05 Fevral 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Avropa çempionatı başa çatıb

Almaniyanın Dortmund şəhərində gənclər arasında Avropa çempionatı başa çatıb.Azərtac xəbər verir ki, yunan-Roma güləşi üzrə yarışlarda 50 kiloqram çəki dərəcəsində bürünc medal görüşündə ermənistanlı rəqibinə tam üstünlüklə qalib gələn Türkiyə pəhləvanı Cemal Mutlu Azərbaycan bayrağı ilə qələbə dövrəsi vurub.xeber100.com

İyul 5, 2017 11:44

“Monako” klubu 13 milyon avro təzminat ödəyib

“Monako” klubu heyətinə yeni futbolçu cəlb edib.Azərbaycan xəbər verir ki, Fransa təmsilçisi “Feyenoord”un müdafiəçisi Terenke Konqolo ilə 5 illik müqavilə imzalayıb. Bu transfer üçün “Monako” Hollandiya klubuna 13 milyon avro təzminat ödəyib.Qeyd edək ki, T.Konqolo ötən mövsüm 23 matçda 1 qol vurub və 2 məhsuldar ötürmə edib.xeber100.com

İyul 4, 2017 10:51

Atıcılıq Federasiyasının məlumatı

Bakıda keçiriləcək atıcılıq üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.Azərbaycan Atıcılıq Federasiyasından Azərtac-a bildirilib ki, yığmamız 25, 50 və 300 metr məsafələrdən hədəfi nişan almada güllə, həmçinin stendin bütün növləri üzrə Bakıda keçiriləcək Avropa çempionatına 20 snayperlə qatılacaq.Belə ki, güllə atıcıları arasında ölkəmizin idman şərəfini iki idmançı qoruyacaq. Yeniyetmələrin yarışında Nəzrin Abbaslı, böyüklərin mübarizəsində isə Ruslan Lunyov sərrastlığını nümayiş etdirəcək.Stend atıcıları arasında isə 18 snayperimiz yarışacaq. Yeniyetmələrin Olimpiya Festivalına lisenziya verəcək aşağı yaş qrupu üzrə çempionatda hədəf önünə Mirmömin Ağazadə, Cavid Həsənov, Aydan Camalova, Vaqif Məhəmmədov və Sabir Mehdizadə çıxacaqlar.Böyüklər arasında isə Niyaz Ağazadə, Paşa Əhədpur, Əlimirzə Quliyev, Şəfəq Əmrahova, Fuad Qurbanov, Əli Hüseynli, Elvin İsmayılov, Emin Cəfərov, Nurlana Cəfərova, Püstəxanım Məlikova, Tamerlan Məmmədov, Regina Meftahətdinova və Ramil Rüstəmzadə medallar uğrunda mübarizə aparacaqlar.Qeyd edək ki, iyulun 21-də start götürəcək yarış avqustun 4-dək davam edəcək.xeber100.com

İyul 4, 2017 10:47

UEFA Avropa Liqasının cavab oyunları çərçivəsində…

Futbol üzrə UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Dalğa Arena”da keçiriləcək “İnter” (Bakı)–“Mladost” (Serbiya) oyununu ukraynalı hakimlər idarə edəcək.Azərtac AFFA-ya istinadla xəbər verir ki, görüşün baş hakimi Mykola Balakin olacaq. Ona həmyerliləri Volodimir Volodin və Oleksandr Korniyko kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Anatoli Jabçenko yerinə yetirəcək.Matçın UEFA nümayəndəsi moldovalı Sergiu Lisnic, hakim-inspektoru isə polşalı Robert Malek olacaq.Qarşılaşma iyulun 6-da saat 21.00-da başlayacaq.Qeyd edək ki, komandalar arasında keçirilən ilk oyunda “İnter” 3:0 hesabı ilə qələbə qazanıb.xeber100.com

İyul 4, 2017 10:43

Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə…

İyulun 3-də Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib.ASTF-dən Azərtac-a bildirilib ki, turnirin açılış mərasimində Federasiyanın vitse-prezidenti F.Məmmədov çıxış edərək ölkəmizdə idmana böyük diqqət və qayğı göstərildiyini, müasir standartlara cavab verən idman və sağlamlıq infrastrukturunun yaradıldığını vurğulayıb.Federasiyanın vitse-prezidenti ölkəmizdə digər idman növləri ilə yanaşı, stolüstü tennisin də inkişaf etdiyini, bu idman növünə uşaq və yeniyetmələrin getdikcə artan marağını diqqətə çatdırıb.Sonra yarışlara start verilib.Xatırladaq ki, Azərbaycan birinciliyinə iyulun 6-da yekun vurulacaq.xeber100.com

İyul 4, 2017 10:33

Sambo üzrə beynəlxalq turnir keçiriləcək

İyulun 5-9-da Qazaxıstanın paytaxtı Astanada ölkə prezidenti Nursultan Nazarbayevin mükafatı uğrunda sambo üzrə beynəlxalq turnir keçiriləcək.Azərbaycan Sambo Federasiyasından Azərtac-a bildiriblər ki, yarışda millimizin heyətində Yusif Kərimov (52 kq), Rəşad Dünyamalıyev (57 kq), Emin Qulamov (68 kq), Samir Kərimov (74 kq) və Ceyhun Hüseynov (82 kq) birincilik uğrunda mübarizə aparacaqlar.Yığmamız baş məşqçi Yaqub Abdullayevin rəhbərliyi altında yarışacaq.Turnirdə ölkəmizi beynəlxalq dərəcəli hakim Cabir İsmayılov təmsil edəcək.xeber100.com

