08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

“İnter” futbol klubu “Mladost”u qəbul edib

"İnter" komandası "Mladost"u 2:0 hesabı ilə məğlub edib. Komandalar arasında bir həftə əvvəl Serbiyada keçirilən oyunda da Bakı təmsilçisi qalib gəlib - 3:0. İki oyunun nəticəsinə görə, "İnter" UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinə yüksəlib"İnter" komandası "Mladost" ilə oyunda hesab arasındakı fərqi artırıb. Matçın 74-cü dəqiqəsində Nizami Hacıyevin qolu ilə qarşılaşmada hesab 2:0 olub. "İnter"-"Mladost" oyununun ilk hissəsi başa çatıb. "İnter" görüşün 23-cü dəqiqəsində Denis Silvanın qolu ilə fasiləyə üstün yollanıb -1:0."İnter" komandası "Mladost" ilə oyunda hesabı açıb. Görüşün 23-cü dəqiqəsində Bakı təmsilçisinin heyətində Denis Silva fərqlənib.xeber100.com    

İyul 7, 2017 11:44

“Zirə” futbol klubu “Differdange” klubunun qonağı olub

UEFA Avropa Liqasında debüt edən Bakının “Zirə” futbol klubu ikinci təsnifat mərhələsinə adlayıb.Azərtac xəbər verir ki, iyulun 6-da “Zirə” Lüksemburqdakı “Municipial de Differdange” stadionunda yerli “Differdange” klubunun qonağı olub.Qarşılıqlı hücumlar şəraitində keçən oyunun ilk hissəsi meydan sahiblərinin minimal üstünlüyü ilə yekunlaşıb. Görüşün 11-ci dəqiqəsində David Vandenbrok komandasını hesabda önə çıxarıb.İkinci hissədə Bakı təmsilçisi daha inamlı təsir bağışlayıb. Belə ki, görüşün 64-cü dəqiqəsində David Manqa, dörd dəqiqə sonra isə Riçard Qadze fərqləniblər.Oyunun qalan dəqiqələrində hər iki komandanın təhlükəli zərbələri olsa da, futbolçular fərqlənə bilməyiblər.Beləliklə, görüş “Zirə”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında bir həftə əvvəl Bakıda təşkil olunan matç da komandamızın 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb. İki görüşün nəticəsinə görə, “Zirə” UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinə adlayıb.xeber100.com

İyul 7, 2017 11:37

Hava və Ekstremal İdman Növləri Federasiyasının məlumatı

Gürcüstanın Svanetiya bölgəsinin Lentexi ərazisində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) idmançılarının da iştirak etdiyi idman dırmanması üzrə beynəlxalq turnir keçirilib.FAİREX-dən Azərtac-a bildirilib ki, sürət və çətinlik növü üzrə təşkil olunan yarışda ölkəmizi məşqçi Çingiz Tağızadənin rəhbərlik etdiyi yığmamızın üzvləri təmsil ediblər.Təmsilçilərimiz uğurla çıxış edərək üç gümüş medal qazanıblar. Komanda üzvlərimizdən Gəray Əliyev sürət və çətinlik, Fuad Abdullayev isə yalnız çətinlik növü üzrə yarışda ikinci olublar.xeber100.com

İyul 7, 2017 11:32

Avropa Liqasının cavab oyunlarından sonra UEFA reytinq cədvəlini açıqlayıb

Futbol üzrə Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA yeni reytinq cədvəlini açıqlayıb.Azərtac xəbər verir ki, Azərbaycan yalnız xal ehtiyatını artırıb. Belə ki, “Zirə” səfərdə “Differdange” komandasını 2:1, “İnter” isə doğma meydanda “Mladost”u 2:0 hesabı ilə məğlub edib. İki qələbə ilə Azərbaycan hesabına 0,500 xal yazdırıb. Bununla da cari mövsüm 4 oyunda 4 qələbə əldə edən klublarımızın qazancı 1,000-ə çatıb.Nəticədə son 5 mövsümün cəmindəki əmsalımız 15,750-yə yüksəlib. Azərbaycan bu göstərici ilə 23-cü pillədə qərarlaşıb.xeber100.com

İyul 7, 2017 11:26

“İnter” klubu Serbiyanın “Mladost” komandasını qəbul edəcək

Bu gün Bakının “İnter” futbol klubu UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində ikinci oyununa çıxacaq.Azərtac xəbər verir ki, “Dalğa Arena”da Serbiyanın “Mladost” komandasını qəbul edəcək “İnter”in oyununu ukraynalı hakimlər briqadası idarə edəcək.Matçın baş hakimi Mykola Balakin idarə edəcək. Ona həmyerliləri Volodimir Volodin və Oleksandr Korniyko kömək edəcəklər. Dördüncü hakim funksiyasını Anatoli Jabçenko yerinə yetirəcək.Görüşün UEFA nümayəndəsi Sergiu Lisnic (Moldova), hakim-inspektoru isə polşalı Robert Malek olacaq.Komandalar arasında ilk oyun 3:0 hesabı ilə Bakı təmsilçisinin xeyrinə başa çatıb.xeber100.com

