04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Zirə” futbol klubu növbəti oyununu keçirib

İyulun 13-də Bakının “Zirə” futbol klubu UEFA Avropa Liqası yarışlarında növbəti oyununu keçirib.Azərtac xəbər verir ki, Bakı təmsilçisi turnirin ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Rumıniyada yerli “Astra” komandasının qonağı olub.Giurgiu şəhərindəki Marin Anastasoviçi stadionunda keçirilən oyunun 31-ci dəqiqəsində meydan sahibləri hesabı açıblar. Rumıniya təmsilçisinin heyətində Aleksandru Yonita fərqlənib. Dörd dəqiqə sonra “Zirə”nin futbolçusu Rəşad Sadiqov hesabı bərabərləşdirib. Komandaların cəhdlərinə baxmayaraq ilk hissənin sonunadək hesab dəyişməyib – 1:1.“Astra” ikinci hissəyə daha fəal başlayıb. Matçın 55-ci dəqiqəsində Aleksandru Dandea, 74-cü dəqiqəsində isə Antoni Le Tallek “Zirə”nin qapıçısı Anar Nəzirovu məyus ediblər. Qarşılaşmanın qalan dəqiqələrində komandalar təhlükəli vəziyyətlər yaratsalar da, tabloda rəqəmlər dəyişməyib.Beləliklə, görüş “Astra”nın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda keçiriləcək.Qeyd edək ki, “Zirə” turnirin birinci təsnifat mərhələsində Lüksemburqun "Differdange" komandasından üstün olub.xeber100.com

İyul 14, 2017 10:52

Beynəlxalq Şahmat Federasiyasının məlumatı

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) saytında sentyabrın 2-dən 27-dək Tbilisidə keçiriləcək Dünya Kuboku yarışlarında iştirak etmək hüququ olan 128 şahmatçının siyahısı yerləşdirilib.Azərtac xəbər verir ki, siyahıda yalnız FIDE-nin beş nominantının və Afrikanın iki nümayəndəsinin adları yoxdur.Azərbaycanı iki şahmatçı – beynəlxalq qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edəcəklər.Tam siyahı ilə www.fide.com linkində tanış ola bilərsiniz.xeber100.com

İyul 13, 2017 1:45

“İnter” futbol komandası “Fola” klubunu qəbul edib

İyulun 12-də UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinə start verilib.Azərtac xəbər verir ki, ilk oyunda Bakının “İnter” futbol komandası “Dalğa Arena”da Lüksemburqun “Fola” klubunu qəbul edib.Gərgin idman mübarizəsi şəraitində keçən oyunda bakılılar minimal hesabla qələbə qazanıblar. Oyunun taleyini həll edən qol matçın sonunda vurulub. “İnter”in heyətində Mirhüseyn Seyidov 89-cu dəqiqədə adını tabloya yazdırıb.Beləliklə, oyun “İnter”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.xeber100.com

İyul 13, 2017 1:18

“Sumqayıt” klubu hazırlıq prosesinin ilk mərhələsini başa vurub

Topaz Premyer Liqasının 2017/2018-ci illər mövsümü üçün çalışmalarını davam etdirən “Sumqayıt” futbol klubu hazırlıq prosesinin ilk mərhələsini başa vurub.Klubun mətbuat xidmətindən Azərtac–a bildirilib ki, komanda iyulun 12-də axşam “Kapital Bank Arena” stadionunda sonuncu məşqinə çıxıb.Əsasən toplu çalışmalara üstünlük verən məşqçi Samir Abasovun planına əsasən, komanda iki gün istirahət edəcək.“Sumqayıt” futbol klubu iyulun 15-də Türkiyəyə yola düşəcək və hazırlıq proqramını qardaş ölkədə davam etdirəcək.xeber100.com

İyul 13, 2017 1:14

UEFA Avropa Liqasının ilk oyunu çərçivəsində…

Bu gün “Qəbələ” klubu futbol üzrə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq.Azərtac xəbər verir ki, bu mərhələnin ilk oyunu çərçivəsində Qəbələ təmsilçisi Polşanın “Yagelloniya” klubunu qəbul edəcək.Qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi almaniyalı Marko Fritz olacaq. Ona həmyerliləri Holger Gunter Henşel və Marsel Pelgrim kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Guido Vinkmann yerinə yetirəcək.Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək oyun saat 21:00-da start götürəcək. Cavab matçı bir həftə sonra Polşada oynanılacaq.xeber100.com

İyul 13, 2017 1:09

“Zirə” futbol klubu növbəti oyununu keçirəcək

Bu gün Bakının “Zirə” futbol klubu UEFA Avropa Liqası yarışlarında növbəti oyununu keçirəcək.Azərtac xəbər verir ki, Bakı təmsilçisi turnirin ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Rumıniyada yerli “Astra” komandasının qonağı olacaq.Giurgiu şəhərindəki Marin Anastasoviçi stadionunda keçiriləcək oyunu belaruslu hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Sergey Sinkeviç olacaq. Ona həmyerliləri Yevgeni Romanov və Vitali Malyutsin kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Viktor Şimusik yerinə yetirəcək.Görüşün UEFA nümayəndəsi bolqarıstanlı İvan Borissov Lekov, hakim-inspektoru isə çexiyalı İrji Ulrix olacaq.Qeyd edək ki, “Zirə” turnirin birinci təsnifat mərhələsində Lüksemburqun “Differdange” komandasından üstün olub.xeber100.com

