadionunda keçiriləcək matçı litvalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Donatas Rumsas olacaq.Qarşılaşmanın UEFA nümayəndəsi portuqaliyalı Alvaro Albino, hakim-inspektoru isə ukraynalı Vasili Melniçuk olacaq.Komandalar arasında bir həftə əvvəl Bakıda təşkil olunan birinci matçda “İnter” 1:0 hesabı ilə qalib gəlib.xeber100.com

İyul 20, 2017 1:23

Futzal üzrə yoldaşlıq görüşü keçiriləcək

22 iyul - Milli Mətbuat Günü ilə əlaqədar olaraq Azərbaycan Güləş Federasiyası və İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə idman jurnalistləri və güləş üzrə ölkə yığma komandalarının idmançı və məşqçi heyəti arasında futzal üzrə yoldaşlıq görüşü keçiriləcək.Azərtac xəbər verir ki, yoldaşlıq görüşü iyulun 19-da Olimpiya Güləş Mərkəzinin oyun zalında baş tutacaq.xeber100.com

İyul 19, 2017 11:27

Həndbol Federasiyasının məlumatı

Azərbaycanın qadınlardan ibarət həndbol komandalarının Avropanın nüfuzlu klub turnirlərindəki rəqibləri məlum olub.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildiriblər ki, Mingəçevirin “Nur” komandası Avropa Həndbol Federasiyası (EHF) kuboku yarışında İsveçin “Luqi HK”, Bakının “Azəryol” klubu isə “Çağırış Kuboku” (“Challenge Cup”) turnirində Lüksemburq təmsilçisi “HB Dudelanj”la qarşılaşacaq.Ölkə çempionu “Nur” yarışlara birinci təsnifat mərhələsindən qoşulacaq. İlk mərhələnin qarşılaşmaları sentyabrın 9-10-da, cavab oyunları bir həftə sonra keçiriləcək.Ölkə çempionatının gümüş medalçısı “Azəryol” isə turnirdə mübarizəyə üçüncü təsnifat mərhələsindən başlayacaq. Üçüncü mərhələnin görüşləri noyabrın 11-12-də və 18-19-da oynanılacaq.xeber100.com

İyul 19, 2017 11:25

“Sumqayıt” klubu ilk yoxlama matçını keçirib

2017/2018-ci il futbol mövsümünə hazırlaşan “Sumqayıt” klubu hazırlığın ikinci mərhələsi üçün yollandığı Boluda ilk yoxlama matçını keçirib.Azərtac xəbər verir ki, komandamız Superliqa təmsilçisi “Osmanlıspor”la üz-üzə gəlib.Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə “Sumqayıt” komandası 1:2 hesabı ilə məğlub olub. “Sumqayıt”ın heyətində Amil Yunanov fərqlənib.1978-ci ildə yaradılmış klub 2014-cü ildən “Osmanlıspor” adını daşıyır. 2016/2017-ci il mövsümündə UEFA Avropa Liqasında çıxış etmiş komanda 1/16 final mərhələsində mübarizəni dayandırıb. Ötən mövsüm Türkiyə Supeliqasını 13-cü sırada tamamlayan Ankara təmsilçisinin heyətində Pierre Vebo 9 qolla komandanın ən məhsuldar futbolçusu olub.xeber100.com

İyul 19, 2017 11:21
    Page 666 of 830« First«...102030...664665666667668...680690700...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az