İyul 6, 2017 11:41

“Səbail” klubunun yoldaşlıq oyunu keçirəcəyi rəqibləri müəyyənləşib

İyulun 10-dan 27-dək Türkiyənin Kartepe qəsəbəsində təlim-məşq toplanışında olacaq Bakının “Səbail” futbol klubunun yoldaşlıq oyunu keçirəcəyi rəqibləri müəyyənləşib.Azərtac kluba istinadla xəbər verir ki, komandamızın ilk rəqibi iyulun 13-də Omanın U-23 yığması olacaq. İyulun 15-də son mövsümü İran Pro-liqasını 4-cü pillədə başa vuran “Zob Ahan”la üz-üzə gələcək “aslanlar” iyulun 20-də Səudiyyə Ərəbistanını təmsil edən “Əl İttifaq” ilə qarşılaşacaqlar. Üç gün sonra “Səbail”in rəqibi Özbəkistan təmsilçisi “Paxtakor” olacaq.Komandamız hazırlıq prosesi çərçivəsində son oyununu iyulun 26-da Səudiyyə Ərəbistanının “Əl Raed” komandasına qarşı keçirəcək.xeber100.com

İyul 6, 2017 11:37

Anlaşma haqqında memorandum imzalanıb

İyulun 5-də AFFA-nın inzibati binasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb.Azərtac xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov və AMADA-nın direktoru Şəfəq Hüseynlinin imzaladığı memorandumun müddəalarına uyğun olaraq, növbəti mövsümdən etibarən futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən, həmçinin Azərbaycan milli komandalarına cəlb olunan futbolçular dopinq nəzarətinə cəlb olunacaq, bu sahə ilə bağlı müxtəlif təbirlər, seminarlar keçiriləcək, maarifləndirmə işləri aparılacaq.xeber100.com

İyul 6, 2017 11:33

Cüdo üzrə Azərbaycan çempionatı keçirilib

“Sərhədçi” İdman Olimpiya Kompleksində 23 yaşadək gənclər arasında cüdo üzrə Azərbaycan çempionatı keçirilib.Fövqəladə Hallar Nazirliyindən Azərtac-a bildiriblər ki, çempionata 36 komandanın heyətində 400 idmançı qatılıb.Yarışda nazirliyin İdman-sağlamlıq klubunu Mülki Müdafiə Qoşunlarının “N” saylı hərbi hissəsinin əsgəri Cəlil Şükürov 100 kiloqramdan yuxarı çəki dərəcəsində təmsil edib. O, bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.Cəlil Şükürovun məşqçiləri Taleh Sadıqov və Rasim Babayev olublar.xeber100.com

İyul 6, 2017 11:31

Sərbəst güləş üzrə 48-ci beynəlxalq turnir keçiriləcək

İyulun 7-8-də Rusiya Federasiyası Dağıstan Respublikasının Kaspiysk şəhərində beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə sərbəst güləş üzrə 48-ci beynəlxalq turnir keçiriləcək.Azərtac xəbər verir ki, turnirdə baş məşqçi Firdovsi Umudov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında yığma komandamızın 16 üzvünün iştirak etməsi planlaşdırılıb. Heyətdə Georgi Edişeraşvili, Mahir Əmiraslanov, Mircəlal Həsənzadə, Pərviz İbrahimov (hamısı 57 kq), Qalib Əliyev, Əhmədnəbi Qvarzatilov (hər ikisi 61 kq), Coşqun Əzimov, Məhəmməd Müslümov, Ağahüseyn Mustafayev (hamısı 65 kq), Murtuz Müslümov, Ruslan Dibirhacıyev, Hacımurad Ömərov (hamısı 70 kq), Cəbrayıl Həsənov (74 kq), Aleksandr Qostiyev, Murad Süleymanov (hər ikisi 86 kq) və Aslanbek Alborov (97 kq) yer alıblar.Yarışın proqramına əsasən, ilk günündə 57, 65, 74, 97, ikinci yarış günündə isə 61, 70, 86 və 125 kiloqram çəkidə güləşçilər mübarizə aparacaqlar.Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Rövşən Azadov təmsil edəcək.xeber100.com

İyul 6, 2017 11:27

“FIDE Qran-Prisi – 2017” seriyasından üçüncü mərhələnin açılışı olacaq

İsveçrənin Cenevrə şəhərində “FIDE Qran-Prisi – 2017” seriyasından üçüncü mərhələnin açılışı olub. Şahmat turnirində starta 18 aparıcı qrossmeyster çıxacaq.Azərtac xəbər verir ki, Azərbaycanı turnirdə Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edirlər.Azərbaycan qrossmeysterləri ilə Aleksandr Qrişşuk, Pyotr Svidler, Yan Nepomnyaşşiy, Dmitri Yakovenko, Ernesto İnarkiyev, Aleksandr Ryazantsev (Rusiya), Aniş Giri (Hollandiya), Pavel Elyanov (Ukrayna), Pentala Harikrişna (Hindistan), Maykl Adams (İngiltərə), Li Çao, Hou İfan (Çin), Rixard Rapport (Macarıstan), Levon Aronyan (Ermənistan), Boris Gelfand (İsrail) və Salem Saleh (BƏƏ) mübarizə aparacaqlar.İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir.Əlavə edək ki, seriyanın iki mərhələsindən sonra 280 balla Şəhriyar Məmmədyarov liderlik edir. İkinci yerdə 240 balla Din Lijen (Çin) gəlir, üçüncü və dördüncü yerləri hər biri 211,4 bal toplayan Aleksandr Qrişşuk və Maksim Vaşye-Laqrav (Fransa) bölüşürlər.xeber100.com

İyul 6, 2017 11:18
    Page 674 of 831« First«...102030...672673674675676...680690700...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az