İyul 13, 2017 1:04

Atıcılıq üzrə respublika çempionatına yekun vurulub

Güllə atıcılığı üzrə respublika çempionatına yekun vurulub.Azərtac xəbər verir ki, Bakı Atıcılıq Mərkəzində keçirilən yarışda “Neftçi İdman Klubu”nun təmsilçiləri də bacarıqlarını nümayiş etdiriblər.Pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışında Ruslan Lunyov qalib adını qazanıb. Elvin Astanov isə çempionatın gümüş medalına yiyələnib.Qadınlar arasında Lalə Mirzəzadə ikinci, Zeynəb Abbasova isə üçüncü yeri tutublar.xeber100.com

İyul 13, 2017 12:21

“Yuventus” futbol klubu transfer çalışmalarını davam etdirir

“Yuventus” futbol klubu heyətinə yeni oyunçu cəlb edib.Azərtac xəbər verir ki, “Bavariya”nın futbolçusu Duqlas Kosta gələn mövsüm icarə əsasında Turin klubunda çıxış edəcək.Braziliyalı yarımmüdafiəçi “Yuventus” üçün tibbi baxışdan keçib. İtaliya çempionu mövsümün sonunda Kostanı birdəfəlik transfer etmək hüququna da malikdir.Qeyd edək ki, 2015-ci ildən “Bavariya”da çıxış edən 26 yaşlı futbolçunun Münhen klubu ilə 2020-ci ilə qədər müqaviləsi var.xeber100.com

İyul 13, 2017 12:18

Gimnastika Federasiyasının məlumatı

Almaniyanın paytaxtında bədii gimnastika üzrə ənənəvi “Berlin Masters” adlı “Challenge” seriyasına aid dünya kuboku başa çatıb.Azərbaycan Gimnastika Federasiyasından Azərtac-a verilən xəbərə görə, qeyd olunan turnir gimnastikanın əz zərif nümayəndələri üçün yaddaqalan olub.Yarışda ölkəmizi qrup hərəkətləri komandasının tərkibində təmsil etmiş Ayşən Bayramova, Zeynep Celep, Diana Doman, Aleksandra Platonova və Siyana Vasileva hər iki kompozisiyada final mərhələsinə yüksəlməyi bacarıblar. Həlledici mərhələdə isə 3 top/2 iplə çıxışları onlara bürünc medal qazandırıb. İlk iki pillədə isə müvafiq olaraq Rusiya və Ukrayna təmsilçiləri qərarlaşıb. Bədii gimnastlarımızın digər final çıxışı halqalarla olub. Onlar bu nümayişə görə hakimlərdən 16.100 xal alaraq 5-ci yerlə kifayətləniblər. Çoxnövçülükdə isə qızlarımız medalın bir addımlığında, 4-cü yerdə qərar tutublar.Fərdi proqramda isə Zöhrə Ağamirova və qrup komandasının öndə gedən üzvlərindən biri Ayşən Bayramova da yer alıb. Uzun fasilədən sonra yenidən fərdi gimnast kimi özünü sınayan Ayşən, lentlə final çıxışında 8-ci, çoxnövçülükdə isə 18-ci olub. Komanda yoldaşı Zöhrə isə çoxnövçülükdə 14-cü pillədə qərarlaşıb.xeber100.com

İyul 12, 2017 11:10

İdman Tennis Kompleksinin açılışı olub

İyulun 12-də İdman Tennis Kompleksinin əsaslı təmirdən sonra açılışı olub.Azərtac xəbər verir ki, tədbirdə rəsmi şəxslər iştirak ediblər.Ərazisi 1,16 hektar olan İdman Tennis Kompleksi 1986-cı ildə inşa edilib. Fəaliyyət göstərdiyi müddətdə kompleksdə əsaslı təmir və yenidənqurma işləri aparılmayıb.Cari ilin birinci yarısından başlayaraq, kompleksin bina və qurğularında əsaslı təmir, yenidənqurma işlərinə başlanılıb və zəruri tikinti-quraşdırma işləri aparılıb.Kompleksin əsas binası, tribunası, gözətçi-keçid məntəqəsi əsaslı təmir olunub, buradakı 6 tennis kortunun xüsusi tennis örtüyü dəyişdirilib, işıqlandırma sistemi yenidən qurulub və müvafiq ləvazimatlarla təmin olunub.xeber100.com

İyul 12, 2017 11:07
    Page 670 of 830« First«...102030...668669670671672...680690700...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az