İyul 4, 2017 10:30

“Milan” klubu yeni futbolçu transfer edib

“Milan” klubu Türkiyə milli komandasının futbolçusu Hakan Çalhanoğlunu transfer edib.Azərtac klubun rəsmi saytına istinadla xəbər verir ki, İtaliyaya yollanaraq “Milan”da tibbi müayinədən keçən 23 yaşlı yarımmüdafiəçi dördillik müqaviləyə imza atıb.İtaliya təmsilçisi futbolçunu heyətinə qatmaq üçün Hakan Çalhanoğlunun çıxış etdiyi “Bayer Leverkusen” klubuna 20 milyon avro ödəməyə razılaşıb. Ancaq Türkiyə millisinin üzvü çıxışına görə, Almaniya klubunda daha dörd milyon avro bonus qazana bilər. Oyunçunun yeni komandasında illik məvacibi 2,5 milyon avro olacaq.Qeyd edək ki, ötən mövsüm Bundesliqada 15 oyunda meydana çıxan yarımmüdafiəçi 6 qol vurub və 5 məhsuldar ötürmə verib.xeber100.com

İyul 4, 2017 10:21

Dünya çempionatının mərhələ yarışı keçirilib

Polşada ralli üzrə dünya çempionatının mərhələ yarışı keçirilib.Azərbaycan Avtomobil Federasiyasından Azərtac-a bildirilib ki, sayca səkkizinci mərhələdə ilk iki yeri “Hyundai Motorsport” komandasının təmsilçiləri tutub. Təyin olunan marşrutu birinci qət edən Tyerri Nevill 2 saat 40 dəqiqə 46.1 saniyə göstərici ilə mərhələnin qalibi adını qazanıb. Onun komanda yoldaşı Hayden Paddon finişə 2 saat 42 dəqiqə 10 saniyəyə çatmaqla ikinci yerlə kifayətlənib. Dəfələrlə dünya çempionu, “M-Sport” kollektivinin aparıcı pilotu Sebastyen Ojye isə bu dəfə qalibdən 2 dəqiqə 20.8 saniyə geri qalmaqla üçüncü olub.Səkkiz mərhələdən sonra ümumi nəticəyə liderlik hələ ki, S.Ojyeyə məxsusdur. Fransalı pilotun aktivində 160 xal var. T.Nevill 149 xalla ikinci, finlandiyalı Yari-Matti Latvala 112 xalla üçüncü pillədə qərarlaşıblar.Ralli üzrə dünya çempionatının doqquzuncu mərhələsi iyulun 27-30-da Finlandiyada təşkil olunacaq.xeber100.com

İyul 4, 2017 10:18

“Qəbələ” daha bir futbolçunun keçidini gerçəkləşdirib

Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” daha bir futbolçunun keçidini gerçəkləşdirib. İlqar Qurbanov, Aqil Məmmədov, Elvin Məmmədov, ispaniyalı Xavyer Ernandes Qonzales, fransalı Stiven Jozef-Monroz, hollandiyalı Dion Malone və şotlandiyalı Endi Hallideylə anlaşan “qırmızı-qaralar” hücum xəttini legionerlə gücləndirib.Azərtac kluba istinadla xəbər verir ki, malili hücumçu Famoussa Kone icarə əsasında 1 il “Qəbələ”nin formasını geyinəcək.Forvard karyerasına Fransada başlayıb. Kone 2012-2016-cı illərdə “Bastiya” klubunun əsas və “B” komandalarında çıxış edib. 2015-2016-cı illərdə icarə əsasında Türkiyənin “Samsunspor” klubunun uğurları üçün çalışan hücumçu ötən il “Göztəpə” ilə anlaşıb. 2016/2017-ci il mövsümünün ilk yarısını İzmir klubunda keçirən malili qışda “Samsunspor”a icarəyə verilib. 2013-cü ildə Malinin U-20 milli komandasına cəlb olunan Kone Afrika çempionatında iştirak edib. Onun çıxış etdiyi yığma yarışın yarımfinalına qədər irəliləyib.xeber100.com

İyul 3, 2017 12:01

Beynəlxalq şahmat turniri keçirilir

Korsika adasında Fransanın Portiçço şəhərində beynəlxalq şahmat turniri keçirilir.Azərtac xəbər verir ki, turnirdə 144 şahmatçı, o cümlədən 18 qrossmeyster iştirak edir. Azərbaycanı qrossmeysterlər Qədir Hüseynov və Eltac Səfərli təmsil edir. Birinci turdan sonra təmsilçilərimizin hər birinin aktivində bir xal var.İsveçrə sistemi üzrə keçirilən yarış 9 turdan ibarətdir.xeber100.com

İyul 3, 2017 11:55
    Page 675 of 830« First«...102030...673674675676677...680690700...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az